Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

  • 7-10-2021, 11:25
  • sosial
  • Baxılıb486
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istisma
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
r müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə

xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Rəşad Zeynalov,

Salyan rayon Xələc-2 saylı kənd tam orta məktəbin müəllimi
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT