"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...

  • 25-09-2020, 15:51
  • sosial
  • Baxılıb16
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...


“Əvvəllər fəhləlik edir, günə 7-10 manat qazanırdım. Bir il əvvəl gözümdən əməliyyat oldum. Həkim ağır qaldırmağı, çətin işlər görməyi qadağan etdi. Bundan sonra qara günlərimiz başladı. 5 uşaqla acınacaqlı həyat yaşayırıq”. DİA.AZ xəbər verir ki, Göyçayın Müskürlü kəndinin sakini, 45 yaşlı Cümşüd Qəhrəmanov belə deyir. Bildirir ki, bu il imkansızlıqdan uşaqları məktəbə də göndərə bilməyib.

Qəhrəmanovlar ailəsi 6-cı uşağı gözləyir. Hazırkı övladlarının isə kiçiyi 4, böyüyü 13 yaşındadır. Ailə ötən ilədək onları çətinliklə də olsa, məktəbə göndərə bilib. Bu ildən məktəbə göndərməyin mümkün olmadığını deyirlər.

“İşləmirəm, çünki həkim qoymur. Fəhləlikdən başqa bacardığım bir iş də yoxdur. Gündəlik yemək xərclərini qarşılamaq üçün yoldaşım süpürgə yığır, bağlayıb satır. Ordan gələn qazanc da yalnız gündəlik yeməyimizə çatır. 7 nəfərik. Üstəlik, yoldaşım hamilədir, ona çox çətindir. Ən pisi də odur ki, bu iş gələn ay olmayacaq, mövsümidir”.

Cümşüd Qəhrəmanov deyir ki, əvvəllər atasının evində yaşayıblar. Onda həyətində tövləsi, sürü ilə qoyunu olub. Sonradan bir evdə 11 nəfər yaşamaq çətinləşib və Cümşüd başqa evə çıxmaq qərarı verib. Deyir, buna görə bütün sürüsünü satmalı olub. Həmin sürünün pulu ilə kənddə özünə ev alıb: “Ödənişini yeni verib bitirmişdim ki, gözlərim pis günə qaldı. Yenə borc-xərc edib, əməliyyat olundum. Nəticədə, borc ödəməyin müddəti uzandı”.

Cümşüd Qəhrəmanov deyir ki, artıq aylardır çıxılmaz durumdadır. Elə bu zaman ağlına ünvanlı sosial yardıma müraciət etmək gəlib. Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinə müraciət edib. Deyir, ona “yaşadığın ev öz adına deyil. Odur ki, sənə yardım düşmür”, - cavabı veriblər. Cümşüd Qəhrəmanov isə deyir ki, düzdür, yaşadığı ev hələlik, öz adına keçməyib. Səbəb də pulunu tam ödəyib bitirməməsi olub. Ödəniş yeni bitib, ev sahibinə müraciət edib, həll olunacaq. Ancaq vətəndaş adına ev almaqla yardımın nə əlaqəsi olduğunu anlaya bilmir. Deyir, belə çıxır ki, evi olmayana yardım düşmür?

"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə..."5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Millimizin baş məşqçisi:
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
İlham Əliyev:
Bu rayonda vəzifələr
Prezidentin köməkçisi:
Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edildi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Ermənilər döyüş bölgələrini tərk edir
Rüstəm Xəlilov: Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək olan xalq birliyi var
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
«    Октябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT