Sosial paketin artimı daim dövlətin diqqət mərkəzindədir

  • 25-12-2021, 11:21
  • siyaset
  • Baxılıb909
Sosial paketin artimı daim dövlətin diqqət mərkəzindədir



Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Elə bu səbəbdən də dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, eyni zamanda hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllinə prioritet vəzifə kimi yanaşır və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqoriyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, güzəştlər edilir və müxtəlif kompensasiyalarla təmin edilirlər. Bir sözlə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır.

Başa çatmaqda olan ildə də Prezident İlham Əliyev minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Azərbaycanda minimum əməkhaqqının artırılması beynəlxalq səviyyədə ölkəmizin reytinqinin daha da yüksəlməsinə, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əməkhaqlarının leqallaşmasında yeni irəliləyişlərə, dövlət və qeyri-dövlət sahələri üzrə əməkhaqqı fərqliliyin azalmasına, qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına yaxınlaşmasına da öz müsbət təsirini göstərir. Minimum əməkhaqqı artımı, həmçinin işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edir. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək pensiya təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.

Bütövlükdə, bu sərəncamlar ölkədə həyata keçirilən islahatların növbəti mərhələsidir. Son illər həyata keçirilən islahatlar, demək olar ki, bütün sahələri əhatə edir. Əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir. Bu, dövlət siyasətinin prioritetinin məhz insan amili olmasınından xəbər verir.

Sehranə Rzayeva,

Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi,

Əməkdar müəllim.
Oxşar xəbərlər
“The Washington Post” qəzeti Azərbaycanın dağ kəndlərindən reportaj hazırlayıb
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev sindiromunun pərdəarxası məqamları
İsmayıllı sakini övladının ölümünə görə etiraz edir
Seymur Nəzərovun Goranboy rayonunun təhsilinin inkişafına böyük töhfəsi var
Ekologiya Nazirliyi dövlət büdcəsin belə talan edir
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər
Bir mənzildə 3 dəfə oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO
EKOLOGİYA NAZİRLİYİ MEŞƏ XİDMƏTİNİN SABİQ RƏİSİ NAMİQ XIDIROVUN ƏMƏLLƏRİ HƏLƏ DƏ DAVAM EDİR
Muxtar Babayevin
ALDATMAQ  ÜZRƏ  Göyçay Telekommunikasiya Qovşağından daha mahiri yoxdur - NARAZILIQ
Şəkidə Xan sarayının yaxınlığında yerləşən zibillik -7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin fəaliyyətsizliyi - Video
Ekologiya və təbii sərvətlər nazirliyinin Şəkidə yerləşən 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur
Yevlaxda Qarabağ qazisi rayon məhkəməsinin qərarına etiraz edir
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
ETSN-nin müavini Vüqar Kərimovun Masallıda kı, şiddətli  töhmət alan
İsmayıllıda Hapıtlılar haqqında bildiklərimiz və bilmədiklərimiz
Yevlax sakinləri kütləvi şəkildə narazıdır - Video
Ədliyyə naziri Fikrət Məmmədovun Monalit şirkəti vətəndaşlara divan tutur - Video
Yevlaxda ikinci Qarabağ müharibəsinin qazisi baxımsız vəziyyətdə! İcra başçısı Anar Tağıyev üçün daha bir fakt - Video
Yevlaxda zibillikdən nə desən tapmaq olar - Video
Yevlaxda yatacağı olmayan ailə - Ölkə orta əsrlərə qayıdır - Video
Goranboydan dövlət başçısına müraciət olundu.Bizdən rüşvət tələb olunur - Video
Yevlaxda anadangəlmə əlilin təqaüdünü kəsiblər - Video
Ekologiya və təbii sərvətlər nazirliyinin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur
Hirkan Milli Parkında
Şəmkirdə tibb mərkəzində nələr baş verir? Video FAKT
Hirkan Milli Parkında
Öz vəzifəsini icra edə bilməyən Elxan müəllim
İsmayıllıda biabırçılıq! Şəhid anasından 2000 manat vəsait alınıb və oğlu üçün bulaq tikintisi ananın şəxsi hesabına həyata keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə yeni Təyinat
ETSN-NİN MÜAVİNİ VÜQAR KƏRİMOV MASALLIDA MEŞƏ TORPAQLARIN BELƏ SATDIRIR
«    Январь 2022    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT