Prezidentin köməkçisi: "Tonayan cinayət əməllərinə görə cavab verməlidir"
- 28-11-2020, 15:15
- siyaset
- Baxılıb196

“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.
Bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da bu kimi cinayət əməllərinə görə cavab verməlidir.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]