Çovdarov işi: Kürdəmirdə zərərçəkmiş şöbə müdiri kimdir? - İddialar

  • 5-10-2016, 09:32
  • siyaset
  • Baxılıb387
Çovdarov işi: Kürdəmirdə zərərçəkmiş şöbə müdiri kimdir? - İddialar

















MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərər çəkmişlər arasında məmur da var

Politika.Az-ın məlumatına görə, Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Əşrəf Şükürovun adı şahid kimi keçir.

Hazırda bu vəzifəsində çalışan Ə.Şükürov A.Çovdarovun məhkəməsində ifadə verəcək. Ə.Şükürov bundan əvvəl Şamaxıda icra başçısının müavini olub.

O, 2014-cü ildə qəflətən vəzifəsindən kənarlaşdırılıb. Bu xəbəri eşidən kimi halı pisləşib və xəstəxanaya yerləşdirilib.

İddialara görə, elə o zaman MTN işi ilə bağlı məsələ üzə çıxıb və dərhal Şükürov uzaqlaşdırılıb.

Bundan sonra o, Kürdəmirdə özünə vəzifə tapa bilib. Onun adı müxtəlif neqativ işlərdə hallanıb.

Maraqlıdır ki, Ə.Şükürovla bərabər Çovdarov işində Kürdəmirin keçmiş icra başçısı Fəxrəddin Məlikovun da adı keçir.

Ə.Şükürovun Kürdəmirdə vəzifəsi aşağı olsa da, Şamaxıda xeyli qanunsuzluğa yol verdiyi barədə mətbuatda şikayətlər dərc olunub.
Bu şikayətlər artıb və icra başçısı onu işindən qovub. Çovdarov işində isə onun konkret hansı şəkildə zərər çəkən olduğu açıqlanmır. Bilinən odur ki MTN generalı Şükürovdan pul qoparıb.

Xatırladaq ki, iş üzrə zərərçəkmiş şəxslərin siyahısında "8-ci km" bazarının keçmiş sahibi Səfərov Cəfər Qürbət oğlu, onun qardaşı Səfərov Salman Qürbət oğlu, Əzimov Akif Mirzə oğlu, Novruzov Əyyub İsmayıl oğlu, Qurbanov Şahmar Sərdar oğlu, “Real” MTK tikinti şirkətinin həbsdə olan rəhbəri İlham Qasımov, onun oğlanları Nurlan və Lətif, onun qardaşı İslam Qasımov, Mirzəyev Tahir Əliş oğlu, Orucov Namiq Xudakərim oğlu, Quliyev Gülağa Məhərrəm oğlu, İbrahimov Tofiq Telman oğlu (Rusiya Federasiyasında yaşayır), "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov şəriklərindən biri olduğu deyilən, hazırda həbsdə olan biznesmen Quliyev Azər Cəlil oğlu, İmanov Şehman Məlik oğlu, Tağıyev Sədiyar Mübariz oğlu, Aşurbəyov İlqar Əziz oğlu, MTN-nin sabiq əməkdaşı Rəcəbov Tofiq Zəbulla oğlu, Bakı Metropolitenin keçmiş sədri Tağı Əhmədov, onun qardaşı oğlu Şövqü Əhmədov, onların qohumları Elşən Tağıyev, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Şükürov Əşrəf Xancan oğlu, Kürdəmir RİH-in keçmiş başçısı Məlikov Fəxrəddin Süleyman oğlu və digərlərinin adları var.

Milli təhlükəsizlik nazirinin müavini olmuş general Hilal Əsədov, onun həyat yoldaşı Nüşabə Əsədova, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızı Aidə Çovdarova, Akif Çovdarovun qohumu olduğu bildirilən Qulu Cəfərov və digərləri isə sözügedən cinayət işi üzrə Sabunçu rayon Məhkəməsində keçirilən prosesə çağırılaraq şahid qismində ifadə verəcəklər. Onun mövqeyini dərc etməyə hazırıq.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
İnsan hüquqları müvəkkili niyə susur?
Eldar İlyasov: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
Cənub meşələri talan olunur - FOTOLAR
Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...
Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM
“Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...
Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Başlıq: Mədəniyyətin meşə sintezi və ya peşəsinə-tutduğu vəzifəsinə dəxli olmayan arxalı məmur
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti
Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...
Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM
“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb
Hüseynbala Mirələmov MƏLUM VİDEOSUNDAN DANIŞDI -
Prezident icra başçısını işdən çıxartdı - SƏRƏNCAM
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi hərbi cinayətdir
İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT