Öz vəzifəsini icra edə bilməyən Elxan müəllim » Regionxeber.tv

Öz vəzifəsini icra edə bilməyən Elxan müəllim

Öz vəzifəsini icra edə bilməyən Elxan müəllim



Bu gün Yevlax rayon 1-ci Salamabad kənd icra nümayəndəliyi ilə görüşüb qarşı tərəf olduğu üçün Türkiyə dövlətinə qarşı olunan hörmətsiliklə bağlı danışdıq. Kənd İcra nümayəndəliyinin sədri Elxan müəllim danışığımız zamanı bildirdi ki, son vaxtlar verilən tapşırıqlar çox olduğu üçün bayrağa fikir verməmişik. Hətta gün ərzində dəfələrlə ordan keçməyimizə baxmayaraq, nəzərimizdən yayınmışdır. Danışığımızın sonunda Elxan müəllim bildirdi ki, sabahdan etibarən mən gedib öz istəyimlə işimdən azad olunmağımla bağlı ərizəmi yazaraq işdən çıxacam.
Niyə Elxan müəllim işinizdə məsuliyyətli olmaq bu qədər çətindirmi? Kənd sakinlərinə qayğı göstərmək onlara xidmət etmək, sizi işdən çıxmağamı vadar edir? Necə olur ki, ölkə başçısı Ali Baş Komandan İlham Əliyev dəfələrlə "Mən xalqın xidmətçisiyəm. Mən xalqıma xidmət etdiyim kimi, təyin etdiyim hər bir dövlət qulluqçularıda xalqa xidmət etməlidirlər. Hər hansı bir qanunsuzluğa yol verərlərsə, necə lazımdı elə də haqqlarında tədbirlər görüləcəkdir." Elxan müəllim necə olur ki ölkə başçısı 10 milyonluq əhaliyə xidmət etdiyi halda siz balaca bir kənd sakinlərinə xidmət etmək əvəzinə işdən çıxacam deyirsiniz?
Yazılarımız davalı olacaq.

Ramilə Elman qızı