“YouTube” şəbəkəsinin “Mum Tv” kanalında Ağsu şəhər sakini Hacıyeva Samirə Murad qızının müraciəti ilə bağlı yayımlanmış video-informasiyaya T Ə K Z İ B

  • 29-08-2020, 13:24
  • region
  • Baxılıb985
“YouTube”  şəbəkəsinin “Mum Tv” kanalında  Ağsu  şəhər  sakini  Hacıyeva  Samirə Murad qızının müraciəti ilə bağlı yayımlanmış video-informasiyaya T Ə K Z İ B





“YouTube” şəbəkəsinin “Mum Tv” kanalında Ağsu şəhər sakini, 1982-ci il təvəllüdlü, ümumi orta təhsilli Hacıyeva Samirə Murad qızının 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evinə ziyan dəydiyini, lakin bununla bağlı müracətlərinə baxılmadığını, pandemiya dövründə ona Heydər Əliyev Fondu tərəfindən 2 dəfə verilən ərzaq yardımının birindən bəzi ərzaq məhsullarının rayon icra hakimiyyətinin işçiləri tərəfindən götürülməsini və ona əlillik təyini üçün heç bir köməklik göstərilmədiyini bildirmişdir.

Video-müraciət tərəfimizdən araşdırılmışdır. Müəyyən olunmuşdur ki, S.Hacıyeva evinə zəlzələdən ziyan dəyməsi, ərzaq yardımı alması və əlillik təyini ilə bağlı bu günə kimi Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etməmiş, qəbulda olmamışdır. O, azyaşlı qızı - Cəmalə Hacıyeva ilə birlikdə tikintisi tam başa çatdırılmamış Ağsu şəhəri, 3-cü məhəllədə yerləşən evdə yaşayır. S.Hacıyeva yaşadığı evi ifrat dərəcədə antisanitar vəziyyətdə saxlayır və orada heç bir səliqə-səhman yoxdur.

Bildiririk ki, pandemiya dövründə Heydər Əliyev Fondu tərəfindən S.Hacıyevaya göndərilmiş ərzaq yardımı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ona normal vəziyyətdə təqdim olunmuş və fotoşəkil çəkilmişdir. Onun iddia etdiyi, guya Rayon İcra Hakimiyyətindən tam olmayaraq verilən 2-ci yardım isə əslində imkansız ailələrə pandemiya vaxtında yardım edən rayon sahibkarları tərəfindən verilmiş və video çəkiliş aparılmışdır (video və fotoşəkil əlavə olunur)

Hazırda yaşadığı evi tikilmiş vəziyyətdə alması, ali təhsilə malik olması, əvvəllər tərcüməçi işləməsi və 2-ci qrup əlil olduğu barədə S.Hacıyevanın dedikləri öz təsdiqini tapmamışdır. Müəyyən olunub ki, həmin evi S.Hacıyeva valideynlərinin köməyi ilə tikdirmişdir. O, 1997-ci ildə Ağsu şəhər 3 saylı tam orta məktəbin 9-cu sinfini bitirib və ümumi orta təhsil haqqında şəhadətnamə alıb.

Əlavə olaraq bildiririk ki, vətəndaş S.Hacıyevanın Rayon İcra Hakimiyyətinin fəaliyyəti, həmçinin ona verilən ərzaq yardımının bir hissəsinin mənimsənilməsi haqqında “Mum Tv” kanalında bildirdiyi fikirlər həqiqətə uyğun deyil, kənar şəxslər tərəfindən istiqamətləndirilməklə böhtan xarakterlidir, eləcə də Ağsu RİH qarşısında tələbləri əsassızdır.

Odur ki, Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Qeyd: S.Hacıyevanın müraciətinin araşdırılması gedişini əks etdirən video-material Təkzibə əlavə olunur.

Ağsu Rayon İcra Hakimiyyəti
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT