Binəqədidə icra başçısı müavin qarşıdurması - İDDİA

  • 4-05-2018, 11:28
  • region
  • Baxılıb135
Binəqədidə icra başçısı müavin qarşıdurması - İDDİA
















Fazil Məmmədov Vergilər naziri olduğu dövrdə Binəqədi və Şəmkir rayon İcra hakimiyyəti başçısı postlarına öz adamlarını yerləşdirməyi bacarmışdı. Dia.az veteninfo.az-a istinadən xəbər verir ki, Fazil Məmmədov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə nazir postundan uzaqlaşdırıldıqdan sonra hər iki icra başçısının başı dərddədir. Hətta vəziyyət o həddə çatıb ki, artıq sabiq nazirin kadrları ətraflarındakı adamlara belə inamlarını itirməyə başlayıblar.

Redaksiyaya bununla bağlı daxil olan məlumata görə, bu xüsusda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla müavini Aygün Əliyeva arasında qarşıdurma yaranıb.

İddiaya görə Fazil Məmmədov işdən azad ediləndən sonra, Binəqədi Rayon İH-nin bəzi yüksək vəzifəli şəxsləri özlərinə yeni iş yerləri axtarmağa başlayıb. Məlumata görə, bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib və hətta bununla bağlı dar çərçivədə iclas da keçirib. Başçını ən çox qəzəbləndirən isə onun özünün seçərək müavin təyin etdiyi Aygün Əliyeva ilə bağlı məsələdir.

Qeyd edək ki, Aygün Əliyevanın ən gənc xanım olaraq icra başçısının müavini təyin edilməsi gündəmi bir xeyli məşğul etmişdi. Bu addım Xaləddin İsgəndərovun Aygün Əliyevaya böyük etimadı idi. Məlumatda iddia edilir ki, Fazil Məmmədov işdən azad olunduqdan sonra, bunu eşidən Aygün Əliyeva bir çox yerlərə müraciət edərək özünə yeni iş yeri axtarmağa başlayıb. Bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib. O, keçirilən iclasda Aygün Əliyevanı ona sədaqətsizlikdə ittiham edərək, işdən azad edəcəyini bəyan edib.

İddiaya görə, icra başçısı bunun üçün əsaslarının olduğunu da dilə gətirib. İddialara görə, başçı Aygün Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyəti üçün aldığı güllərdə maxinasiya edərək 5 000 manat mənimsədiyini və buna görə, cavab verməli olacağını bildirib.

Veteninfo.az yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonunun “Zeytunluq” deyilən ərazisində Aygün Əliyeva üçün torpaq ayırıb və ona orada icra hakimiyyətinin hesabına villa tikdirirmiş. Bu hadisədən sonra başçı o villanın da Aygün Əliyevadan alınması haqqında tapşırıq verib.

Redaksiyamıza daxil olan məlumatda iddia edilənlərin nə qədər doğru olub olmadığını deyə bilmərik. Amma redaksiya olaraq məlumatda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?
Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO
Prezidentin köməkçisi:
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Erməni miflərinin puç edildiyi qızıl dönəm - GƏLİŞMƏ
İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri
65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi
Binali Yıldırım Bakıdadır - FOTO
Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi
Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR
«    Декабрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT