Tariyel Əkbərov direktorlardan aylıq “haqq” yığır

  • 2-07-2016, 16:49
  • olke
  • Baxılıb335
Tariyel Əkbərov direktorlardan aylıq “haqq” yığır










Masallı RTŞ-nin keçmiş müdir müavini rayonun təhsil müəssisələrinə yeni pul yığımları tətbiq etməkdədir Məlum olduğu kimi, 2015-2016-cı tədris ilinin sonlarında Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyində müəyyən dəyişiklik edilmişdir. Bu dəyişiklik nəticəsində RTŞ-nin keçmiş müdiri Astan İbişov vəzifəsindən kənarlaşdırılmış, şöbəyə müvəqqəti rəhbərlik müdir müavini Tariyel Əkbərova həvalə edilmişdir. Qeyd etməliyik ki, Masallının təhsil sahəsində müşahidə olunan çoxsaylı neqativ hallar artıq bir neçə müddətdir ki, redaksiyamızın əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılan mövzulardan biri kimi çıxış edir. Ola bilsin ki, məhz elə bu səbəbdən də, Astan İbişovun tutduğu vəzifədən kənarlaşdırılması barədə aldığımız xəbər ilk növbədə bizim marağımıza səbəb oldu. Təbii ki, yeni rəhbərlik yeni ümidlər deməkdir. Biz də Masallının ictimaiyyətilə birgə, rayon təhsilinin başına kimin gətiriləcəyini və bu yeni simanın öz fəaliyyətinə hansı islahatlarla start verəcəyini götür-qoy etməkdə idik. Lakin bu xüsusda uzun-uzadı ehtimallar irəli sürməyə ehtiyac olmadı. Tez bir zamanda məlum oldu ki, Masallı RTŞ-nin müdiri vəzifəsinin icrası müvəqqəti də olsa, müavin Tariyel Əkbərova tapşırılıb. Bu isə o deməkdir ki, Masallı təhasili sadəcə olaraq yağışdan çıxıb, yağmura düşüb (əgər leysana deyilsə). Etiraf olunmalıdır ki, bu kadr dəyişikliyinin Masallı təhsilinə hər hansı müsbət bir təsirinin olmayacağı birmənalıdır. Ən azından ona görə ki, indiyədək bizimdovr.az-a daxil olmuş və Masallı RTŞ-nin keçmiş rəhbərliyi tərəfindən yol verilən qanun pozuntularından bəhs edən məlumatların əksəriyyətində Tariyel Əkbərovun da adı tez-tez xatırlanırdı. Bir çox mənbələrin iddiasına görə, məhz bu müavin keçmiş RTŞ rəhbərliyinin əksər maxinasiyalarının əsas icraçısı kimi çıxış eirdi. Bu gün isə, Tariyel Əkbərov artıq şöbənin yeganə və tam hüquqlu rəhbəri kimi bütün qanun pozuntularını da şəxsən öz adından həyata keçirir. Bu arada, yeganə dedim, yadıma Masallı rayonu İ.Zülalov adına İskəndərli tam orta məktəbin direktoru Yeganə İsmayılovanın başına gələnlər düşdü. Aldığımız məlumata görə, bu xanım direktor bir çox digərlərindən fərqli olaraq, Tariyel Əkbərovun RTŞ müdiri postuna təyinatını susqunluqla qarşılamayıb və bu barədə bir çox əsaslı tənqidi fikirlər səsləndirib. Buna görə də, indi Tariyel Əkbərov Yeganə xanımdan öz ərizəsilə işdən çıxmasını tələb edir. Lakin bu gün Masallı təhsilində müşahidə olunan özbaşınalıqlar yalnız Yeganə İsmayılovaya qarşı yol verilən qanun pozuntuları ilə məhdudlaşmır. İlk növbədə bizimdovr.az-a təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilir. Bildirilir ki, RTŞ-nin müdir əvəzi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Bundan başqa, təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 (yüz) manat məbləğində aylıq haqq ödəməlidir ki, bu ödənişlərin də Tariyel Əkbərovun katibəsi Pəri xanım tərəfindən yığılacağı elan edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, bu gün Masallı rayonunda 98 orta məktəb fəaliyyət göstərir... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Millimizin baş məşqçisi:
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
İlham Əliyev:
Bu rayonda vəzifələr
Prezidentin köməkçisi:
Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edildi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Ermənilər döyüş bölgələrini tərk edir
Rüstəm Xəlilov: Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək olan xalq birliyi var
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
«    Октябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT