Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY » Regionxeber.tv

Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY

Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY


Yəqin ki, çoxsaylı oxucularımız o haqda müəyyən məlumata malikdirlər ki, ötən ilin noyabr ayında Şabran rayonu, M. Əsədov-56 ünvanında yaşayan və Şabran RPŞ-də post patrul xidmətinin sabiq əməkdaşı olmuş Səmədov Nurlan Abdulla oğlunun redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında “Şabranda polis mayoru sələmə götürülən pulu ödəmir- SƏBƏB?” başlıqlı məqalə yayımlayıb, yaşananlarla bağlı geniş ictimaiyyəti məlumatlandırmışdıq. Yəni, adı çəkilən sabiq polis əməkdaşı yazmış olduğu şikayət ərizəsində qeyd etmişdi ki, “2021-ci ilin fevral ayında Şabran RPŞ-nin rəis müavini, polis mayoru Ülvi Alıyev mənə “Təcili 4500 manat pul lazımdır” dedi. Ülvi Alıyevin 4500 manat pula ehtiyacı olduğu üçün, tanıdığım şəxsdən qeyd olunan məbləğdə sələmə pul götürdüm və həmin pulu Sabirabad RPŞ-nin sıravi polis əməkdaşı olmuş Əhmədzadə Qismət Zəfər oğluna çatdırdım. Çünki, Ülvi Alıyev pulu Qismət Əhmədzadəyə çatdırmağımı demişdi. O, bu işdə məni daha çox inandırmaq, özünün etibarlı şəxs olduğunu təsdiq etmək üçün Qismət Əhmədzadəyə “Sən xidməti vəsiqəsini Nurlan Səmədova girovluğa qoy” deyə lazımi tapşırığını verir. O da, polis mayoru Ülvi Alıyevin verdiyi belə bir tapşırıq əsasında 4500 manat pulu götürdü və xidməti vəsiqəsini mənə təhvil verdi. Qeyd edim ki, hal-hazırda ona məxsus polis vəsiqəsi məndədir. Elə ki, Qismət Əhmədzadəyə verdiyim 4500 manat pulu Ülvi Alıyevdən tələb etdim, o halda o, müxtəlif yollarla məni şantaj etdirdi, üzümə yalançı şahidlər qoymağı bacardı və son anda məni daxili işlər orqanlarından xaric etdirməyi də bacardı. Bu gün də polis sıralarına heç cür bərpa oluna bilmirəm. Son vaxtlara qədər polis mayoru Ülvi Alıyevə deyirdim ki, komandir, verdiyiniz tapşırıq əsasında 4500 manat pulu sələmə götürüb Qismət Əhmədzadəyə çatdırdım. Hətta, siz mənə “Pulu al gətir, sələmi nə qədər edəcəksə hamısını özüm ödəyəcəyəm” deyirdiniz. Qeyd edim ki, 4500 manat sələm pula görə bu günə kimi üstüstə 1800 manat sələm pulu ödəmişəm. Ona görə də, hal-hazırda polis mayoru Ülvi Alıyev mənə üstüstə 6300 manat pul verməlidir və bununla bağlı şahidlərim də var”. Tərəfimizdən apardığımız araşdırmalara, müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə və s. görə Qismət Əhmədzadə 4500 manat pulu Nurlan Səmədovdan götürür və həmin pulu polis mayoru Ülvi Alıyevə verir. Artıq xeyli vaxtdır ki, Şabran RPŞ-nin əməkdaşı, polis mayoru Ülvi Alıyev belə bir iyrənc əmələ qol qoyub və o, sələmə götürülən pulun “arxasına keçmək” üçün, məhz bu cür çirkin addımlarını atır. Ona görə də, bu polis zabitinin atdığı addımlarla bağlı məlumatları eşitdikcə, şoka deyil, sanki “şökə düşməli” oluruq.
Onu da qeyd edək ki, redaksiyamıza təqdim olunan səsyazılarından aydın olur ki, həqiqətən də Nurlan Səmədov 4500 manat pulu Qismət Əhmədzadəyə çatdırır. Yəni, götürülmüş pulun geri qaytarılması ilə bağlı Qismət Əhmədzadəyə ilə Nurlan Səmədov arasında olan danışıqlar, bir daha faktın doğruluğunu sübuta yetirir. Əslində tərəflər arasında belə bir problemin yaşanması şərəfli Azərbaycan polisinin adına gətirilən ləkədən başqa bir şey deyil. Çünki, polis mayoru rütbəsini daşıyan Ülvi Alıyevin belə bir əməllərə qol qoyması, MƏHZ heç cür əndazəyə sığası məsələ deyil. Hal-hazırda bir media qurumu olaraq o qənaətə gəlmişik ki, bu məqalənin yayımlanmasından sonra cənab nazir Vilayət Eyvazov, adı çəkilən polis əməkdaşlarının qol qoyduqları əməllərin araşdırılması yöndə lazımi tapşırığını verəcək. Yəqin ki, o halda adları hallanan polis əməkdaşları həm daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksinin tələblərini, həm də qanunvericiliyin “ötkəm tələblər”ini göz önünə gətirməli olacaqlar.
Mövzuya qayıdacağıq


Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY