"Aylardır ki, mənzilə köçə bilmirik..." - GİLEY

  • 4-08-2021, 15:53
  • olke
  • Baxılıb1238
"Aylardır ki, mənzilə köçə bilmirik..." - GİLEY


“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) ANAXEBER.az saytının baş redaktoru Azər Talıbovu aldadıb.

Bu barədə baş redkatorun Prezident İlham Əliyevə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladığı müraciətdə deyilir.

Müraciət müəllifi qeyd edir ki, “Sahil-S İnşaat” MTK-nın Yeni Günəşli qəsəbəsinin “A-B” yaşayış massivində inşa etdiyi hündürmərtəbəli binadan mənzil alıb. “Lakin MTK tikinti işlərini dayandırıb. “Aylardır ki, mənzilə köçə bilmirik. Mən və həmin binadan mənzil alan digər sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsək də, nəticəsi olmayıb”, – deyə baş redaktor müraciətdə bildirir.

Azər Talıbov yazır ki, tikinti işləri binanın sonuncu mərtəbəsində dayandırılıb. MTK bunu maliyyə çatışmazlığı ilə izah edir. Lakin baş redaktor bunu inandırıcı hesab etmir:

“Hesab edirəm ki, maliyyə çatışmazlığı sadəcə bəhanədir. Çünki binadakı mənzillərin hamısı satılıb. Mən araşdırmışam, mənzili kreditlə alanlar da vaxtlı-vaxtında ödəniş edirlər. Hər ay şirkətə bu kreditlərdən külli miqdarda pul daxil olur. Bəs bu pullar hara gedir? Niyə həmin vəsaitlə tikinti işləri aparılmır. Bircə mərtəbə qalıb, işi tamamlamaq üçün astronomik məbləğdə vəsaitə ehtiyac yoxdur. Mən özüm mənzili kreditlə almışam. Hər ay da krediti ödəyirəm. Yalnız 2 ay ödəməmişəm. O da pandemiya ilə əlaqadardır. Yeri gəlmişkən, aylardır mənzili təhvil verməyən şirkət məni ödənişi 2 ay gecikdirdiyimə görə məhkəməyə verib. Halbuki, məhkəmə qarşısına şirkətin rəhbərliyi çıxmalıdır. Aylardır onlarla vətndaşı aldatmaqla məşğul olduğuna görə”.

Baş redaktor qeyd edir ki, artıq sakinlər binanın keyfiyyətinə də şübhə ilə yanaşırlar:

“Tutaq ki, həqiqətən maliyyə çatışmazlığı var. O zaman bu binanın keyfiyyətli şəkildə inşa edildiyinə kim zəmanət verə bilər? Ona görə də biz Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdik ki, binanın keyfiyyətini yoxlasın. Axı burada yüzlərlə insan yaşayacaq. Sabah bir hadisə olanda insanlara nə cavab verəcəklər? Təəssüf ki, Fövqəladə Hallar Nazirliyindən müraciətimizə heç bir cavab verilmədi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən isə xahişimiz odur ki, ödədiyimiz pulların hara getdiyini araşdırsın”.

Qeyd edək ki, “Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Taley Şamil oğludur.

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Taley Allahverdiyevə gəlincə, onun adına Bakı Apelyasiya Məhkəməsinin veb-səhifəsində rast gəlinir. Məlum olur ki, Taley Allahverdiyev 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinərək cəzalandırılıb. O, qərardan apelyasiya şikayəti versə də, təmin olunmayıb. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində 400 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. //Qaynarinfo.az//
Oxşar xəbərlər
“Moskva” univermağının gəlirlərinin heç beşdən biri vergiyə cəlb olunmur
Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT
İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi
Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir!Müəllimlərə məcburi razılıq ərizəsi yazdırır!Bəs bunlara sözünüz?
İsmayıllıda Fərzəliyevlər ailəsi rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin rəisi Əfran Nəbiyevdən şikayətçi olduqlarını bildirirlər
“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyonluq əmlakın üzərinə məhkəmə qərarıyla həbs qoyulub
İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Ölkəmizdə tibb ocaqlarında pandemiya qaydalarına həkimlər belə düzgün əməl etmirlər
Samuxdan ikinci Qarabağ müharibəsinin qazisi şikayət edir!Məni işlə təmin edin - Video
İsmayıllı rayon sakini!Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinin rəisi Əfran Nəbiyev bizi incidir!Video şikayət
Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət
Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt
İsmayıllıda millət vəkilləri seçicilərlə maraqlanmır!Video şərh
Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
Təhsil əngəl tanımır
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
«    Сентябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏDƏNİYYƏT