Koronavirusdan sağalandan sonra dad və iybilməni necə bərpa etmək olar?

  • 25-01-2021, 12:40
  • olke
  • Baxılıb21
Koronavirusdan sağalandan sonra dad və iybilməni necə bərpa etmək olar?


Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir.

Qaynarinfo xəbər verir ki, "Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış nevroloqu, neyrofizioloqu Aleksandr Budik iybilmə və dadbilmə hisslərinin qısa zamanda bərpası üsullarından danışıb.

Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dad yox, həm də iybilmə hissi itir.

Həkimin sözlərinə görə, yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.

Adətən koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində qoxubilmə və dadbilmə hissləri itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağalmadan aylar sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına tez-tez rast gəlinir.

Aleksandr Budik iybilmə və dadbilmə hisslərini geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görür. Onun sözlərinə görə, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək.

"Orqanizm diqqəti işə fəal cəlb olunan orqana yönəltməyə başlayır və bütün resurslar həmin orqanın işini daha sürətlə bərpa etməsinə yönəlir. Əlavə terapiya kimi buruna A vitamini məhlulunu damcılatmaq, bir həftə ərzində "Omeqa-3”dən istifadə etmək olar", - deyə Budik tövsiyə edib.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
SABİQ PROKUROR PREZİDENTƏ MÜRACİƏT ETDİ!!!
Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər
“Haber Global” Qarabağa böyük qayıdış haqqında süjet hazırlayıb - VİDEO
RED BULL şirkəti iflasa uğrayıb?- Şirkət böhrandan çıxmaq üçün satışa çıxarılıb ?
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
Yeni Suraxanıda,neft quyularının üstündə tikinti aparmağa kim icazə verib?
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?
Ağstafanın başçısı postunda çox qalmayacaq... - Belə görünür...
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Talan edilən Lerik meşələrinin acınacaqlı durumu - VİDEO
““Araz“ marketlər şəbəkəsində süni qiymət artımı... - Möhtəkirlik...
80 gündür komada qalan QAZİMİZİN HƏMKƏNDLİLƏRİ TOVUZDA AYAĞA QALXDI -
“Qubada həkimlər əlillərlə qeyri-insani davranır” - NARAZILIQ!
Gədəbəydə NƏ BAŞ VERİR? - QALMAQAL
Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... - Prezidentə müraciət olundu
Saatlıda keçmiş başçının həbsi tələb olunur - Rayonu dağıdıb...
FHN şefinin
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? - İDDİA
“Saloğlu” qanunları saymır
İlham Əliyev: “İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”
Prezident:
Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
«    Март 2021    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏDƏNİYYƏT