Vüqar Səfərli apellyasiya şikayəti verib

  • 23-01-2021, 13:06
  • olke
  • Baxılıb16
Vüqar Səfərli apellyasiya şikayəti verib


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə vəsatətin təmin edilməməsi ilə bağlı qərardan apelyasiya şikayəti verib.
“Report” xəbər verir ki, şikayətə Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.

Ittihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
“Saloğlu” qanunları saymır
İlham Əliyev: “İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”
Prezident:
Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO
Əsassız iddia TƏKZİB OLUNDU
Ziya Məmmədovla bağlı ŞOK FAKTLAR - Ucar rayonunda MÜƏMMA
Tovuzun icra başçısı hansı günə orda oturub... - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!
Qüdrətli Azərbaycan Qarabağı Dirçəldəcək!
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni  inkişaf etdirir
Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik
Torpaqların bərpası prosesi başlanıb
Lerik meşələri imdad diləyir
Ağsu Rayon Mərkəzi Xəstəxanasında COVİD19 virusu əleyhinə peyvəndlərin vurulması davam edir
Acınacaqlı durumda qalan qazi anasını Binəqədi rayon İcra başçısı qəbul etmədi-VİDEO
LOTU VƏ DEMƏ QOQ İCRA NUMAYADƏSİ
Sabiq məmurlar haqda şok ittihamlar... - Onlar niyə azadlıqda qaldı?..
LONDONDA VARSA, ŞUŞADA NİYƏ OLMASIN?! – Yaxud Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq haqqı
Metrodan oğurlanan milyonlar: Zaur Hüseynovun oğlunun biznesi - VİDEO
Göyçayda narazılıq yaradan kimlərdir? - Müraciət...
Kəmaləddin Heydərovun qardaşının maşın kolleksiyası - Foto
Sabirabadın başçısının qəbuluna düşmək olmur... - GİLEY
ABŞ-a köçən Əli Həsənovun oğlu 3 ildir Dubaydan daşınmaz əmlak alır? - FOTOFAKT
Zakir Fərəcov Sumqayıtda küçələri hansı yollarla işıqlandırır - İDDİA
Yollarda YEYİLƏN MİLYONLAR... - Bunların hesabı sorulacaqmı?
Hərbi hospital qazini intihar həddinə çatdırıb - “5 min ver, pensiya al”
Evlərini “AAAF Park”dan ala bilməyən sakinlər etiraz edirlər: - “Gərək özümüzü yandıraq?”
Cavid Qurbanovun MƏRC OYUNU... - “Topaz”ın dövlət maraqları və...
«    Февраль 2021    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
MƏDƏNİYYƏT