Dərsliklərdə yenilik: Vətən müharibəsi qəhrəmanları tanıdılacaq

  • 13-01-2021, 10:30
  • olke
  • Baxılıb8
Dərsliklərdə yenilik: Vətən müharibəsi qəhrəmanları tanıdılacaq


“Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb”.

Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan” qəzetinə dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalı və icrasına başlanılmalıdır:

“Vətənpərvərlik tərbiyəsi təhsildə əsas prioritet istiqamət kimi müəyyənləşdirilməlidir. Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillər təhlil olunmalı, bütün təhsil müəssisələrində “Qarabağ dərsləri”, “Qarabağ şahinləri”, “Milli qəhrəmanlar”, “Qarabağ müharibəsi qəhrəmanları”, “Şuşa əməliyyatı” adlı ustad dərsləri təşkil olunmalı, müharibə şəhidləri və qaziləri təhsilalanlara dərindən tanıdılmalıdır.

Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır”.

Nazir müavini əlavə edib ki, Vətən müharibəsində qazanılan uğurlara dair elmi, elmi-kütləvi, bədii, publisistik əsərlər yaranacaq:

“Hesab edirik ki, “Qarabağ Azərbaycandır!” seriyasından bu tipli əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik soraq kitabları hazırlanmalı, sənədli filmlər çəkilməli, həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanıdılmalıdır”.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vətən müharibəsinin “Canavar” ləqəbli həkimi: “Möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdıq” - FOTOLAR
Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO
Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
Bill Qeyts peyvənd olundu
Vüqar Səfərli apellyasiya şikayəti verib
Uşaq bağçaları nə vaxt açılacaq? - RƏSMİ
Sənaye məhəllələri və sənaye parkları yeni agentliyə verildi - SƏRƏNCAM
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana yardım…
Azərbaycanda ali təhsil pulsuz olacaq? - Nazir AÇIQLADI
Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
Pərdə, plyonka və jalüzlərlə bağlı YENİLİK
Koronavirus riskini bu yolla azaltmaq olar - HƏKİM AÇIQLADI
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
Erməni əsgər HƏQİQƏTLƏRİ DANIŞDI: Səngərdə 300 ölü, süfrədə isə kabab yeyib sərxoş olan... VİDEO
Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI
Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək
Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM
DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı
Hazırda yollarda vəziyyət belədir
Şuşada yeni yarımstansiya tikilir - Video
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə azalıb
Baydendən Rusiya və NATO-nun xeyrinə təklif
Prokurorluq jurnalistin qətli ilə bağlı məlumat yaydı
Bu dəfə postlardan 2059 maşın qaytarıldı
Eyni gündə torpağa tapşırılan şəhid xala oğlular...
Azərbaycan millisində yeni baş məşqçi
İlham Əliyevlə Türkmənistan Prezidenti arasında səmimi dialoq - Video
Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT