1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY

  • 28-12-2020, 12:32
  • olke
  • Baxılıb14
1-ci Qarabağ Savaşının veteranlarından müraciət - GİLEY


1-ci Qarabağ müharibəsində iştirak etmiş şəxslər tərəfindən Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Ali Baş Komandan!
Biz hamımız bir yerdə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində 1992-1994-cü illərdə iştirak etmişik.Ancaq 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən döyüşçülərin 70 %, Qarabağ müharibəsi əlili və veteranı adı alsalarda yerdə qalan 30 % hələdə bu hüququnu əldə edə bilmir.Səbəb kimi Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi cavab verib göstərir ki, 771 saylı hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin arxivinə verilməyib.
Bu isə tam yalandır çünki yuxarıda qeyd etdiyimiz kimi 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib əlil və veteran statusu almiş şəxslərə həmin arxiv idarəsi arayış verib 771 saylı hərbi hissə barədə ətraflı məlumat vermişdir. Həmçinin həmin arxiv arayışı əsasında Şəki İnzibati Məhkəməsi bzim cəbhə yoldaşlarımızın çoxuna veteran adı verilməsinə dair qərar çıxarmışdır.Bu müraciəti imza edənlərin bir neçəsi 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edib vetean adı və müharibə əlili statusu alıblar.Onlarda bu müraciətə imza edib subut edirlər ki, veteran adı ala bilməyən bu şəxslər bizimlə birlikdə 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak ediblər bir yerdə tərxis olunmuşuq.Həttda 1-ci Qarabağ müharibəsindən uzun müddət keçməsinə baxmayarq biz hələdə dostluq edirik bir-birimizi daimi axtarırıq əlaqə saxlayırıq.Qeyd edək ki, 771 nömrəli hərbi hissənin komandiri həmin vaxt polkovnik Əzizağa Qənizadə və Qərargah rəisi isə mayor Aydın Şiriyev olub. Polkovnik Əzizağa Qənizadə hazırda Müdafiə Nazirliyinin hərbi muzeyinin direktorudur.O isə utanmadan susub bizə heç bir köməklik etmək istəmir.Hansı ki, onun komandiri olduğu 771 saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etmişik qanunu qaydada tərxis edilmişik. Cəbhə yoldaşlarımızdan şəhid, əlil olanlar var. Bizm 771 saylı hərbi hissənin tərkibində Qarabağ müharibəsində iştirak etməyimizi təsdiq edən konkret və mötəbər subutlarımız, canlı şahidlərimiz var. Həttda biz 2-ci Qarabağ müharibəsində 29 sentyabr 2020-ci il tarixdə Qarabağ müharibəsində də iştirak etmişik.Bizim bu əziyyətimizi yerə vurmaq haqqımızı tapdamaq vətənə dövlətə xəyanətə bərabər bir cinayət hesab edilməlidir.
Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edib xahiş edirik
Hörmətli Ali Baş Komandan bizim bu müraciətimizi və təqdim etdiyimiz subutları obyektiv araşdırıb bizə qanunu qaydada müharibə veteranı statusu verilməsinə köməklik göstərərsiniz.Biz Sizə inanırıq.

İmza; 771 saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak edən şəxslər
1.İsmayılov Şahin Ağaəli oğlu Göyçay rayonu Alpout kəndi əlaqə telefonu; 050 334-69-15
2. Həsrətov Orxan Vaqif oğlu Göyçay rayonu Mırtı kəndi
3.Daşdəmirov Tahir Şəban oğlu Ağdaş rayonu Ləkçılpaq kəndi
4. Həsənov Nizami Məhəmməd oğlu Ağdaş rayonu Aşağı Nemətabad kəndi
5. Məmmədov Bəhruz Vahid oğlu Ağdaş rayonu Xosrov kəndi
6.Həsənov Eldar Əliheydar oğlu Ucar rayonu Qazyan kəndi
7.Xəlilov Vahid Məmməd oğlu Ucar rayonu Qarabörk kəndi
8.Süleymanov Ələsgər Əsgərxan oğlu Ucar rayonu Qazıqumlaq kəndi Qarabağ müharibəsi əlili
9. Rzayev Kamal İsrayıl oğlu Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndi ehtiyatda olan zabit Qarabağ müharibəsi veteranı
10. Abdillayev Elxan Abdulla oğlu Ağdaş rayonu Cüvə kəndi müharibə veteranı
11.Məmmədov Ələsgər Əli oğlu 2-ci qrup Qarabağ müharibəsi əlili
12.İsmayılov Ağaşirin Firuddin oğlu Ağdaş rayonu Ləki kəndi 2-ci qrup müharibə əlili
13.Səfərov Aydın Sadəddin oğlu Ağdaş rayonu Ləki kəndi 2-ci qrup Qarabağ müharibəsi əlili"

Müraciət müəlliflərinin iddiası ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Oğuzun yol polisinin rəisi evində pivə içən sürücünü necə cərimələdi?
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender
Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
Kəlbəcər rayonu 2 saylı tam orta məktəbdə rüşvətxorluq baş alıb gedir – VİDEOFAKT
Səfirin həbsində Cavid Qurbanov izi - ŞOK İDDİA
Zığda boş torpaqları zəbt edən makler - Yol Polisidir?
Hulusi Akar Bağdada getdi - VİDEO
Lavrov: “Azərbaycan girovların siyahısını hazırlasa da, erməni tərəfi bunu  hazırlamayıb”
Bakı metrosunun
Lavrov:
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Lavrov:
“Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI
Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ
Peyvənd olunan Oqtay Şirəliyev:
Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)
Əli Həsənov Azərbaycana gətirildi - SON DƏQİQƏ
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
Ramin Bayramlı da vaksinasiya ediləcək
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Oqtay Şirəliyev peyvəndləndi - Canlı yayımda
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu ötdü
Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq
Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT