Baş İnfeksionist ÜST-nın YENİ qərarından DANIŞDI — Bizdə də karantin rejimi...

  • 19-08-2020, 10:22
  • olke
  • Baxılıb1832
Baş İnfeksionist ÜST-nın YENİ qərarından DANIŞDI — Bizdə də karantin rejimi...


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb. Baxmayaraq ki, uzun müddət bunun əksini tələb edirdi. ÜST dünyanın demək olar ki, bütün ölkələrinə pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. İndi təşkilatın baş epidemioloqu Maria Van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yuxarıdakı fikirləri Ümumdünya Səhiyyə Təşkilatından öncə mən söyləmişəm. İstər sərt karantin rejimi olsun, istərsə də yumşalmalar biz Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etsək yoluxmaların sayı o qədər də yüksək olmaz:

"Düzdür, qaydalara əməl etməyənlərə görə yoluxmalar artsa da, bu o qədər də yüksək olmayacaq. Sevindirici haldır ki, insanlarımızın maskadan istifadə edir, sosial məsafəni qoruyur, sanitar-gigyenik qaydalara əməl edirlər. Təəssüf ki, qaydalara əməl etməyənlər də var. Onların hesabına yoluxanlar olur.
Bu nöqtəyi nəzərdən düzgün fikirdir ki, karantin rejimi olsa da, olmasa da xəstələnmə halları baş verəcək. Tövsiyələrə əməl olunarsa yoluxma sayı qatbaqat aşağı düşəcək. Yoluxma sayı aşağı düşərsə normal həyatımıza da tez qayıda bilərik. Bununla da rahat şəkildə rayonlara gediş-gəliş, iri ticarət mərkəzləri və digər pandemiyaya görə bağlanılan müəssisələr də açıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatını tövsiyyələrini hər bir ölkə öz xüsusiyyətlərinə uyğun tədbiq edir. Bizim ölkəmizdə də vəziyyətə uyğun olaraq ÜST-ün tövsiyəsinə baxa bilər. Mən bu məlumatı oxumamışam. Ola bilər ki, mətbuatda yayılan xəbər doğru olmasın. Əgər həqiqətən belə bir tövsiyə olarsa Operativ Qərargah, Səhiyyə Nazirliyi,
TƏBİB və bu məsələdə mütəxəssislərimiz öz fikirlərini verə bilərlər.

Bu gün yoluxanların sayı 600-dən 124-ə düşdü. Əgər qaydalara əməl etməsək yoluxanların sayı yenidən qalxacaq. Çünki hələ bu epidemiya sönməyib. Bu xəstəliyi sağlam gəzdirənlər var. Avropa dövlətlərində, eləcə də qardaş Türkiyədə yoluxanların sayı çoxalır. Amma bizdə yoluxanların sayı müsbət dinamikadadır. Bu rəqəmlərin düşməsini və stabil saxlanılmasını istəyiriksə qaydalara əməl etməliyik".[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT