Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi

  • 19-05-2020, 11:26
  • olke
  • Baxılıb3474
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi


Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 462 tibb işçisinə, 2 372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
Bu barədə Agentlikdən məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

"Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 15 113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2. Təcili tibbi yardım xidməti göstərən 4 967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq", - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT