İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub

İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub


Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aqil Mirzəliyevin doğum günü şəhidlər xiyabanında, məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Müdafiə Nazirinin müşaviri, polkovnik Abdulla Qurbani, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, şəhidin yaxınları, döyüş yoldaşları, universitet müəllimləri, şəhid ailələri onun xatirəsini ehtiramla anıblar.

Şəhidlər xiyabanı önündə şəhidin doğum günü münasibəti ilə keçirilən mitinqdə Müdafiə Nazirinin müşaviri, polkovnik Abdulla Qurbani, RİH başçısı Nahid Bağırov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmalarını qeyd edərək, rayonda da şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərildiyini vurğulayıblar. Aqil Mirzəliyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirbilər.

Hərbi orkestrin müşayiəti ilə şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Mərasim şəhidin doğulduğu evdə davam edib. Aqilin təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisası fakultəsinin dekanı Hafis Hacıyev şəhidin diplomunu ailəsinə təqdim edib. Daha sonra rayon rəhbəri ailəyə şəhidin "Kəlbəcərin azad olunmasına görə" medalını təqdim edib. İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.

44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Mirzəliyev Aqil Mehman oğlu 1999- cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-ci ildə İ.Həsənov adına 1 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul edilmişdir. Orta məktəb dövründə fəal olan Aqil respublika fənn olimpiadalarının, bilik və intellektual yarışlarının dəfələrlə respublika çempionu olmuş və çox saylı diplom və mükafatlarla təltif edilmişdir. 2016-cı ildə keçirilən qəbul imtahanında 613 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına (dövlət sifarişli) qəbul olmuşdur. 2020-ci ildə universiteti bitirdikdən sonra 27 iyulda hərbi xidmətə yollanmışdır. Xüsusi təyinatlı qüvvələrdə xidmət edirdi. Sentyabrın 27-i başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edirdi. Kəlbəcər (Murovdağ), Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının azad olunmasında fəal iştirak etmişdir. Oktyabrın 20-i Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 23-ü İsmayıllı rayonun Şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Sonda şəhidin valideyinləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
İsmayıllıdan olan şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub
Oxşar xəbərlər
“Moskva” univermağının gəlirlərinin heç beşdən biri vergiyə cəlb olunmur
Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT
İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi
Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir!Müəllimlərə məcburi razılıq ərizəsi yazdırır!Bəs bunlara sözünüz?
İsmayıllıda Fərzəliyevlər ailəsi rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin rəisi Əfran Nəbiyevdən şikayətçi olduqlarını bildirirlər
“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyonluq əmlakın üzərinə məhkəmə qərarıyla həbs qoyulub
İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Ölkəmizdə tibb ocaqlarında pandemiya qaydalarına həkimlər belə düzgün əməl etmirlər
Samuxdan ikinci Qarabağ müharibəsinin qazisi şikayət edir!Məni işlə təmin edin - Video
İsmayıllı rayon sakini!Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinin rəisi Əfran Nəbiyev bizi incidir!Video şikayət
Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət
Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt
İsmayıllıda millət vəkilləri seçicilərlə maraqlanmır!Video şərh
Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
Təhsil əngəl tanımır
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
«    Сентябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏDƏNİYYƏT