Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO


Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü – qız övladı doğulub.

“Report” xəbər verir ki, körpəyə Şuşa adı qoyulub.

Qeyd edək ki, şəhidimizin ailə üzvləri daha əvvəl qəhrəman zabitimizin dünyaya gələcək üçüncü övladına Şuşa adının veriləcəyini bildirmişdilər. Ağayevlər ailəsi körpənin daşıyacağı bu adı Elçinin bir zamanlar həsrətini çəkdiyi Şuşa şəhəri ilə əlaqədar olduğunu qeyd etmişdilər.

1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev 2010-cı ildə orta məktəbi bitirərək, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vuraraq, peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTOŞəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
“Saloğlu” qanunları saymır
İlham Əliyev: “İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”
Prezident:
Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
Göyçay rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçısının anasına qarşı hörmətsizlik - VİDEO
Əsassız iddia TƏKZİB OLUNDU
Ziya Məmmədovla bağlı ŞOK FAKTLAR - Ucar rayonunda MÜƏMMA
Tovuzun icra başçısı hansı günə orda oturub... - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!
Qüdrətli Azərbaycan Qarabağı Dirçəldəcək!
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni  inkişaf etdirir
Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik
Torpaqların bərpası prosesi başlanıb
Lerik meşələri imdad diləyir
Ağsu Rayon Mərkəzi Xəstəxanasında COVİD19 virusu əleyhinə peyvəndlərin vurulması davam edir
Acınacaqlı durumda qalan qazi anasını Binəqədi rayon İcra başçısı qəbul etmədi-VİDEO
LOTU VƏ DEMƏ QOQ İCRA NUMAYADƏSİ
Sabiq məmurlar haqda şok ittihamlar... - Onlar niyə azadlıqda qaldı?..
LONDONDA VARSA, ŞUŞADA NİYƏ OLMASIN?! – Yaxud Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq haqqı
Metrodan oğurlanan milyonlar: Zaur Hüseynovun oğlunun biznesi - VİDEO
Göyçayda narazılıq yaradan kimlərdir? - Müraciət...
Kəmaləddin Heydərovun qardaşının maşın kolleksiyası - Foto
Sabirabadın başçısının qəbuluna düşmək olmur... - GİLEY
ABŞ-a köçən Əli Həsənovun oğlu 3 ildir Dubaydan daşınmaz əmlak alır? - FOTOFAKT
Zakir Fərəcov Sumqayıtda küçələri hansı yollarla işıqlandırır - İDDİA
Yollarda YEYİLƏN MİLYONLAR... - Bunların hesabı sorulacaqmı?
Hərbi hospital qazini intihar həddinə çatdırıb - “5 min ver, pensiya al”
Evlərini “AAAF Park”dan ala bilməyən sakinlər etiraz edirlər: - “Gərək özümüzü yandıraq?”
Cavid Qurbanovun MƏRC OYUNU... - “Topaz”ın dövlət maraqları və...
«    Февраль 2021    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
MƏDƏNİYYƏT