Hökumət möhtəkirləri cəzalandıra bilər - Sabotaj

  • 5-10-2016, 09:28
  • gundem
  • Baxılıb298
Hökumət möhtəkirləri cəzalandıra bilər - Sabotaj




















Hökumətin bəzi məhsulların gömrük rüsumlarının artırılması ilə bağlı qərarı hələ qüvvəyə minməsə də, marketlərdə artıq bahalaşma başlayıb. Bu səbəbdən oktyabrın 3-dən əhali marketlərə axın edərək, ərzaq tədarükü görüb.

“Yeni Müsavat”ın müxbiri marketlərə baş çəkərək qiymətlərlə bağlı son durumu öyrənib. Qeyd edək ki, iki gün öncə ilə müqayisədə həqiqət də qiymət artımı var. 48 qəpiyə satına unun bir kiloqramı 55 qəpiyə, 1.25 manata satılan şəkər tozu 1.30 manata, 1.68-ə satılan qədin kiloqramı 1.80 manata qalxıb. Həmçinin çayların və makaron məhsullarının qiymətində 10 qəpik civarında bahalaşma var. Qəraradək 16 qəpiyə satılan yumurta indi 18 qəpiyə satılır. Müxtəlif şirkətlərə məxsus toyuq ətinin kiloqramı isə 3.70-4 manat arasında dəyişir. Kərə yağlarının qiymətində isə 60-70 qəpik bahalaşma müşahidə olunur. 9.80 manata satılan “Vest gold” və “Ancor” yağları indi kiloqramı 10.50 manatdan təklif olunur. Duru yağlar da 20-30 qəpik bahalaşıb. 1 litr “Final” qarğıdalı yağı 3.95 manat olub. Meyvə şirələrinin, qazlı və spirtli içkilərin də qiyməti bahalaşıb. Çörəyin qiymətində hər hansı bahalaşma yoxdur.

Məlum olduğu kimi, hökumət bu qərarı yaxşı niyyətlə, yerli istehsalın stimullaşdırılması məqsədi ilə qəbul etsə də, bazarda əks nəticə qeydə alındı. Bəzi işbazlar, yerli istehsalçı iri şirkətlər sanki hökumətin qərarını sabotaj etdi, əhali arasında ajiotaj yarandı. Bəs, görəsən bu dəfə də bazarlara inzibati nəzarət mexanizmi tətbiq olunacaqmı? Müvafiq qurumlar süni bahalaşma yaradanları cəzalandıracaqmı?

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qeyd etdi ki, hökumətin gömrük rüsumunun artırılması ilə bağlı son qərarı yerli istehsalın güclənməsinə, sahibkarlığın inkişafına, rəqabət qabiliyyətli ixrac yönlü məhsul istehsalının güclənməsinə, xüsusilə də yerli istehsalın dəstəklənməsinə yönəlik bir addımdır: “Gömrük rüsumunun dəyişdirilməsi ilə bağlı qərar o mallara aid edilib ki, onların Azərbaycanda istehsalı genişdir və özünü təminat səviyyəsi yüksəkdir. Gömrük rüsumları dəyişdirilən idxal məhsullarında qiymət dəyişikliyi ola bilər. Yerli məhsullarda isə qiymət dəyişikliyi olmamalıdır. Əhali yerli məhsullardan istifadə etməklə öz tələbatlarını ödəyə bilərlər.

Hazırda bəzi KİV-lərdə qiymət dəyişikliyi ilə bağlı gedən məlumatlara gəlincə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq monitorinqlər keçirir və istehlak bazarında tədbirlərini davam etdirir. Son günlərdə bu dövlət xidmətinin apardığı monitorinqlərdə qiymət dəyişikliyi qeydə alınmayıb. Bundan sonra bu tədbirlərimiz davam edəcək ki, süni qiymət artımı hallarına yol verilməsin".

Cəmiyyətdə yaranan ajiotaja münasibət bildirən Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev də qərarı müsbət dəyərləndirdi və ilkin mərhələdə bu ajiotajın gözlənilən olduğunu vurğuladı: “Bu çox müsbət bir qərardır və biz yaxın vaxtlarda onun müsbət nəticələrini də görəcəyik. Yerli istehsal artacaq, məşğulluq yaxşılaşacaq, ölkədən valyuta çıxması azalacaq. Bu qərarın müsbət tərəfləri çoxdur. Ancaq ilk mərhələdə müəyyən ajiotajın olması da mümkündür. İnsanlar eşidib ki, xaricdən gətirilən ərzaq məhsulları bahalaşacaq, çalışırlar ki, bir aylıq ehtiyatlarını yığsınlar.

Bu mənada ajiotaj yaranır. Bu təbii hadisədir və dövlətin, cəmiyyətin həyatına ciddi təsir edəcək bir məsələ deyil. Mən hələ ki, bir sosial gərginlik hiss etməmişəm. Yerli sahibkarların qiymətləri qaldırmasını da doğru hesab etmirəm. Yalnız böyük şirkətlər bu addımı ata bilər. O da vicdan məsələsidir. Dövlət qarşısında onların müəyyən öhdəliyi var. Yaxşı olar ki, dövlətin müvafiq qurumu belə hallarda tədbirlərini gücləndirsin, reydlər keçirsin, bahalaşmanın səbəblərini soruşsun və bu hallar haqqında müəyyən ölçü götürülsün.

Xatırlayırsınızsa, ötən ilin sonunda manatın ucuzlaşması ilə əlaqədar belə sabotaj hallarının aradan qaldırılması ilə əlaqədar tədbirlər gücləndirildi, ölkə başçısı qəti şəkildə tapşırıq verdi. Burada ölkə başçısı da işə qoşuldu, müvafiq qurumlar da fəaliyyətlərini gücləndirdilər, ictimaiyyət də fəal oldu. İndi də belə şəraiti fürsət bilən, varlanmaq fikrinə düşən insanlar öncə öz vicdanı qarşısında cavab verməlidir, cəmiyyətin və hökumətin qarşısında məsuliyyətinin hiss etməlidir".

İqtisadçı-ekspert Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında yerli məhsulların bahalaşmasını əsassız addım kimi qiymətləndirdi: “Bu qərarın qəbul edilməsi gözlənilən idi. Biz öncədən də demişdik ki, ölkə daxilində istehsal olunan məhsullara yüksək səviyyədə antidenpiq tətbiq olunmalıdır. Digər məhsullara isə antidenpiqin tətbiq edilməsi heç bir halda qəbul edilən deyil. Gömrük rüsumu artırılan məhsullara diqqət yetirsək, onlar əsasən Azərbaycanda kifayət qədər yüksək həcmdə istehsal olunan məhsullardır. Təbii ki, qərar idxal olunan müvafiq məhsulların qiymətini artıra bilər. Çünki idxal olunan məhsulların xərcində də artım olacaq.

Hökumətin son qərarı bazarda yerli məhsulların qiymətini artırmamalıdır, çünki yerli məhsulların xərcində dəyişiklik yoxdur. Ancaq təəssüf ki, marketlərdə əksinə proses baş verir. İdxal olunan məhsulların qiymətində elə də ciddi dəyişiklik olmasa da, yerli istehsal olan ərzaq məhsullarının qiymətində dəyişiklik var. Sahibkarlar çalışırlar ki, yerli istehsal olan məhsulların qiymətini artırsınlar. Bu qiymət artımlarının iqtisadi əsası yoxdur”.

Ekspert qeyd etdi ki, onun əsas təkliflərdən biri bu durumda dövlətin bazara nəzarət etməsidir: “Bu zaman sual yaranır ki, dövlət bazara müdaxilə edə bilərmi? Əslində doğru olan qiymətin bazar tərəfindən tənzimlənməsidir. Biz də bunun tərəfdarıyıq. Azərbaycan qanunvericiliyində isə ”süni qiymət artımı" anlayışı var. Süni qiymət artımı anlayışı imkan verir ki, İqtisadiyyat Nazirliyi yanındakı müvafiq xidmət bazarda monitorinq aparmaqla qiymətlərlə məhsulun xərci arasındakı dəyişikliyi yoxlaya bilsin. Bu fundamental bazar qanunlarına ziddir. Bu qanunlara əsasən qiymət bazarda müəyyənləşməlidir. Amma təəssüf ki, Azərbaycan biznesi birbaşa fundamental qaydalarla qiyməti müəyyənləşdirməkdə maraqlı görünmür. Əksər hallarda biznesmenlər daha çox gəlir əldə etməyə çalışırlar, hətta xərcləri artmadığı halda qiymət artımına gedirlər.

Bu kimi halların qarşısını almaq üçün inzibati qaydada monitorinqlərin aparılmasına ehtiyac var. Müvafiq qurumlar qiymətlərə nəzarət etməlidir. Əgər bazarda idxal olunan məhsulların xərci artıbsa, bu normaldır. Ancaq yerli məhsulların qiyməti artıbsa, inzibati rıçıqlarla tənzimlənməlidir. Bu qısamüddətli dövr üçün keçərlidir. Daha uzunmüddətli dövr üçün yaxşı olar ki, yerli şirkətlərdə koorporativ sosial məsuliyyət inkişaf etdirilsin".
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?
Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO
Prezidentin köməkçisi:
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Erməni miflərinin puç edildiyi qızıl dönəm - GƏLİŞMƏ
İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri
65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi
Binali Yıldırım Bakıdadır - FOTO
Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi
Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR
«    Декабрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT