ALDATMAQ ÜZRƏ Göyçay Telekommunikasiya Qovşağından daha mahiri yoxdur - NARAZILIQ » Regionxeber.tv

ALDATMAQ ÜZRƏ Göyçay Telekommunikasiya Qovşağından daha mahiri yoxdur - NARAZILIQ

ALDATMAQ  ÜZRƏ  Göyçay Telekommunikasiya Qovşağından daha mahiri yoxdur - NARAZILIQ


Göyçayda rayon Ərəbcəbirli kənd sakinləri tərəfindən cənab Prezidentə müraciət ünvanlanıb.
Müraciətdə deyilir:

Cənab Prezident!
Bildirmək istəyirik ki, Vəli Vəliyevin rəhbərliyi altında idarə olunan Göyçay Telekommunikasiya Qovşağının fəaliyyəti Göyçay sakinlərində kütləvi narazılıq yaratmaqdadır. İnsanların əksəriyyəti həyatın ayrılmaz hissəsinə çevrilən "internet" problemi ilə üzləşirlər.

Dəfələrlə yaşadığımız əraziyə müasir internet sistemi quraşdırılması üçün fərdi və kollektiv şəkildə müraciətlər etmişik. Hətta Vəli Vəliyevin özündən belə məsələnin həlli üçün xahiş etmişik. Lakin, heç bir faydası olmayıb. O, müraciət zamanı " hə yaxşı köməklik göstərəcəyik" deyərək işlədiyi idarənin işçilərinə göstəriş verib, onlar isə rəislərinin verdiyi tapşırığı icra etməyiblər. Vətəndaşlara yalan vədlər verirlər, insanları get-gələ salırlar. Ümumiyyətlə isə yalan danışmaq üzrə Göyçay Telekommunikasiya Qovşağının bəzi əməkdaşlarından daha mahiri yoxdur. Onlar sanki vətəndaşları ələ salmaqla məşğuldurlar. Adı çəkilən idarənin yarıtmaz fəaliyyəti hər kəsi bezdirib. Şəhər və kənd yerlərində rabitə xəttlərinin dirəkləri bərbad vəziyyətdədir.

"Cavabdehliyi isə Vəli Vəliyev daşıyır".

Əksər hallarda övladlarımız internet üzərindən keçirilən online dərslərdə və imtahanlarda iştirak edə bilmirlər.

Sizdən çox xahiş edirik, Göyçay Telekommunikasiya Qovşağının məsuliyyətsizliyinə son qoyasınız.

İnformasiya şöbəsi