Xalqın etimadını və rəğbətini qazanmış Prezident

Xalqın etimadını və rəğbətini qazanmış Prezident



Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Hələ 2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Birinci prezidentliyi dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Dövlət başçısı İlham Əliyev ötən beş ildə olduğu kimi, bundan sonra da bu vədinə sadiq qalmışdır. Dövlət başçısının verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir.

2013-cü ildə azad, demokratik keçirilən prezident seçkilərində isə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 84,54 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı növbəti beş il üçün həm özünün, həm də dövlətimizin taleyinə səs vermiş, yenidən ölkə başçısı cənab İlham Əliyevə etimad göstərmiş, ona inamını ifadə etmiş və güclü Azərbaycan naminə güclü Liderini seçmişdir.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində də cənab İlham Əliyev 86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illərdə Azərbaycan böyük inkişaf yolu keçib, dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.

Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır.

Ölkədə aparılan uğurlu siyasətin nəticəsi oldu ki, ötən ildə Azərbaycan titulların sırasına “qalib dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil

silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi.

Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.

Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır.

Reyhanə Axundova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Oxşar xəbərlər
“The Washington Post” qəzeti Azərbaycanın dağ kəndlərindən reportaj hazırlayıb
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev sindiromunun pərdəarxası məqamları
İsmayıllı sakini övladının ölümünə görə etiraz edir
Seymur Nəzərovun Goranboy rayonunun təhsilinin inkişafına böyük töhfəsi var
Ekologiya Nazirliyi dövlət büdcəsin belə talan edir
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər
Bir mənzildə 3 dəfə oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO
EKOLOGİYA NAZİRLİYİ MEŞƏ XİDMƏTİNİN SABİQ RƏİSİ NAMİQ XIDIROVUN ƏMƏLLƏRİ HƏLƏ DƏ DAVAM EDİR
Muxtar Babayevin
ALDATMAQ  ÜZRƏ  Göyçay Telekommunikasiya Qovşağından daha mahiri yoxdur - NARAZILIQ
Şəkidə Xan sarayının yaxınlığında yerləşən zibillik -7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin fəaliyyətsizliyi - Video
Ekologiya və təbii sərvətlər nazirliyinin Şəkidə yerləşən 7 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur
Yevlaxda Qarabağ qazisi rayon məhkəməsinin qərarına etiraz edir
Polis serjantı “atanşiklik edir”- ŞOK OLAY
ETSN-nin müavini Vüqar Kərimovun Masallıda kı, şiddətli  töhmət alan
İsmayıllıda Hapıtlılar haqqında bildiklərimiz və bilmədiklərimiz
Yevlax sakinləri kütləvi şəkildə narazıdır - Video
Ədliyyə naziri Fikrət Məmmədovun Monalit şirkəti vətəndaşlara divan tutur - Video
Yevlaxda ikinci Qarabağ müharibəsinin qazisi baxımsız vəziyyətdə! İcra başçısı Anar Tağıyev üçün daha bir fakt - Video
Yevlaxda zibillikdən nə desən tapmaq olar - Video
Yevlaxda yatacağı olmayan ailə - Ölkə orta əsrlərə qayıdır - Video
Goranboydan dövlət başçısına müraciət olundu.Bizdən rüşvət tələb olunur - Video
Yevlaxda anadangəlmə əlilin təqaüdünü kəsiblər - Video
Ekologiya və təbii sərvətlər nazirliyinin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin mövqeyini başa düşmək olmur
Hirkan Milli Parkında
Şəmkirdə tibb mərkəzində nələr baş verir? Video FAKT
Hirkan Milli Parkında
Öz vəzifəsini icra edə bilməyən Elxan müəllim
İsmayıllıda biabırçılıq! Şəhid anasından 2000 manat vəsait alınıb və oğlu üçün bulaq tikintisi ananın şəxsi hesabına həyata keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə yeni Təyinat
ETSN-NİN MÜAVİNİ VÜQAR KƏRİMOV MASALLIDA MEŞƏ TORPAQLARIN BELƏ SATDIRIR
«    Январь 2022    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT