MEŞƏ TƏSƏRRÜFATININ ACI DURUMU

MEŞƏ TƏSƏRRÜFATININ ACI DURUMU



Nə qədər acı olsa da bu, bir həqiqətdir ki, bu gün Ölkəmizin Meşə Təsərrüfatı çox acı durumdadır, onun idarə olunması həm də istismarı o kəslər tərəfindən həyata keçirilir ki, onların hər ikisi Moxuma Heracıyev və Namiq Xıdırov İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərindən rüşvət alma və korrupsiyaya hallarına görə oradan qovulublar. Bu iki şəxs barəsində mətbuatda dəfələrlə yazılan faktlara baxmayaraq Ekologiya Nazirliyi onların xidməti fəaliyyətini nə araşdırır nə də ki, bu barədə hər hansı bir açıqlama verir. Sanki bu iki səxs Moxuma və Namiq müəllim elə bu təşkilat üçün anadan doğulublar , onlara bir gecənin içində Tanrıdan "meşəçi olmaq" vergisi verilib. Hansı ki, bunların hər ikisinin nəyinki meşə sahəsində heç başqa bir sahədə də biliyi və səriştəsi yoxdur. Onların yalnız rüşvət almaq sahəsində böyük bacarığı və səriştəsi var. Moxuma Heracıyevin əmlak satışı sahəsində, Namiq Xıdırovun isə kənd təsərrüfatı məhsullarının oğurlanması sahəsində. Mətbuat bar-bar bağırır ki, bu adamlar saxta adamlardır və sual olunur ki, hardan tapıldı bunlar, hansı xidmətlərinə görə birdən birə Ekologiya Nazirliyində peyda oldular ?! Lakin Nazirlikdən bu günə kimi Moxuma və Namiq müəllim barəsində heç bir açıqlama verilmir . Əksinə Namiq Xıdırov xidmətdə çalışan işçiləri təhqir edir, onların bu sahəni qanmadığlarını söyləyir. Moxuma müəllim isə " böyük dayaq " filmindəki YASTI SALMAN rolunu oynayır. Hayıf ki, LAL HÜSEYN rolunda olan dostları Mehman Səfəroviç tez getdi.
Bütün bunlar Meşə xidmətində olan reallığı əks etdirən faktlardır, baxın nə durumdadır bu Meşə Təsərrüfatı.
Bir anlığa qəbul edək ki, Namiq Xıdırovu səhv və ya düz olaraq Xidmətə rəis təyin etdilər, bəs bu müavin vəzifəsinə Moxuma Heracıyevin təyinatına hansı adı vermək olar ?! Bir anda İqtisadiyyat Nazirliyindən qovuldu və gəlib Meşə xidmətində müavin oldu, hansı ki, o vəzifəyə laiq , 30 ilə yaxın iş təcrübəsi olan onlarla Meşə Təsərrüfatı mühəndisi var. Deməli Moxuma müəllimin ora gəlişi hansısa məqamı və məqsədi daşıyır. Yəqin ki, yaxın zamanlarda bəlli olar, bizdə sualımıza cavab taparıq.
Moxuma müəllimin əməllərinə dair araşdırmalarımız isə davam edir, yəqin ki, yaxın vaxtlarda Moxuma müəllimin Meşə fonduna verdiyi " kupçalar " barədə dəqiq və adlı faktları ictimaiyyətə təqdim edəcəyik.

Məlumatımıza görə, meşə təsərrüfatının bu gün ki, durumu və bu iki şəxs , Mohuma Heraçiyev və Namik Xıdırov barəsində meşə mühəndislərin və təqaüddə olan meşəçilərin Ölkə Başçısına müraciəti gözlənilir.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq. Azerinfo.az
Oxşar xəbərlər
MEŞƏ TƏSƏRRÜFATINDA “ XIDIROVŞİNANIN “ FƏSADLARI
Rayon tibb xidməti daha da yüksəldiləcək
İsmayıllıda Xanagah kendi əhalisinə qarşı terror həyata keçirilir
Yevlaxda yeni icra başçısından narazılıq artır.Şəhid anası.Video.
Gəncədə sahibsiz itlər meydan sulayır video
Şəkidə səhiyyədə rəzalət.Ambulansla xaltura edirlər.Video
Bakıda əxlaqsızlıq yuvası aşkarlanıb - Bu nə Biabırçılıqdır?
LERİK ÇAYLARINDA EKOLOJİ TERROR DAVAM EDİR  ETSN İSƏ SUSUR
Vəzifədən cıxarılmış Əfqan Qəribov heç nə olmamış kimi hər gün İDARƏDƏDİR - NAZİR QAYTARACAQ DEYİR
EKOLOGİYA NAZİRİNİN MÜAVİNLƏRİ  TƏBİƏTİMİZƏ BELƏ QƏNİM KƏSİLİB
DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALLI REGİONAL  ŞÖBƏSİNİN SAXTAKARLIĞI
Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”
Mingəçevir şəhər icra hakimiyyətindən Regionxeber.tv saytının bölgə müxbiri Mübariz Nağıyevin ünvanına məktub daxil olub
VÜQAR KƏRİMOVA SÖYKƏNƏN
EKOLOGİYADA NAZİRLİYİNDƏ NƏ BAŞ VERİR ?
YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
CƏLİLABADLILAR MEŞƏ SOYQIRIMININ DAYANMSINI TƏLƏB EDİRLƏR
CƏLİLABADDA NAMİK XIDIROVUN
Azəriqaz istehsalat birliyi İsmayıllı, Göyçay və Ağsu əhalisinə divan tutur.Video
CƏLİLABADDA
NAMİK XIDIROV ÖZÜ KİMİ QOVULMUŞLARI İŞƏ GÖTÜRÜR
CƏLİLABADDA SAHİBKAR QOÇU PEYDA OLUB
VÜQAR KƏRİMOV TƏLƏBƏ YOLDAŞININ ƏLİYLƏ CƏNUB MEŞƏLIRUN BELƏ MƏHV ETDİRİR
NAMİK XIDIROV MEŞƏLƏRİ MƏHV ETDİRİR EKİLOGİYA NAZİRLİYİ İSƏ SUSUR
Samux bizim ailə günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət
Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb  - Video
XİDMƏT RƏİSİ NAMİK XIDIROV SİNDİROMUNUN İÇ ÜZÜ
ETSN:  NAMİK XIDIROVUN CƏNUBDA KI,
MEŞƏ TƏSƏRRÜFATININ ACI DURUMU
EKOLOGİYA NAZİRLİYİNİN ƏMƏKDAŞI SAXTAKARLIĞI ÜZƏ ÇIXARTDIĞI ÜÇÜN  TÖHMƏT ALDI
VƏTƏNDAŞ 1 SAYLI REGİONAL  EKOGİYADAN ÖLKƏ BAŞÇISINA ŞİKAYƏT EDTİ
«    Декабрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT