Ekologiya və Təbii Sərvətlər Nazirliyində səriştəsiz kadırlar peşəkar mütəxəssislərə meydan oxuyur

Ekologiya və Təbii Sərvətlər Nazirliyində səriştəsiz kadırlar peşəkar mütəxəssislərə meydan oxuyur


Son illər ölkədə həyata keçirilən kadr və struktur islahatları əksər nazirlərin , komitə sədrlərinin və bəzi dövlət idarələrinin rəhbərlərinə sanki bir fürsət kimi vermiş oldu . Onlar əllərinə düşmüş bu fürsətdə maksimum faydalanaraq peşəkar kadrları qısa müddətdə öz adamları ilə əvəz etməyə başladılar . Acınacaqlı hal odur ki , peşəkar kadrları sıxışdırıb işdən çıxartdıqdan sonra onların yerinə təyin olunanlar ümumiyyətlə bu sahələrdən xəbəri olmayan səriştəsiz kadrlardır .
Qohumçuluq , tayfabazlıq , regionçuluq , tələbə yoldaşı və digər xəstə prinsiplərə söykənən bu təyinatlar heç də cəmiyyətdə bir mənalı qarşılanmır .Bəzən ali posta təyin olunan ali məmurlar kadrları özlərinin əvvəl işlədikləri dövlət qurumlarından transfer etməyə başlayırlar . Nəticədə isə əsl peşəkar mütəxəssislər işdən uzaqlaşdırılır , səriştəsiz kadrlarla əvəz olunaraq həmin qurumun işini iflic edirlər . Ziyan isə Dövlətə - Dövlətçiliyə dəyir .
Sonrada cəmiyyətdə narazılıq yaradan və şikayətlərin çox olduğu dövlət qurumlarının rəhbərləri narahat olmağa başlayırlar .
So günlər mətbuatda , sosial şəbəkələrdə qınağ obyektinə çevrilmiş kütləvi narazılıqlar yaradan , kadr siyasətində heç bir effekti olmayan , peşəkarlıq , çalışacağı sahənin mütəxəssisi olmayan , yalnız öz şəxsi prinsiplərinə söykənərək işə götürülən insan resuslarının düzgün təyin olunmadığı qurumlardan biridə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirilir .
Haqlı olaraq bəzi mütəxəssislər qeyd edirlər ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyində ki , idarəçilikdən olan narazılıq qurumda islahatların aparılmasını qaçılmaz edib . Son günlər dövrü mətbuatda , KiV -lərdə , sosial şəbəkələrdə gedən yazılardan aydın olur ki , cənab nazir Muxtar Babayevin etimad göstərib vəzifəyə gətirdiyi bəzi məmurlar cənab nazirin etimadını doğrulda bilmədilər .Onlar öz köhnə pis vərdişlərindən əl çəkməyərək nazirlikdə kütləvi narazılıqlar yaratmağa nail olmağa çalışdılar . Düzgün olan informasiyaların heç də düzgün çatdırılmamasında , araşdırılmasına zərurət duyulan işlərin rədd edilməsində , yalnız öz çirkin niyyətlərinə çatmaq üçün etdikləri səflərin sayəsində neçə - neçə vicdanlı insanlar şərlənərək öz iş yerlərini , doğma kollektivlərini itirməli oldular .Bəli bu gün baş verənlər onu deməyə əsas verir ki , cənab nazir Muxtar Babayev bunların öhtəsindən gələ bilmir ya da baş verənlərə səhlənkar yanaşır .
Sosial şəbəkələrdə yazılanların , göstərilən video faktlar - meşə qırğınları , daş karxanalarındakı narazılıqlar , məlum taxta sexləri , çayların məcərasına yönləndirilmiş neqativ halların həyata keçirilməsində bəzi sahibkarlarla iş birliyi , vicdanlı kadrların vicdansız məmurlar tərəfindən şərlənərək işdən çıxarılması , haqlı insanların şikayətlərinə məhəl qoyulmaması , onların haqlı tələblərinin qulaqardına vurulması günümüzün ən aktual mövzusuna çevrilmişdir . Çox təəssüflər olsun ki , bütün bu neqativ hallar , söz - söhbətlər cənab nazir Muxtar Babayevin rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətrafında və başında baş verir .
Son olaraq ictimai nəzarətin bir qolu kimi baş verənlərlə bağlı Qanunpress olaraq hər bir narazı şəxslərin və əks tərəfin mövqeyyini dinləməyə , dərc etməyə hazırıq . Biz isə ədalət prinsiplərinə söykənərək jurnalist araşdırmalarımızı davam etdirərək bu mövzunu daim diqqət mərkəzində saxlayacayıq .Hər zaman aidiyyəti qurumlara , maraqlı şəxslərə tribuna verməyə hazırıq .
Oxşar xəbərlər
MEŞƏ TƏSƏRRÜFATINDA “ XIDIROVŞİNANIN “ FƏSADLARI
Rayon tibb xidməti daha da yüksəldiləcək
İsmayıllıda Xanagah kendi əhalisinə qarşı terror həyata keçirilir
Yevlaxda yeni icra başçısından narazılıq artır.Şəhid anası.Video.
Gəncədə sahibsiz itlər meydan sulayır video
Şəkidə səhiyyədə rəzalət.Ambulansla xaltura edirlər.Video
Bakıda əxlaqsızlıq yuvası aşkarlanıb - Bu nə Biabırçılıqdır?
LERİK ÇAYLARINDA EKOLOJİ TERROR DAVAM EDİR  ETSN İSƏ SUSUR
Vəzifədən cıxarılmış Əfqan Qəribov heç nə olmamış kimi hər gün İDARƏDƏDİR - NAZİR QAYTARACAQ DEYİR
EKOLOGİYA NAZİRİNİN MÜAVİNLƏRİ  TƏBİƏTİMİZƏ BELƏ QƏNİM KƏSİLİB
DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİNİN MASALLI REGİONAL  ŞÖBƏSİNİN SAXTAKARLIĞI
Cəsarət Əhmədov: “Gənclər və İdman Nazirliyi yanında İctimai Şura ölkəmizə, xalqımıza və dövlətimizə çox fayda verəcək”
Mingəçevir şəhər icra hakimiyyətindən Regionxeber.tv saytının bölgə müxbiri Mübariz Nağıyevin ünvanına məktub daxil olub
VÜQAR KƏRİMOVA SÖYKƏNƏN
EKOLOGİYADA NAZİRLİYİNDƏ NƏ BAŞ VERİR ?
YEVLAXIN FƏDAKAR DÖYÜŞ VƏ ƏMƏK BAHADIRI
CƏLİLABADLILAR MEŞƏ SOYQIRIMININ DAYANMSINI TƏLƏB EDİRLƏR
CƏLİLABADDA NAMİK XIDIROVUN
Azəriqaz istehsalat birliyi İsmayıllı, Göyçay və Ağsu əhalisinə divan tutur.Video
CƏLİLABADDA
NAMİK XIDIROV ÖZÜ KİMİ QOVULMUŞLARI İŞƏ GÖTÜRÜR
CƏLİLABADDA SAHİBKAR QOÇU PEYDA OLUB
VÜQAR KƏRİMOV TƏLƏBƏ YOLDAŞININ ƏLİYLƏ CƏNUB MEŞƏLIRUN BELƏ MƏHV ETDİRİR
NAMİK XIDIROV MEŞƏLƏRİ MƏHV ETDİRİR EKİLOGİYA NAZİRLİYİ İSƏ SUSUR
Samux bizim ailə günəbaxan tumlarının qablaşdırılması müəssisəsində antisanitar vəziyyət
Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb  - Video
XİDMƏT RƏİSİ NAMİK XIDIROV SİNDİROMUNUN İÇ ÜZÜ
ETSN:  NAMİK XIDIROVUN CƏNUBDA KI,
MEŞƏ TƏSƏRRÜFATININ ACI DURUMU
EKOLOGİYA NAZİRLİYİNİN ƏMƏKDAŞI SAXTAKARLIĞI ÜZƏ ÇIXARTDIĞI ÜÇÜN  TÖHMƏT ALDI
VƏTƏNDAŞ 1 SAYLI REGİONAL  EKOGİYADAN ÖLKƏ BAŞÇISINA ŞİKAYƏT EDTİ
«    Декабрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT