Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?

Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?


Ölkəmizdə istehlakçılar neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri ala bilərlər.

Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdirlər.

Sadaladığımız bütün bunlar məsələnin qanuni tərəfidir. Yəni aidiyyatı qurum - İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti rəhbərliyi deyir ki, ƏDV bu qaydada və qanunlardan irəli gələn formada olmalıdır. Əlbətdə, qanunlar şahdır və insanlarımız da bu qaydalardan irəli gələn tətbiqlərdən yararlanmaq istəyir. Bu yaxşı haldır və dünya standartlarına inteqrasiyadır.

Bəs əslində real vəziyyət necədir?

Ümumiyyətlə, bizim ölkədə qanunların, qaydaların tələbləri ilə reallıq üst-üstə düşürmü? Qanun və qaydanı tətbiq edən qurum və ya şəxslər, elə misal üçün nazir Mikayıl Cabbarov özü, diğər rəhbər şəxsləri bu sistemin, tətbiqin işləmə mexanizminə nəzarət edə bilirmi? Yaxşı, gəlin sualı bir az da yüngülləşdirim - bu sistem vətəndaşlarla dövlət arasında hansı özəllikləri, bağı yaradır? Narazılığımı artırır yoxsa razılıqmı yaradır?

Görünən odur ki, bu sistemin tətbiqində kifayət qədər boşluqlar var və bu böyük inamsızlıq və narazılıq yaradır. Tək-tək aydınlaşdırmağa çalışaq ki, bu qurumların rəhbərləri də oxusun və bizim doğru dediklərimizə bir əmma qoymasın.

Gəlin razılaşaq ki, ölkəmizdə istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, alıcı ƏDV çekini özü istəməsə, qarşı tərəf onu istehlakçıya verməyə qətiyyən maraq göstərmir, onun bu istəyini hətta narazılıqla qarşılayır. Bəzən ƏDV-nin çekini istəyən istehlakçı bunu birbaşa kassirdən almalı olduğu halda, kassir tərəfindən müştəri xidmətlərinə yönəldilir.

Bu, istehlakçının hüquqlarını pozmaqla yanaşı, onun üçün vaxt itkisinin yaranmasına da səbəb olur. Bütün bu problemləri satıcı-müştəri-dükan sahibi ilə bəzən dava-dalaşla həll etmək olur. Əsas məsələ və problem isə başqadır.

Növbəti mərhələdə sən dava-dalaşla dükandan aldığın ƏDV çekini ya sistemə yükləyə bilmirsən, ya da yükləsən belə onu geri ala bilmirsən. Aylarla gözləyirsən ki, bu məbləğ sənin kartına qayıdacaq. Amma bir də görürsən ki, sənə qaytarılmalı olan ƏDV görbagor olub, yəni yaxşı mənada silinib.

Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?


Bizimxeber.az-a gələn şikayətlərdən aydın olur ki, yenə vətəndaşlar 500, 1000 və 2000 manatdan yuxarı alqı-satqı üzrə əlavə dəyər vergisinin (ƏDV) ödənilməsində problem yaşayır. Bununla bağlı sosial şəbəkələrdə vətəndaş şikayətlərinin atdığının da şahidi ola bilərik. Vətəndaşlar bildirir ki, ona ödənilməli olan böyük məbləğdə ƏDV ləğv edilir, qeybə çəkilir. Bir ay gözləmədə olan ƏDV ödənməyə bir gün qalmış yoxa çıxır.

Bu naməlum silinməni İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti özünəməxsus şəkildə şərh edir. Hörmətli Mikayıl Cabbarovun rəhbəri olduğu qurumdan belə hallara cavab olaraq bildirirlər ki, guya ki, 1000-2000 manatdan yuxarı alqı-satqı əməliyyatları üzrə ƏDV-lərin yoxlanılması aparılır. Guya bu da üzə çıxan neqativ hallarla bağlıdır. Neqativ əmma odur ki, guya nağd vəsait silməyə çalışanlar olur və bu hallar dəfələrlə aşkar olunub. Ona görə də yoxlayırlar. Sonra köçürmə həyata keçirilir.

Amma və lakin heç bir köçürmə edilmir, vətəndaşlar silinən məbləğin geri qaytarılmadığını bildirir və ya bu məbləği geri almaq üçün get-gələ salınır.

Ümumiyyətlə, gəlin etiraf edək ki, ölkəmizdə bu kimi məsələlər sistemsiz idarə olunur. Diğər tərəfdən əgər gömrükdə lap elə verginin özündə problem varsa bu mütləq ƏDV-də özünü göstərəcək və necə ki, göstərir. Çünki, nə gömrük, nə də vergi dəqiq sıfırlanmış rəqəmlərlərin altında deyil. Artıq 10 qəpik problemin başlanğıcıdır, bu bütün sistemi pozacaq və necə ki, həmin vəziyyətdir.

İqtisadiyyat elə bir sahədir ki, bura bağlı olan qollar tam şəffav işləməlidir ki, diğərləri üçün böyük fəsadlar yaratmasın. Amma və lakin bizim ölkəmizdə gömrüklə vergi, vergi ilə ƏDV və sairə tərsmütənasiblik təşkil edir. Səbəblər bəllidir və bu barədə illərdir yazırıq.

Məsələ budur ki, bu sistemlərin tətbiqi dövlətlə vətəndaş arasında bir bağ yaratmağa, inam formalaşdırmağa hesablanmalıdır. Bu kimi tətbiqlər vətəndaşların sistemə olan şəffav inamını tamamlamalıdır.

Sizə tamamlayırmı? ƏDV-si silinən vətəndaş bu sistemə, şəffavlığa və dövlətin diğər addımlarına inanarmı? Siz Mikayıl Cabbarov - nazir deyil, adi vətəndaş olsaydınız, 2000 manat ƏDV-niz səbəbsiz olaraq silinsəydi bu məlum ƏDV sisteminə və diğər tətbiqlərə, onu ərsəyə gətirən quruma, nazirə inanardınızmı? Və sizcə belə vətəndaşda vergiyə, gömrüyə və ümumilikdə dövlətə inam hansı dərəcədə olar?

Bir sözlə, vətəndaşlar ƏDV-ni geri ala bilmədikləri üçün narazılıq edir. Bu narazılığın hansı səviyyədə olmasından asılı olmayaraq, sistemin düzələcəyinə inam azdır. Sadəcə bizim borcumuz yazmaqdır, məlumatlandırmaqdır ki, bunu da edirik.

Ədil Hüseynli
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT