Azərbaycanın nicatı Ümummilli lider Heydər Əliyev ideyalarındadır

Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır


Ulu Öndər
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur.

Bu gün qürurla, əminliklə söyləyirik:
Azərbaycanın nicatı Heydər Əliyev ideyalarındadır. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Nəticədə ölkəni uçuruma apardılar. Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar.

Ökənin gələcək müqəddəratını müəyyən edəcək 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.

Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində söylədi ki, “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq siyasəti xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızın bütövlüyü bərpa edildi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə rəhbəri var. İlham Əliyev bu gün Qafqaz regionunun şəriksiz lideri sayılır, onun razılığı olmadan bu bölgədə heç bir ciddi layihəyə və addıma start verilə bilməz. Prezident İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. Ulu Öndərin işıqlı ideyaları və Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri
Rövşən Əliyev

İnformasiya şöbəsi
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT