Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır

Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır


Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
27 il ərzində kağız üzərində qalmış qətnamələr, 30 ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susub və münaqişəni həll etməyib. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deməyib. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. İyirmi yeddi il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etmişdir. Əvəzinə, təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdır. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 1 il ötür. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Cəbrayıla səfəri hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Xalqımızın qəhrəmanlıq tarixində, zəfər tarixində bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Vətən Müharibəsinin ilk böyük qələbəsi böyük zəfər tariximizin ilki, başlanğıcı oldu.

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti
Ülviyyə Zeynalova

İnformasiya şöbəsi
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT