İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video

İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video


İsmayıllı rayon Balik kənd sakinləri video-müraciət edərək dövlət qurumlarının diqqətinə bir sıra problemlərini çatdırmağa çalışırlar.

Sovetlər birliyinin dağılmasına az vaxt qaldığı zaman kəndimizə qaz çəkildi və 1996-cı ildə kəndimizə qazın verilməsi dayandırıldı.Uzun illər bu sarıdan çox əziyyət çəkmişik.Təxminən 8-9 il bundan əvvəl kəndimizə gələn qaz xəttinin bir hissəsi gecə ikən oğurlanaraq aparılmışdır.Həmin dönəmdə etdiyimiz şikayətlərə baxan olmadı, əksinə rayon hüquq-mühafizə orqanları tərəfindən ört-basdır olundu.



Kəndimiz rayon mərkəzindən 9 km aralıqda yerləşir.Bundan əlavə dağlıq ərazidə yerləşmir ki,deyək ki, qaz çəkilişi və sair şeyləri mümkünsüz edə.Yazmadığımız dövlət qurumları, şikayət etmədiyimiz ünvan qalmayıb.Elə bil ki,kimsə bu işə mane olur.Millət vəkili Novruz Aslanov deyir ki,bu məsələ barədə mənə heç bir şey deməyin, mənlik deyil.Biz də deyirik ki,millət vəkili olaraq parlamentdə və sair yerlərdə bu problemi qaldıra bilərsiniz.Ancaq təəssüf ki, Novruz müəllim yalnız seçkidən-seçkiyə yağlı vədlər verməklə başımızı qatır.Rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovdan xahiş edirik bu məsələ ətrafında ciddi işlər gorsün.İnanırıq ki,Nahid müəllim bu istiqamətdə nə isə edə biləcək.
Bir ay bundan əvvəl Azəriqaz istehsalat birliyinin sədri qonşu Enişdibi kəndinin sakinləri ilə görüşüb söhbət etmişdi.Onlar həmin ərazidə açıq mikrofon adlı tədbir keçirmişdilər.Ancaq nə əcəbsə açıq mikrofon bağlı elan olundu və heç bir işə yaramadı.Çünki Enişdibi kəndində cəmisi 8-9 ailə yaşayır.Həmin əraziyə yanar qazın verilməsi, ancaq 120 təsərrüfatı,450 nəfərdən çox sakini olan bir yaşayış məntəqəsinə qazın verilməməsi sadəcə absurddur.Deməli Azəriqaz açıq mikrofon adlı tədbiri əslində reklam üçün həyata keçirib.Yəni məqsəd iş görmək deyil,görüntü yaratmaqdır.Atalar demişkən "keçəl başını yudunmu, yudum da,daradım da.Baxın bunların işi buna bənzəyir.
Bundan başqa kəndimizin su,işıq, telefon, internet problemi var.Yay aylarında rayon icra hakimiyyətinə müraciət edərək su ilə bağlı kömək istədik.Çünki cənab prezident İsmayıllıda 5 artezan quyusunun qazılması üçün dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı müvafiq sərəncam imzalamışdır.Ancaq cavab bu oldu ki,gecikmisiniz plana başqa kəndlər salınıb.Bu məsələ növbəti ilin planına daxil olunacaq.
Kəndimizin işıq xətləri 1961- ci ildə çəkilmiş xəttlərdir.Dirəklər yararsız, transformator köhnə və yararsız vəziyyətdədir.Azca yağış yağan kimi,meh əsən kimi,işıqlar sönür.İsmayıllı elektrik şəbəkəsi idarəsi heç bir tədbir görmür.Ancaq təklif edirlər ki,bazar açaq.Yəni yığıb bunlara xeyli miqdarda pul verək ki,bunlar nə isə iş görsünlər.
Kəndimizin telefon, internet problemi uzun illər ərzində həll olunmamış qalır.Burada onlayn təhsildən söhbət gedə bilməz.Bu məsələ də rayon rəhbərliyinə məlumdur.Ancaq tədbir görülmür.
Kəndimizin iki şəhidi, bir qazisi var.Birinci Qarabağ müharibəsinin iştirakçısı olan,veteranlarımız,qazilərimiz var.Kəndimiz daima dövlətimizin yanında olub və kütləvi tədbirlər zamanı fəal olub.Ancaq nədənsə dövlət bizə ögey münasibət göstərir.
Şəhid Xəyyam Daşdəmirov bizim kəndin yetirməsidir.Heç olmasa onun ruhu xatirinə bu problemlərin həllinə kömək etsinlər.
Bizlər buradan ancaq dövlət başçısından kömək istəyir və deyirik.Cənab prezident! Sizdən xahiş edirik,problemimizi şəxsən nəzarətinizə götürəsiniz.Xahiş edirik,bizi yerli məmurların ümidinə buraxmayın.

Redaksiyadan:Balik kəndində bu qədər problemlərin olması və heç bir tədbirin görülməməsi başa düşülən deyil.Bəli, hesab edirik ki, əhali haqqlıdır və bu kəndə qarşı dövlət qurumları haqsızlıq və ayrıseçkilik ediblər və bu gün də davam edir.Biz də rəsmi qurumlardan xahiş edirik ki, təcili olaraq bu problemlərin aradan qaldırılması üçün hərəkətə keçsinlər.Qarşıda amansız qış gəlir,qaz yox, ekologiya və təbii sərvətlər nazirliyinin İsmayıllıda yerləşən regional ekologiya və təbii sərvətlər idarəsi əhaliyə odun vermir.Bəs bu insanlar necə yaşasınlar?
Mövzunu diqqətdə saxlayacağıq.Qarşı tərəfi dinləməyə hazırıq.Videonu izləyin bəyənin və paylaşın.Kanalımıza abunə olmağı unutmayın.

Elçin İsmayıllı.


İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT