Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə

Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə




İsmayıllı rayon Qubaxəlilli kənd sakinləri ata Nazim Şirinov,ana Heyvaxanım Şirinova övladları Murad Şirinovun əlillik təqaüdünün kəsilməsi ilə bağlı etiraz edərək bir sıra KİV-lərdə ətraflarında baş verənlərin ictimailəşdirilməsini istəyirlər.
Nazim Şirinov.Oğlum açıq vərəm xəstəsidir.Uzun illərdir ki,bu xəstəlikdən əziyyət çəkir və müalicə olunur.2015-ci ildən etibarən 2-ci qrup olaraq təqaüd alır.Ancaq bu ilin əvvəlindən təqaüdünü kəsiblər.Mən bu ilin fevral ayında oğlumu Bakıda Günəşlidə,Qara Qarayevdə, sonradan təkrarən Türkanda, Zığda və sair yerlərdə xəstəxanalarda müalicə-müayinə elətdirmişəm.Hətta bir ay müddətində xəstəxanada qalaraq müalicə olunub.Bütün bunlara görə mən bütün həkimlərə pul vermişəm.Hətta oğlumun xəstəxanada qalmasına görə gecəsinə görə pul vermişəm.Ancaq axırda imtina cavabı gəldi.Bu qanunsuz əməllər nə vaxta kimi davam edəcək?Sahil Babayev nə işlə məşğuldur,niyə qanımıza susayıb?
Bakıda bütün həkimlər məndən rüşvət tələb edərək alıblar.Hətta bir göndəriş vərəqinə görə 100 manat,nə bilim 20 manat,5 manat,50 manat alıblar bir sözlə, dilənçilərə,reketlərə rast gəlmişik.Bu ölkədə qanunlar niyə işləmir?
Heyvaxanım Şirinova.Oğlum Murad Şirinov 1994-95 -ci illərdə həbsxanada olan zaman, Bayıl həbsxanasında bu xəstəliyə yoluxub.Orada onu dövlət müalicə etmədi.Orada biz oğlumuzu müalicə etdik və sonradan mərhum prezident Heydər Əliyevin əfv sərəncamı ilə oğlum vərəm xəstəsi olduğu üçün azadlığa buraxıldı.Dəfələrlə biz onu daxili qanaxma ilə təcili Bakıya aparmışıq.Yəni Sahil Babayev sənədlərə baxsın,biz övladımızı pul ilə təqaüdə çıxarmamışıq.Mən özüm də xəstəyəm.Öz təqaüdüm öz dərmanlarıma çatmır.İndi necə edək,necə yaşayaq?Belə özbaşınalıq olar?Ölkədə hara gedirsən rüşvət, problem,süni əngəl.Yaxşı, əgər təqaüdünü kəsəcəkdilərsə,yenə imtina verəcəkdilərsə,onda niyə bizi xərcə salırdınız?Bu adamı niyə aylardır xəstəxanalarda süründürərək müflis edirsiniz?
Mən prezidentə müraciət edərək kömək istəyirəm.
Mən Mehriban Əliyevaya müraciət edərək kömək istəyirəm.
Mən nazir Sahil Babayevə müraciət edərək kömək istəyirəm.Axı belə özbaşınalıq, belə ədalətsizlik olmaz.
Redaksiyadan:Şirinovlar ailəsi bu məsələdə tamamilə haqlıdır.Çünki Sahil Babayev və başının quldur dəstəsi onlara qarşı amansız hərəkət edib.Ağır xəstə olduğu halda Murad Şirinovun təqaüdünün kəsilməsi yalnız erməni xislətindən,insanlara zülmdən başqa bir şey deyil.
Qarşı tərəfi dinləməyə hazırıq.

Azinfo.tv Kendtv.info
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT