İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir » Regionxeber.tv

İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir

İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir

İsmayıllı rayonun iri yaşayış məntəqələrindən olan İvanovka kəndinin sakinləri əlamətdar hadisənin sevincini yaşayıb. Kəndin 6 məhəlləsi uzun illərdən bəri davam edən içməli su problemi öz həllini tapıb.
Su mənbəyi Xanagah kəndindən götürülən İvanovkanın kənd daxili magistral su kəməri uzunluğu 2500 p/m diametri,159 mm olan yeni dəmir boru vasitəsilə əvəz olunub.
Rayonun rəhbəri açılış mərasimində çıxış edərək bu münasibətlə İvanovka kənd sakinlərini təbrik edib, son vaxtlar İsmayıllıda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib. Qeyd olunub ki, hazırda bütün yaşayış məntəqələrinin içməli su və təbii qazla təmin edilməsi, yol infrastrukturunun təzələnməsi istiqamətində tədbirlər mərhələli şəkildə görülür.
İvanovka kəndinin sakinləri diqqət və qayğıya görə bu işdə əməyi olan hər bir şəxsə öz təşəkkürlərini bildiriblər.
Məlumat üçün bildiririk ki, işlər Rayon İcra Hakimiyyətinin təşəbbüsü, İvanovka kolxozu və yerli sahibkarın köməkliyi ilə daxili imkanlar hesabına həyata keçirilib.

İnformasiya şöbəsi.