Şuşanın strateji əhəmiyyəti

Şuşanın strateji əhəmiyyəti





2020-ci il noyabrın 8-ni -Qarabağımızın baş tacı olan Şuşanın azadlığa qovuşduğu günü böyük sevinclə, təntənə ilə qarşıladıq. Heç iki ay keçmədi ki, 2021-ci ilin 14 yanvarında Şuşada bərpa, quruculuq işlərinə başlanıldı. Bu gün isə tarixə Şuşanın dirçəliş günü kimi düşdü.

Milli musiqimizin beşiyi, tariximizin, mədəniyyətimizin, poeziyamızın ilhamlı mühiti, qəhrəmanlıq salnamələrimizin hünər, cəng meydanı sayılan, hər daşında, qayasında bir tarix yatan, hər addımında tarixin bir salnaməsi ilə qarşılaşdığımız Şuşanın 17 məhəlləsində Qala divarı, Gəncə qapısı, Topxana, Cıdır düzü, Turşsu, İsa bulağı, Pənahəli xanın, Vaqifin, Natəvanın, Üzeyir bəyin, Xan əminin ruhu dolaşan Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli və başqa tarixi yerlərin həsrətini çəkdik düz 30 il. Şuşa işğal olunandan sonra erməni faşistləri vandallığın son həddinə çatmış əməlləri ilə demək olar ki, bütün tarixi, mədəni abidələrimizi dağıtdılar. Vaqifin məqbərəsini, Bülbülün, Üzeyirin, Natəvanın büstlərini təhqir etdilər, ev muzeylərini taladılar.

Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Prezident İlham Əliyev 2021-ci ilin 30 avqustunda Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bildirmişdir ki, Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan verdi. Şuşanın strateji əhəmiyyəti bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.

Türkiyənin “A Haber” televiziya kanalına II Qarabağ müharibəsinin gedişi ərəfəsində də Prezident İlham Əliyev öz müsahibəsində Şuşanın azadlığının xalqımız üçün nə qədər əhəmiyyətli olmasını xüsusi vurğulamışdı: “... İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli Sərkərdə İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatı ilə başlanan II Qarabağ müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer tutan şanlı Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi. Şuşanın azadlığına doğru yönəlmiş savaşda Ordumuzun əsgərləri yalın əllə düşmənin üzərinə gedərək, bu yolda misilsiz qəhrəmanlıq göstərərək sıldırım qayalardan aşıb düşməni məhv etdilər. Elə bir hünər, elə bir cəsarət, mərdlik göstərdilər ki, səsi bütün dünyaya yayıldı.

Azərbaycan xalqı Şuşanı hər zaman özünün mənəvi paytaxtı hesab edib, tarixinin, mədəniyyətinin beşiyi sanıb, onunla öyünüb.

Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya “Zəfər yolu” ilə səfər edərək bu tarixi yurd yerimizdə bərpa işlərinin başlanğıcının təməlini qoydu. İlham Əliyev bu səfəri zamanı Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhları şad oldu.

Bu ilin martın 16-da, ilk səfərindən iki ay sonra ölkə rəhbərimiz yenidən Şuşaya yollandı. Vaqifin məqbərəsində tezliklə yenidənqurma işlərinin başlayacağına, məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verdiyinə, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinə dair nəzərdə tutulan işlərdən danışdı.

Mayın 12-də ölkəmizin tarixində əlamətdar günlərdən sayılan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi. Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən İlham Əliyev “Xarıbülbül” festivalındakı çıxışında onu da bildirdi ki, gələn il Şuşanın 270 illiyi qeyd ediləcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.

Möhtərəm Prezidentimiz İlham Əliyev növbəti dəfə Şuşada avqustun 29-da oldu. Prezident “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışında, Molla Pənah Vaqifin büstünün açılışında, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışında iştirak etdi. Elə həmin gün bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə Vaqif Poeziya Günlərinə start verildi.

Poeziya günlərinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, şəhərdə artıq çox böyük işlər görülüb. “Zəfər yolu” çəkilib. Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və indi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa edilib və ikinci açılışı həyata keçirilib. Üç məsciddə təmir-bərpa işləri gedir, Yuxarı Gövhər ağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib...

Bu səfər çərçivəsində Prezidentə Şuşanın baş planı təqdim olundu. Prezidentimiz bu plan əsasında tikiləcək yeni yaşayış kompleksinin təməl daşını qoydu. Şuşanın tarixi əzəmətinin qorunması əsas götürülən baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Yaşıllıqların salınması üçün relyef nəzərə alınıb, uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulub, ictimai dayanacaqların yerləşmə yerləri müəyyən olunub. 6 məhəllədən ibarət yeni yaşayış massivi, bu massivdə 25 binanın olacağı planlaşdırılır. Təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Artıq Şuşa gündən günə inkişaf edir. Şuşa 29 ildən sonra həsrətini çəkdiyi doğma sakinləri ilə yenidən görüşür, qovuşur. Sakinlər inanırlar ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər mədəniyyət paytaxtımızı regionun ən gözəl şəhərlərindən birinə çevirəcək. Şuşa əvvəlki strateji əhəmiyyətini özünə qaytaracaq. «Əziz Şuşa, biz səni dirçəldəcəyik» -deyən ölkə başçısının verdiyi vədin əməlində reallaşması buna əsas verir.

Rəşad Cəbrayılov,

YAP Salyan rayon təşkilatının sədr
Oxşar xəbərlər
“Moskva” univermağının gəlirlərinin heç beşdən biri vergiyə cəlb olunmur
Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT
İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi
Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir!Müəllimlərə məcburi razılıq ərizəsi yazdırır!Bəs bunlara sözünüz?
İsmayıllıda Fərzəliyevlər ailəsi rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin rəisi Əfran Nəbiyevdən şikayətçi olduqlarını bildirirlər
“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyonluq əmlakın üzərinə məhkəmə qərarıyla həbs qoyulub
İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Ölkəmizdə tibb ocaqlarında pandemiya qaydalarına həkimlər belə düzgün əməl etmirlər
Samuxdan ikinci Qarabağ müharibəsinin qazisi şikayət edir!Məni işlə təmin edin - Video
İsmayıllı rayon sakini!Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinin rəisi Əfran Nəbiyev bizi incidir!Video şikayət
Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət
Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt
İsmayıllıda millət vəkilləri seçicilərlə maraqlanmır!Video şərh
Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
Təhsil əngəl tanımır
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
«    Сентябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏDƏNİYYƏT