Rafael Zeynalov: Dövlətimiz hər bir vətəndaşının sağlamlığının təminatçısıdır

Rafael Zeynalov: Dövlətimiz hər bir vətəndaşının sağlamlığının təminatçısıdır


Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs Mingəçevir Şəhəri Ruhi əsəb dispanserinin baş həkimi Rafael Zeynalovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Mingəçevir Şəhəri Ruhi əsəb dispanserinin baş həkimi Rafael Zeynalov qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Mingəçevir Şəhəri Ruhi əsəb dispanserinin baş həkimi Rafael Zeynalov daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Rafael Zeynalovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Mingəçevir Şəhəri Ruhi əsəb dispanserinin baş həkimi Rafael Zeynalov - Son zamanlar ölkə əhalisi arasında COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı, xəstələrin sağalma dinamikası, peyvəndləmə kampaniyasının kütləviliyi, ümumilikdə sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bununla əlaqədar Mingəçevir şəhərində geniş dezinfeksiya tədbirləri həyata keçirilib. Bu gün də bu işlər davamlı olaraq həyata keçirilir.

Müəllifi Ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşlarının konstitusion hüquqlarından biri də onların sağlamlığının qorunmasıdır ki, dövlətimiz bu hüququn birbaşa təminatçısı kimi 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmiş COVID-19 xəstəliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirməkdədir.

2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır.

Pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış tədbirlərin səmərəliliyinin göstəricisidir.

Pandemiyanın davam etdiyini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, mühüm həyati vacib məsələlərin həll edilməsini nəzərə alaraq bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyac vardır ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsasında aparılır.

Strategiyaya əsasən bütün vətəndaşlar üçün profilaktik peyvəndlər zəruridir. Dövlətimiz tərəfindən əhalinin profilaktik vaksinasiyası dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz aparılır. Müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti var .Vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə əhali arasında maarifləndirmə tədbirləri aparılmışdır. Vaksinasiyaya hazırlıq mərhələsində tibb müəssisələrinin və tibb işçilərinin hazırlığı təmin edilmişdir. Eyni zamanda vaksinasiya dövründə real əksgöstərişlər olduqda imtina səbəbinin yazılı şəkildə bildirilməsi,gözlənilməyən və qeyri-müəyyən postvaksinal fəsadlar baş verdikdə vətəndaşların tibbi və sosial müdafiəsi məsələləri adı qeyd edilən Strategiyada əksini tapan məsələlərdir.

Həmçinin pandemiyanın tüğyan etdiyi dövr ərzində dövlətimizin vaksinasiya sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirdiyinin şahidi oluruq.

Profilaktik vaksinasiya vətəndaşların razılığı əsasında aparılır, həmçinin profilaktik vaksinlərin dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılması müəyyən olunmuşdur.

Virusun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi iqtisadiyyata, maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir göstərmişdir.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılmışdır.

COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün hər birimiz bir vətəndaş kimi səfərbər olmalı, mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək özümüzün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməli, dövlətimizin COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksin seçilmində atdığı addıma uyğun vaksinləri seçməli, pandemiya ilə mübarizədə vaksinasiyanı hər bir fərdin gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparmalı, vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramını məsuliyyətlə və vaxtında icra etməliyik.

Vaksinasiyanın aparılmasında əsas hədəfin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması olduğunu unutmamalıyıq. Bu hədəfə nail olmaq üçün hər birimiz dövlətimizə və xalqımıza dəstək olmalıyıq.
Oxşar xəbərlər
“Moskva” univermağının gəlirlərinin heç beşdən biri vergiyə cəlb olunmur
Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT
İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi
Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir!Müəllimlərə məcburi razılıq ərizəsi yazdırır!Bəs bunlara sözünüz?
İsmayıllıda Fərzəliyevlər ailəsi rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin rəisi Əfran Nəbiyevdən şikayətçi olduqlarını bildirirlər
“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyonluq əmlakın üzərinə məhkəmə qərarıyla həbs qoyulub
İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Ölkəmizdə tibb ocaqlarında pandemiya qaydalarına həkimlər belə düzgün əməl etmirlər
Samuxdan ikinci Qarabağ müharibəsinin qazisi şikayət edir!Məni işlə təmin edin - Video
İsmayıllı rayon sakini!Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinin rəisi Əfran Nəbiyev bizi incidir!Video şikayət
Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət
Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt
İsmayıllıda millət vəkilləri seçicilərlə maraqlanmır!Video şərh
Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
Təhsil əngəl tanımır
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
«    Сентябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏDƏNİYYƏT