“Azəravtoyol”a ayrılan milyonları mənimsəyən qudalar...- Saleh Məmmədov, Müseyib Həmzəyev və Əflatun Qasımov

“Azəravtoyol”a ayrılan milyonları mənimsəyən qudalar...- Saleh Məmmədov, Müseyib Həmzəyev və Əflatun Qasımov


Saleh Məmmədov deyir ki, güc nazirləri mənim qohumumdur, kimsə məni tuta bilməz..

Saleh Məmmədovun “simsar”ları – Gülağa Əliyev və Şükür Astanov

Yol təkcə kommunikasiya deyil, həm də məndəniyyətdir.
Ona görə də atalar deyib ki, abad kənd yolundan bəllidir.
Görəsən, bizdə də belədirmi ?
Yollarımız abad kənddən xəbər verirmi ?
Min təəssüf ki, belə deyil.
Yollarımız yamağı, çatlağı, bərbad gündə olmağı, ildə ən azı 2-3 dəfə sökülüb təzədən inşa edilməyi ilə “ad-san” çıxarıb.
Bəli, dünyada analoqu olmayan haldır ki, dövlətin milyonlar sərf edib çəkdiyi təptəzə yollar “qırxı çıxmamış” çökür.
Amma soruşan olmur ki,bu yola sərf olunmuş milyonlarla dövlət vəsaiti hara getdi ?
Axı, təzə çəkilmiş yol 1-2 ay sonra necə çökə bilər ?
Yeri gəlmişkən, Gənclik metrosu yaxınlığındakı yeraltı keçidin 500 milyona başa gəlməsi barədə az qala dünya mətbuatı yazdı. Amma sabiq nazir Ziya Məmmədov susmağında davam elədi.
Yol mühəndisləri bilir ki, yolun inşası sadə məsələ, torpağın üstünü qırlamaq, mazutlamaqla iş bitmir.
Bizdə yola ayrılan milyonları mənimsəyib, torpağın üstünü qırlamaqla işi bitmiş hesab edirlər. Ona görə də yollarımız nəinki dünya standartına, heç adi normalara cavab vermir.
Təsəvvür edirsiniz, dünyanın bütün ölkələrində, qonşu Rusiyada yolun şüşə qatı deyilən çox vacib hissəsi var. O qat olmasa bir az yağış yağan kimi yol sıradan çıxır.
Görəsən, Azəravtoyol-un rəhbərliyindən niyə soruşan yoxdur ki, bu çox vacib olan şüşə qatı bizim yollarımızda niyə yoxdur ?
Bəs onun üçün ayrılan pullar hara gedib ?
Biz bunun hesabatını cavabdeh Saleh Məmmədovdan tələb edəcəyik. Bütün bunlara görə Saleh Məmmədov məsuliyyət daşıyır.
Bəli, təkcə buna görə deyil, Quba beton yolunun, Sumqayıt yolunun və digər yolların sıradan çıxmasına görə, Azəravtoyolun rəhbərliyi bir gün cavab verməli olacaq.
Bizim məqsədimiz kimisə, o cümlədən Azəravtoyol-un rəhbərliyini itiiham etmək deyil. İstədiyimiz odur ki, bizim yollar da Avropadakı kimi keyfiyyətli və rahat olsun.
Çünki bunun üçün dövlətimiz lazım olandan daha çox vəsait ayırır.
Bəs onda ayrılan milyonlar hara gedir ?
Hara gedəcək ?
Qurumun sədri Saleh Məmmədov qudaları Əflatunu və Müseyibi başına yığıb bu milyonları mənimsəyirlər.
Söhbət qurumun Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdən və Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımovdan gedir.
Bəli, Əflatun Qasımov qurumun canı olan maliyyə məsələlərinə baxır, bütün maxinasiyaları o həyata keçirir.
Bəs o biri quda, Müseyib Həmzəyev nə edir ?
O da keyfiyyətsiz, heç bir standarta uyğun gəlməyən avtomobil yollarını İSTİSMARA qəbul edir. Və Allah qoymasa, qısa vaxtdan sonra yol çökür, Müseyib indi də TƏMİR üçün dövlətdən milyonlar tələb edir.
Beləcə, qudalar yolların hesabına villalar tikirlər.
Adamın ağlına qəfil sual gəlir ki, görəsən, bu Saleh Məmmədovun qorxusu-hürküsü yoxdur ?
Saleh Məmmədov harada gəldi deyir ki, hüquq-mühafizə orqanları, güc nazirləri mənim qohumlarımdır, kimsə mənə toxuna bilməz.
Bu adamdan soruşan lazımdır ki, bu qədər villanı neynirsən ?
Yeri gəlmişkən, Saleh Məmmədova öz villaları bəs etməyib, hələ üstəlik bu yaxınlarda sabiq nazir Ziya Məmmədovun da villasını alıb.
Deməli, bu adamın pulu Ziyanın pulundan neçə dəfə çoxdursa, hətta “baron Ziya”nın mülkünü də ala bilir.
Görəsən, bu boyda milyonlar, əmlak, mülklər, villalar olduğu halda bu qoca yaşında Saleh Məmmədov niyə kreslodan əl çəkmir ?
Niyə gedib nəvələri ilə istirahət eləmir ?
Vallah, deyəsən bu qoca yaşında Saleh müəllim penisioner-deputat da olmaq istəyir.
Saleh Məmmədovun nəfsi bitib-tükənmək bilmir.
O, Qubada qudası Rauf Vəliyevə ( Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri ) də öz villasının yanında villa ucaldıb. Yerli camaat qudaların qoşa villaları deyir. Bu qoşa villaların çəpərləri də adama maraqlı gəlir. Deməli, Saleh Məmmədov yol və körpü kənarları üçün nəzərdə tutulan materiallar ilə öz villasını çəpərləyib. Elə bil Amerikadakı ekiz binalardır.
Yeri gəlmişkən, Saleh Məmmədov öz qohumlarına çox yanımcıldır. Bircə dəfə də onların tenderlətini geri, boş qaytarmaz. Həmişə tenderləri ya qudaları, ya da onların dost-tanışları udmalıdır.
Saleh Məmmədovun qurumda qudalardan sonra ən simsar adamları bilirsiniz kimlərdir ?
Quba rayonu 5 saylı yol istismarı MMC-nin rəisi Gülağa Əliyev və İmişlidəki 6 saylı regional yol istismar idarəsinin rəisi Şükür Astanovdur.
Bu başqa bir yazının mövzusudur.
Oxşar xəbərlər
“Moskva” univermağının gəlirlərinin heç beşdən biri vergiyə cəlb olunmur
Ekologiya və təbii sərvətlər nazirliyi bir qrup saxtakara xidmət edir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin rəisinə qarşı 3000 (üç min) manat rüşvət ittihamı - ŞİKAYƏT
İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi
Zaqatala təhsil şöbəsinin müdiri saxtakarlıq edir!Müəllimlərə məcburi razılıq ərizəsi yazdırır!Bəs bunlara sözünüz?
İsmayıllıda Fərzəliyevlər ailəsi rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin rəisi Əfran Nəbiyevdən şikayətçi olduqlarını bildirirlər
“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyonluq əmlakın üzərinə məhkəmə qərarıyla həbs qoyulub
İsmayıllıda şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub
Ölkəmizdə tibb ocaqlarında pandemiya qaydalarına həkimlər belə düzgün əməl etmirlər
Samuxdan ikinci Qarabağ müharibəsinin qazisi şikayət edir!Məni işlə təmin edin - Video
İsmayıllı rayon sakini!Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinin rəisi Əfran Nəbiyev bizi incidir!Video şikayət
Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət
Siyəzən zibilliklər içərisində itib-batır!Video fakt
İsmayıllıda millət vəkilləri seçicilərlə maraqlanmır!Video şərh
Quba regional meşə təsərrüfatı mərkəzində nələr baş verir! Hər ayın axırı nazir müavini gəlib 70-80 min manat rüşvət aparır!Video-fakt
O torpaq sahəsinə görə icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) mnat rüşvət vermişəm - KORRUPSİYA
İsmayıllıda bir neçə kəndin avtomobil yolu yenidən keyfiyyətli şəkildə təmir olundu! Fotolar
Lerik meşələrinin qırılması Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində həyata keçirilir! Video-Audio
İsmayıllıda vətəndaşlara olan xüsusi diqqət və qayğı davam etdirilir
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Nazir Sahil Babayev vərəm xəstəsinin təqaüdünü kəsib Video müsahibə
Nazir Sahil Babayev ruhi xəstənin təqaüdünü kəsib. Video müsahibə
İsmayıllıda internet yoxdur! Kütləvi narazılıq növbəti problemlərə səbəb olacaq - VİDEO
İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub
Vətəndaş! Xalq bank saxtakarlıq, fırıldaq, quldurluq və reketliklə məşğuldur - VİDEO
Təhsil əngəl tanımır
İsmayıllının İvanovka kəndinin əhalisinin içməli su problemi həll edilmişdir
Yardımlıda narkotacirlərə niyə dəyib-dolaşan yoxdur?
Körpəsi alınan ANANIN üsyanı - Balamı mənə vermirlər! Məhkəmənin qərarı icra olunmur!
Ucar rayonu Alpout kənd sakini Abbasova Mehriban İnqilab qızı tərəfindən ŞİKAYƏT
Siyəzəndə şəhid oğlu icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində şok ittihamlar səsləndirdi Video
«    Сентябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏDƏNİYYƏT