Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik. » Regionxeber.tv

Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.

Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.

Son vaxtlar cəmiyyətimizdə böyük problemə çevrilmiş norkotik vasitələr və məhz "patı" məsələsi günün real mövzusu olaraq qalmaqdadır.
Daxili işlər naziri Vilayət Eyvazov cənabları bu bəlaya qarşı sərt müharibə elan edib. Ədalət naminə qeyd edək ki, ölkə polisi artıq ölkəmizdə narkotik istifadəçilərinin və narkotacirlərin ifşa olunaraq həbsinə start verib və biz də həmin addımları dəstəkləyir və hər bir vətəndaşı bu prosesdə öz töhfəsini verməyə çağırırıq.

Problem ondadır ki, dövlət penitensiar xidmətin ayrı-ayrı həbsxanalarında narkotacirlərin qulluğunda dayanan, onlara lüks şərait yaradan müəssisə rəhbərləri var və bir sözlə narkotacirlər həbsdə CÇM-nin rəisinin bir nömrəli adamı, pul kaşeloku rolunu oynayır. Həmin rəislər narkotacirlərin həbs müddətinin sona çatmasına 1-il, 1-il 11 ay və daha çox qalmasına baxmayaraq onların azadlığa buraxılmasını təmin edirlər. Bəli, rüşvət almaq yolu ilə rəislər bu addımı atırlar. Məsələn 13-12-17 və Şəki CÇM-ndə bu məsələ çox biabırçı durumdadır. Rəis Fərhad Hüseynov narkotacirlərdən külli miqdarda rüşvət alaraq onları, Şəki məhkəməsinin hakimi vasitəsilə azadlığa buraxdırır. Əlbəttə bu cəmiyyətdə çox pis qarşılanır və azadlığa çıxan şəxs yenidən narkotik vasitələrin satışına davam edir və fikirləşir ki, yenə həbs olunsa bir-iki ilə pul verib çıxacaq. Bax buna görə ölkəmizdə aparılan mübarizə öz töhfəsini verə bilmir. Nə qədər ki, Fərhad Hüseynov kimi rəislər iş başındadır, vəziyyət bərbad olaraq qalacaq. Əgər Şəki penitensiar müəssisəsində son iki-üç ildə azadlığa buraxılmış şəxslərin monitorinqi aparılsa, onda hər şey gün kimi aydın olacaq. Hesab edirik ki, dövlətin ayrı-ayrı qurumları bu məsələni ciddiyə almalı və təcili tədbir görməlidir. Yoxsa gəncliyimiz məhv olunur.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Bizə gələn informasiyanın çoxu, yuxarıda qeyd edilən CÇM-dən daxil olur.

Elçin İsmayıllı.