Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video

Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video

Son vaxtlar sosial şəbəkələrdə İsmayıllı rayonu yuxarı Zərnava kəndinin bələdiyyə şurası barəsində, xeyli sayda ittihamlara rast gəlinir. Bu kimi yazılar hətta bir sıra saytlarda da dərc edilib. Şikayətçilər bütün manevrlərində hədəf olaraq bələdiyyə şurasının sədrinin günahkar olması obrazını yaratmağa çalışır və bu yolla əleyhdarlar formalaşdırmağa çalışırlar.

Diqqət çəkən məqamlardan biri də budur ki, qeyd olunan ərazidə yerləşən Zərnava körpüsü və bu körpüdən istifadə qaydaları ciddi şəkildə tənqid atəşinə tutulur hətta sərt ittihamlar belə səsləndirilir.İddia edilir ki, bələdiyyə sədri əldə etdiyi maliyyə vəsaitlərini düzgün istifadə etmir, mənimsəməyə yol verilir, kənddə heç bir iş görülmür və sair. Tənqidçilərin fikirlərinə görə bu körpüdən az qala hər gün neft fondunun qazancı qədər pul toplamaq olur. Reallıq isə tamamilə başqadır.
Bələdiyyənin tənqid olunması üçün az qala sıraya düzülüb növbədə gözləyənlərlə ümumiyyətlə, hər hansı sanballı söhbət aparmaq mümkünsüzdür. Əvvəla tənqid edən şəxslər müsbət yönümdə heç bir təklif verə bilmir, hansı alternativ yolların istifadə mümkünlüyünü ortalığa qoya bilmirlər. Bu adamlar bələdiyyə nizamnaməsi barəsində tam xəbərsizdirlər. İllik hesabatın, maliyyə yoxlamasının,audit yoxlamanın nə olduğunu bilmirlər. İndi gəl bu adamlarla hər hansı diskusiya apar və gələcəyə dair əməli qərarlar qəbul elə.

Bir neçə gün Zərnava kəndi barəsində yazılara ara verdiyimiz üçün az qala bizi də bələdiyyə şurası ilə əlbir olmaqda qınamaya cəhd edənlər oldu. Buna görə baş verənləri yerində araşdırmaq üçün 14-iyul tarixində Yuxarı Zərnava kəndinə getdik. Dünən axşamdan yağış yağdığı üçün Girdiman çayının səviyyəsi qalxmış və avtomobil yolu dağılmışdır. Həmin ərazidə ilk olaraq qarşılaşdığımız mənzərə bu oldu. Rayon yol idarəsinin ağır texnikası çay yatağında işləyərək yolu düzəldirdi. Təxminən bir saatdan çox davam edən işdən sonra yol düzəldildi. Bələdiyyə şurasının üzvüləri qeyd etdilər ki, əgər hər gün yağış yağsa biz məcburuq ki, yolu təmizləyək. Bunun üçün yanacaq daxil olmaqla əziyyət haqqı bələdiyyənin hesabına ödənilir.
Üz tutduq kəndə tərəf. Kəndə gedən yolun az bir hissəsi istisna olmaqla yol, əsasən daş yoldan ibarətdir. Elə əsl dağ kəndinin yolu belə olur. Kəndə gedən yol tamamilə keçilməzdir kimi fikirlərin absurd olduğunu öz gözlərimizlə gördük. Hətta İsmayıllıda elə arana yaxın kəndlər var ki, həmin kəndlərə baxanda, Zərnava kəndinin yolu tam yerləşdiyi mühitə rəğmən normaldır. Sadəcə yağış yağdığı təqdirdə yollarda bəzi çuxurlar əmələ gəlir ki, bunu da ərazidə yerləşən texnikanın köməyi ilə aradan qaldırırlar.
Kənd ərazisində bələdiyyə hesabına tikilən icra nümayəndəliyinin, bələdiyyə idarəsi və tibb bölümü üçün yeni tikili də var imiş.Ancaq tənqidçi dostlar bu haqda heç bir açıqlama verməyib. Kəndin girəcəyində yolun dağılmasının qarşısını almaq məqsədi ilə beton bərkitmə işləri aparılıb və bənd inşa edilib. Hazırda kənddə su problemini həll etmək üçün iş gedir və yaxın günlərdə bu proses yekunlaşmaq üzrədir. Qeyd etdiyimiz bu nüanslar barədə fotolar və Videolar əldə edə bildik, özümüz hazırladıq. Camaat çəkiliş üçün danışmaq istəməyib bildirdi ki, yerli bələdiyyənin fəaliyyətindən razıdırlar. Əhali bildirdi ki, yaxın günlərdə bələdiyyə kənd arası və kəndə gələn yolun qrabil ilə örtülməsi işinə başlayacaq. Bu məlumatı bələdiyyə təsdiq etdi.
Təxminən iki saata yaxın müddətdə kənddə olduq tənqidçi dostlarımızdan başqa bələdiyyə haqqında mənfi söz danışan, fikir səsləndirən şəxslərə rast gəlmədik. Əhali öz işində, həyətində, təsərrüfatında çalışır demək olar ki, boş bekar adama rast gəlmədik. Bütün suallara cavab verməyə layiq fotolar və Videolar burada tərəfimizdən yerləşdiriləcək.
Axı deyəsən bu mövzunu qəsdən ortalığa atmışdılar. Məqsəd qarayaxma, gözdən salmaq və sair idi. Həqiqət isə tamamilə deyilənlərin əksidir. Bələdiyyə iş başında tapılır, kənddə bu qədər iş görülür, aşağı Zərnava kəndində su nasosu dəyişdirilərək yenisi ilə əvəz olunur, ancaq bu haqda heç bir kəs danışmır və ancaq bələdiyyə pisdir və sair kimi təbliğat aparmaqla məşğuldurlar. Bu qərəz deyil bəs nədir? Hətta KİV vasitələrini aldatmaq yoluna da baş vurulur və buna müəyyən qədər Nail də olunur. Hanı o, dediyiniz əleyhdarlar? Aha burada mollanın bir məsəli yada düşür. Deyəsən dava yorğan davasıdır. Bu iş sifariş əsasında həyata keçirilir və hamı sifarişçilərin kim olduğunu bilir. Məqsəd bələdiyyə postuna yiyələnməkdir. Bunu edən şəxslərin gözü körpüdən yay aylarında yığılan beş-on manat puldadır. İnanın ki, bu adamlar camaata xidmət etmək üçün deyil, talamaq üçün bu vəzifəyə yiyələnmək istəyirlər. Bu adamlara bu postu tapşırsanız belə, onlarda idarəçilik bacarığı yoxdur. Zərnava camaatı gərək yaxşı-yaxşı fikirləşsin və belə oyunbazların, dəllalların boğazdan yuxarı fikirlərini ciddiyə almasınlar. Bəli, bir qrup adam var ki, Zərnava kəndinin bələdiyyə postunu ələ keçirdikdən sonra meşələri talan edəcəklər, bütün gəlirləri mənimsəyəcəklər bir müddət bu postda olub, mal-mülk əldə etdikdən sonra aradan çıxacaqlar. Qeyd edək ki, hazırkı bələdiyyə dövründə birinci Qarabağ savaşında iştirak etmiş qazinin bir ailə üzvü və son Qarabağ savaşında vuruşaraq qazı olan bir şəxs bələdiyyə daxilində işlə təmin olunub.

Redaksiyadan: Zərnava kəndində olub əsl reallığın nədən ibarət olduğunu gördük. Buna görə bu mövzu ya bu tendensiya daxilində qayıtmaq istəmirik.

Elçin İsmayıllı.

Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT