Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar

Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar




Ölkəmizdə narkotik istifadəçilərinin sayının günü-gündən artması vəziyyətin tezliklə nəzarətdən çıxa biləcəyi anonsunu verir.Bu zəhrimara qalmış az qala cəmiyyətin bütün təbəqələrinin açıq başağrısına çevrilib.Artıq ali məktəblərə,orta məktəblərə nüfuz etmiş narkotik istifadəçilərini biz az qala hər gün küçədə, park və biyabanlarda görə bilirik.Vəziyyətin acınacaqlı ola biləcəyini qət edərək DİN naziri Vilayət Eyvazov cənabları polisi bu sahəyə qarşı amansız mübarizəyə səfərbər etmiş, hətta ictimaiyyət nümayəndələrinə, jurnalistlərə belə çağırış edərək hamını mübarizə aparmağa çağırmışdır.Azərbaycanda polisin belə bir missiyanı üzərinə götürərək mübarizə meydanına atılmağını alqışlayır və hamını bu işdə onlara kömək etməyə çağırırıq.Hesab edirik ki, övladlarının gələcəyini düşünən hər bir insan bu prosesi dəstəkləməli və öz töhfəsini verməlidir.

Gəlin bir qədər narkotik istifadəçilərinin və narkotacirlərin vəziyyətinə nəzər salaq.Qeyd etdiyimiz şəxslər açıq şəkildə ölkə boyunca narkotik vasitələrin istehsalı ilə məşğul olur və onu cəmiyyətdə yayaraq pul qazanırlar.Təkrar-təkrar həbsə düşən narkobaronlar həbsdən çıxdıqdan sonra yenə bu işinə davam edir.Bilirsiniz niyə?Onda yaxın oturub qulaq asın.
Azərbaycan həbsxanalarında narkotacirlərin qulluğunda elə həbsxana rəhbərliyi dayanır və penitensiar xidmət rəhbərliyi səviyyəsində himayə olunurlar.Onlara pul ilə lüks otaqlar, içərisində bütün avadanlıqlar daxil olmaqla verilir.Orada narkabaronlar özlərini real olaraq sanatoriyada olduğu kimi hiss edirlər.Bundan əlavə narkotik vasitələrin istehsalı,satışı ilə məşğul olan bir adam pul verib aldığı cəza müddətindən 2 ya 3 il tez azadlığa çıxa bilir.Üstəgəl həmin şəxslər bəzi CÇM-də narkobazar yolu ilə həm öz alverlərinə davam edir,həm də müəssisə rəhbərliyinin varlanmasına xidmət edirlər.Belə müəssisələrdən biri də Şəki CÇM müəssisəsidir.Burada rəis Fərhad Hüseynov açıq bazara girişib.Şəki rayon məhkəməsinin hakimi ilə əlbir olaraq narkamanlardan,narkotacirlərdən külli miqdarda rüşvət alaraq onları azadlığa buraxırlar.Baxmayaraq ki, həmin məhkumların azadlığa çıxmasına iki-üç il var,ancaq rəis Fərhad Hüseynov bu işin öhdəsindən layiqincə gələ bilir.Əgər son iki-üç ildə Şəki CÇM-dən azadlığa buraxılanların arxivinə nəzər salınarsa onda rəis Fərhad Hüseynovun nə işlərlə məşğul olduğunu hamı bilər.Sonra da deyirik ki, Azərbaycanda narkotiklərlə mübarizə zəif gedir,nə bilim narkotacirlərin sayı artır.Nə qədər ki, ölkəmizdə CÇM-də Fərhad Hüseynov kimi rəislər var,vəziyyət elə-belə də davam edəcək.Nəzərinizə çatdırırıq ki,Şəki CÇM- də,13 saylı Cəzaçəkmə müəssisəsində,17 saylı Cəzaçəkmə müəssisəsində, Kürdəxanıda,12 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət olduqca gərgindir.Bu müəssisələr narkamanları tezliklə azadlığa buraxıb pul qazanırlar.

Redaksiyadan: Məlumatların hər biri adıçəkilən müəssisələrdən sızıb və araşdırmalarımız davam edir.Adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Mövzunu diqqətdə saxlayacağıq.

Elçin İsmayıllı.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT