“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ

“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ


İyulun 10-da Saatlı rayonun bir neçə yaşayış məntəqəsinin sakinlərinin, içməli və suvarma suyu təminatın zəif olmasına görə, etiraz aksiyası keçirdiyi deyilir. Bu barədə AzadlıqRadiosuna Saatlı rayonun Xanlarkənd kəndində yaşayan sakinlər məlumat verib.

“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ”

Həmin kəndin sakinlərindən birinin sözlərinə görə, bu il Saatlıda su problemi daha da ciddiləşib:

“Mart ayından bəri hələ düz-əməlli su üzü görməmişik. Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca, bostan əkinləri yanır. Kanalların dibində qalan su lilləndiyindən ondan istifadə də təhlükəlidir. Bəzi yerlərdə adamlar məcbur olub şor kolektorların suyu ilə əkinlərini suvarır. Özümüz də, heyvanlarımız da içmək üçün təmiz su tapa bilmirik.”

“İki yerdə kütləvi toplana və etirazımızı ifadə edə bildik”

O, deyir ki, dəfələrlə Saatlı Rayon İcra Hakimiyyətində qəbulda olub, problemlərini icra başçısına söyləyiblər. O, vurğulayır ki, təsirli tədbirlər görülmədiyindən aksiyaya əl atıblar:

“Hər dəfə bizə problemin iqlimlə əlaqəli, ölkə miqyasında oldugunu söyləyiblər, yalançı vədlər verilib. On gün bundan qabaq xəbərdarlıq etdik ki, kütləvi aksiyalar keçirmək məcburiyyətində qalacağıq. Dünəndən qonşu kəndlərdə yaşayanlarla sözü bir yerə qoyduq ki, Xanlarkənddən dinc yürüşə başlayıb, sonda Hacıqabul-Horadiz avtomobil yolunu bağlayaq. Polis nəzərdə tutulan yerdə aksiyanın baş tutmasının qarşısını alsa da, iki yerdə kütləvi toplana və etirazımızı ifadə edə bildik.”

“İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri əhali ilə görüşə gəlib”

Başqa bir kənd sakini isə əlavə edib ki, məhz bu aksiyaya görə, rayonun icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri əhali ilə görüşə gəlib:

“Üzləşdiyimiz çətinliyi bir daha rəsmilərin nəzərinə çatdırdıq. Xatırlatdıq ki, prezident yanında keçirilən müşavirələrin birində rayonun sabiq icra başçısı da Saatlıda su probleminin ciddiliyini dövlət başçısının diqqətinə çatdırmışdı, Kür çayından 17 kilometr uzunluqda yeni kanalın çəkilməsi ilə bağlı təklif vermişdi. Bizə deyirlər ki, bu layihə hazırdır, amma onun icrası mərkəzi orqanlardan asılıdır. Belə çıxır ki, bunların bizə su vermək niyyəti yoxdur.”

Bu deyilənlərə Saatlı Rayon İcra Hakimiyyətindən və Rayon Suvarma Sistemləri İdarəsindən mövqe öyrənə bilmədik. Davamlı zənglərimizə rəsmilərdən heç kəs cavab vermədi.

Amma “Turan” Agentliyinin xəbərinə görə, yerli polisdən onlara aksiyanin olmasi haqqında deyilənləri təsiqləməyiblər, rayonda sakitlik olduğunu söyləyiblər.
Oxşar xəbərlər
SOS! Nə baş verir? - Məhkəmədən özbaşınalıq - Cənab Prezidentin nəzərinə
Kənd təsərrüfatı nazirliyi ölkədə sosial narazılıq yaradıb
Cənab Prezidentin diqqətinə - Planetimizin
Mİ Xidmətin rəisi Namik Xıdırov  cənub meşəlırinə qənim kəsilib və statiskaları saxtalaşdırır
Masallı Meşə İdarəsi Muxtar Babayevə kələk gəlir?!
Mərkəzi Hərbi Hospitalın baş tibb bacısı Hürnisə Əliyeva qazilərə qazilik sənədi olan FORMA 11 adlı kağızı vermək üçün 1500-2000 manat pul tələb edir - Cənab Prezidentin nəzərinə
İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi
İsmayıllı sakini yenidən icra və probasiya idarəsi haqqında şikayət etdi
Cabbarovun ƏDV sistemi niyə özünü doğrultmur?
İsmayıllı səhiyyəsində qohum-əqrəba mafiyası,ölkə qanunlarını saya salmır
İsmayıllıda yerləşən şadlıq sarayları ölkə qanunlarına məhəl qoymur! Dövlət əmək müfəttişliyinin rəisi haqq alır
Baş Gömrük İdarəsində büdcəyə necə ziyan vurulur? - Kənan Məmmədovun
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Azərbaycanın nicatı  Ümummilli lider Heydər Əliyev ideyalarındadır
Azərbaycan xalqı tarixin ən şərəfli anlarını yaşayır
ETSN-nin müavinləri ilə Xidmət rəisinin  Masallıda olan
İsmayıllıda Balik kənd sakinləri dövlətimizdən tələb edirik!Bizi yanar qazla təmin edin - Video
Meşələrin İX Muxtar Babayevi aldadır və dövlət büdcəsin talan edir
Göyçayın icra başçısı Mehdi Səlimzadənin də öz ordeni var imiş... - İLGİNC
ETSN-nin müavini Vüqar Kərimovla Xidmətin rəisi Namiq Xıdırov kimlərə arxayındırlar?!
Aqro kompleks Qəbələ MMC haqqında yazılan ittihamlar təsdiqini tapmadı! Araşdırma
Xəstəxanalarda hələ də erməni kökənli baş həkimlər və həkimlər iş başındadır
İsmayıllı UGİM də müəllimə təhdid olunur! Bu idarədə rüşvətxorluq baş alıb gedir
Zaqatala təhsil şöbəsinin müdiri müsavatçı olub?
«    Октябрь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT