AzTV şefi necə OLİQARXA ÇEVRİLİR... - İLGİNC FAKTLAR

AzTV şefi necə OLİQARXA ÇEVRİLİR... - İLGİNC FAKTLAR


“Elin gözü tərəzidir” deyib atalar. Elin gözü hətta Femidanın tərəzisindən də dəqiq çəkir hər şeyi. Ona görə də elin gözündən düşəni heç fələk də qaldıra bilmir.Baxmayarq ki, el gözündən düşənlərin bir çoxu öz işində dönüş yaratmaq, islah olunmaq əvəzinə bəzən elin gözünə kül atır, eli ədalətsizlikdə günahlandırırlar. Belə “qəhrəman”lardan biri də AzTV-nin başqanı Rövşən Məmmədovdur.Bu “qəhrəman” çox tez düşdü el gözündən. Ona görə yox ki, tamaşaçıların zövqünü oxşayan verilişlər hazırlaya bilmədi. Ən əsası ona görə ki, onun xudpəsənliyi, özündən razılığı, qeyri-peşəkarlığı və siyasi sədaqətsizliyi ən qısa zamanda üzə çıxdı. Bəlli oldu ki, Rövşənin vəzifəyə gəldiyi gündən əsas hədəfi var-dövlət toplamaq və 5-ci kalonun sifarişlərini yerinə yetirməkdir. Bu yolda o milli maraqları və milli mənəvi dəyərləri məqsədli şəkildə ayaqlar altına atdı. Və AzTV-nin 65 illik tarixinə ən korrupsioner və naşı rəhbər kimi düşdü.

Artıq Rövşənin qanunsuz əməlləri ictimai müzakirə mövzusuna çevrilib. Ziyalılar, siyasətçilər və ictimaiyyət nümayəndələri Rövşənin özbaşınalıqları barədə ictimai müzakirələr açırlar. Elə “Xural” internet televiziyasının son buraxılışı da dediklərimizin əyani sübutudur.

Bu deyilənlərdən aydın olur ki, Rövşən ən qısa zamanda dövlət büdcəsini talamaq hesabına milyonlar qazanıb. Bildiyimiz kimi Əvəz Zeynallı sıradan bir jurnalist deyil. Onun kifayət qədər çevrəsi və çoxlu məlumat mənbəyi var. Ona görə də Əvəz müəllimin dediklərinə inanmamaq axmaqlıq olardı.

Baxmayaraq ki, Rövşən Əli Həsənov və Ramiz Mehdiyevin dəstəyi ilə 2.6 il əvvəl vəzifəyə gətiriləndə çox vədlər vermişdi. Biz Rövşənin öz “ağalarına” yox, kollektivə və tamaşaçılara, ən nəhayət ölkə rəhbərliyinə verdiyi sözdən danışırıq. Rövşən söz vermişdi ki, “ən qısa zamanda AzTV-də minimum əmək haqqını 1000-1500 manata qaldıracam, AzTV-ni CNN və Əl-Cəzirə televiziyaları səviyyəsinə yüksəldəcəm” və i.və s. Amma Rövşən yalnız 5 –ci kalona verdiyi vədinə əməl etdi. Dövlətin əsas ideoloji ruporunu özünün korporativ maraqlarının və 5-ci kalonun sifarişlərinin icrası kantoruna çevirdi. O, bədnam idarəetmə sistemini geniş şəkildə AzTV və digər 2 telekanalda, eləcə də Azərbaycan radiosunda tətbiq etməyə başladı. Bunun üçün 300-ə yaxın tanış-bilişini, qohum əqrəbasını AzTV-yə dürtüşdürdü. Uzun illik təcrübəyə, güclü və kəsərli qələmə sahib peşəkar jurnalistləri, həmçinin rejissorları, operatorları və digər texniki işçiləri güncə sıxışdıraraq özünü adamlarına geniş meydan verdi. Ranar Musayev, Nazilə Babayeva, İlhamə Hüseynova, Anar Şuşalı, Vüsal Qaraca kimilər qısa zamanda televiziyanın əsas simalarına çevrildi. Onlara güclü maddi və mənəvi dəstək tanındı. Bu vaxtadək ictimai-siyasi proseslərdə heç bir iz buraxmayan bu adamlar qısa zamanda AzTV-də əsas söz sahibi oldular. Hazıda bu adamların hər biri ayda ən azı 3-4 min manat və daha çox əmək haqqı ilə təmin olunublar. Və bu adamlarla Rövşən həm də çirkin maliyyə maxinasiyalarına girişdi. Bu adamların “inandığı” adamlar bu və ya digər yollarla AzTV-nin sıralarına daxil edildi. Onlara yüksək əmək haqqı və mükafatlar yazıldı. Sonradan yazılan pulun əsas hissəsi nağdılaşdırılaraq Rövşənə qaytarıldı. Bu çirkin oyunlar bu gün də davam etdirilir. Məsələn, televiziyanın mühasibatlığındakı etibarlı mənbəyimizdən əldə etdiyimiz məlumata görə Rövşən yaxın saydığı bir çox adamlarla çirkin maliyyə fırıldaqçılığına gedir. Məsələn, Nazilə Babayevanın yaxın tanışı olan və televiziyanın qarajında çilingər kimi çalışan bir şəxsə (müəyyən səbəblərə görə adını yazmırıq) hər ay 2500 manata yaxın qonarar yazılıb. Bu pulun da 700 manatı həmin şəxsə verilib, qalan hissəsi isə Rövşənə çatıb.

Başqa bir detal. Mühasibatlıqdan verilən sənəddə göstərilir ki, Rövşənin yaxın dostu Anar Şuşalının “kurasiyasında” olan “Çöl adamı” verilişinin hər çəkilişinə 900 manata yaxın pul yazılır. İlham Alışanovun proqram kontorundan aldığımız məlumata körə “Çöl adamı” ayda 4 dəfə efirə gedir. Bu minvalla bu verilişin təkcə ezamiyyə xərcləri edir 3500 manat. Hələ verilişə yazılan qonararı və quruluş haqqlarını demirik.

Soruşmaq lazımdır ki, ay Rövşən bu veriliş dövlətin hansı siyasi və yaxud humanitar xəttinə xidmət edir ki, sən bu veriliş üçün ayda dövlətin 5-10 min manatına “quş qoyursan”? Təbii ki, səbəb məlumdur. Korporativ maraqlar. Rövşən öz yaxınlarına hər ay yüksək miqdarda qonarar yazır. Bunu isə təkcə biz demirik. İctimaiyyət nümayəndələri və siyasi xadimlər deyir.

Televiziyaya az çox bələd olanlar bilir ki, burda əsas məhsul istehsalçısı jurnalistdir. Amma Rövşənin AzTV-yə qoyduğu yeni qaydalara görə ən az maaş alan da jurnalistlərdir. Təbii ki, Rövşənə yaxın olan “jurnalistlər”ə bu aid deyil. Maraqlıdır ki, arı kimi min bir əziyyətlə veriliş hazırlayan jurnalist 300-400 manat alır, amma jurnalistin yazdığı mətni oxuyan diktor alır 3-4 min manat. Ən dəhşətlisi odur ki, yazıq jurnalistin əmək haqqını hesablayan mühasib də əhli-qələmdən ən azı 3-4 dəfə çox donluq alır. Bu cür qiymətləndirmə nəinki, Azərbaycanda, heç Afrika cəngəlliklərində yoxdur. Amma neyniyək ki, bu da Rövşənin arşınıdır.

Rövşən AzTV-ni dədəsini əmlakı kimi idarə edir. Nəinki, burda işləyənlərə, hətta AzTV-nin efirində görünənlərə də Rövşənin öz yanaşması var. Heç də hər bir vətəndaş AzTV-də görünə bilməz. Buna Rövşənin vizası lazımdır. İnanmırsınız? Buyurun baxın.

Göründüyü kimi ölkənin əsas siyasi partiyasının ideologiya şöbəsində çalışan, ölkədə millət vəkili və politoloq kimi tanınan Elman Nəsirova AzTV-nin bütün qapıları bağlanıb. Ona görə yox ki, Elman müəllim ölkədə və dünyada baş verən proseslərdə bixəbərdir. Əsla. Ona görə ki, Elman Nəsirov Rövşənin standartlarına cavab vermir. Bəs Rövşənin standatrları hansılardır?

Birincisi, AzTV-də görünən məmurlar və təşkilatlar hansı yollasa Rövşənin korporativ maraqlarını ödəməlidir. Baxmayaraq ki, Rövşən “rüşvətxor” deyil. Amma təşəkkür təkcə nəqd pulla olmur ki…

İkincisi, AzTV-nin efirində görünən adamlar gərəkdir ki, tez-tez mətbuatda və digər rəsmi yerlərdə Rövşəni tərifləsinlər, onun televiziyaya gətirdiyi “yeniliklər” barədə xoş sözlər söyləsinlər. Əks təqdirdə, AzTV-nin qapıları o adamların üzünə bağlı qalacaq. Necəki, Rövşənin standartlarına cavab verməyən millət vəkili, politoloq düz bir ildir ki, AzTV-ə dəvət olunmur. “Zato” vaxtilə Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev haqqında olmayan yalanlar və hədyanlar yazanlar üçün AzTV-də geniş meydan yaradılıb.Vaxtilə qatı anti-Əliyevçi olanlar bu gün AzTV-nin efirini bəzəyirlər. Əslində bu da 5-ci kalondan gələn tapşırıqdır. Rövşən də onu can-başla yerinə yetirir.

AzTV-nin efirini bəzəyən xüsusi “istedad” sahiblərindən biri Rufiz Qonaqovu gənc nəsil yaxşı tanımır. Amma 90-cı illərin siyasi prosesləriylə tanış olan adamlar Rufiz Qonaqovun mahiyyətini çox gözəl bilir. O cümlədən bu sətirlərin müəllifi də Qonaqova yaxşı bələddir. Di gəlki, Rufiz bəy Rövşənin dilini tapıb. Onu ayaq basdığı hər yerdə bakılılar demiş “nəgi var” tərifləyir. Arada Rövşənə “paçyotnu qramota” da verir.

Ona görə də Rufiz Qonaqovun işi yağ kimi gedir. YAP-ın əsas ideoloqlarından olan Elman Nəsirovsa kənarda qalıb.

Amma dəxli yoxdur. Rövşənin qatarı artıq gedib. Bunu hamı kimi özü də çox yaxşı bilir. Ona görə də əlləri hər yerdən üzülən Rövşən son ümid yeri kimi baxıcılara, şaralatanlar üz tutub. Kimlərinsə dilini, ağzını bağlatdırır. Bunu da biz demirik, ictimaiyyət deyir:

Vəssəlam, şüt təmam…

Bakuexo.az[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT