Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi

Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi


Dəyərli izləyicilər! Bəli düz oxudunuz,düz eşitdiniz. Söhbət şəhərimizin ekologiyasına cavabdehlik daşıyan, onun mühafizəsi ilə birbaşa məşğul olan dövlət qurumlarından gedir. O dövlət qurumlarından gedir ki, bu gün onlar dövlətin, ana yasanın, qanunların onlara verdiyi imtiyazlardan,tutduğu dövlət vəzifəsi statusundan öz koorparativ maraqları üçün istifadə edərək işləyib çalışdığları dövlət müəssələrini çoxdan rüşvət mənbəyinə çevirmişlər. Bu gün onlar çox güclü görünirlər. Yazlıqlarımızın, apardığımız jurnalist araşdırmalarımızın,video faktların qarşısında həqiqətə söykənməyən arqumentlər gətirərək məsuliyyətdən boyun qaçırmağa guya müfəvvəq olurlar. Hələ bizləridə qərəzçilikdə böhtan yazmaqda suçlayırlar. Amma Əlahəzrət fakt elə öz faktlığında qalır.
Bəli söhbət iki qurumdan gedir. O qurumlar ki, Bakı şəhərində və ətraf rayonlarda şəhərin ekologiyasına, təbiətin mühafizəsinə, ekoloji varlıqların qorunub saxlanılmasına,ətraf mühütin təmizliyinə və şərait yaradılmasına birbaşa məsuliyyət daşıyan dövlət qurumlarıdır.

Elə bizdə, digər həmkarlarımızda bu haqda çox yazmışıq. Və bu yazılar dövrü mətbuatda mütəmadi olaraq yazılır, xəbər portallarında, internet tv -lərdə və digər sosial şəbəkələrdə göstərilir, paylaşılır. Qarşı tərəf isə" peşəkarcasına"çıxış edərək bu qanunsuzluqlara hüquqi don geyindirməyə çalışırlar. Bizləri təhdid edərək hədə qorxu gəlib məhkəmələrlə hədələyirlər. Arxaları güclü, bəzi məmurları əyri yazmağa vadar edən maddi imkanları və tutduğu dövlət vəzifəsinin statusu. Amma unudurlar ki, içtimai nəzarətin bir qolu olaraq sağlam mətbuatın arxasında məhz güclü dövlətimiz, onun polad qanunları və dövlət başçısı cənab İlham Əliyev dayanır.

Yazdıqlarımızın əsas "qəhrəmanları"sayılan, qanunsuz əməllərə rəvac verən bəzi məmurların işlədikləri dövlət qurumlarının adları hər zaman dövrü mətbuatda, sosial şəbəkələrdə bir çox qalmaqallarda hallanıb.
Təbii Sərvətlər və Ekologıya nazirliyinin Bakı 11-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Bakı şəhər icra hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyinin adları hər zaman mətbuatın diqqət mərkəzində olub.

Bu qurumların bəzi əməkdaşları bu gün ekologiyanın, təbiətin və ətraf mühitin mühafizəsi istiqamətində həm polis, həm pkoruror, həm məhkəmə və həm də islah olunmağa məhkum edilən cəzaçəkmə müəssələri timsalında çıxış edirlər. Hökmüdə onlar verirlər, barışıda onlar edirlər. Əlbəttə yaxşı pulun müqabilində ğüclü "don"geyindirməyidə çox ustalıqla və məsuliyyətdən yaxa qurtarmağıda peşəkarcasına bacarırlar.
Seyid Hatəm Şirvaninin tədbirincə desək:
Təbiətə dəysin ziyan
Təki cibim olsun kalan
Uyduracam yenə yalan
Kimdir onlara inanan

Bu işi mən bacarıram
Ayaq tutub ucalıram
Nə olsun ki,nə alıram
Özümi ağıllı sanıram.

Biz son günlər yazılarımızda paytaxt Bakıda addımbaşı yaşıllıqların məhv edilməsi ilə bağlı xəbərlər vermişik, video faktlar təqdım etmişik. Qanun pozuntularının ən çox MTK -lar tərəfindən yol verildiyinin tez-tez şahidi oluruq. Yəqin ki bütün bunlar hər iki qurumla ümumi razılaşma əsasında baş verir. Diqqət yetirsəniz burada hər üçünün maraqları üst -üstə düşür. Məşhur bir kinoda deyildiyi kimi -Şakaya pul lazımdı repıikası lap yerinə düşür.

Son yazılarımızda video faktlarla verdiyimiz sujetlərdə dəfələrlə bu mövzulara dönə -dönə toxunmuşuq. Bakı şəhərı Nizami rayonu Çobanzadə küçəsində yerləşən Topqapı restoranında ağacların biabırçı hala salınmasının, D/yolu vağzalına yaxın ərazilərdə, Təbriz küçəsində park OLYMPUS şirkətinə məxsus MTK-da ağacların kəsilməsini faktlarla göstərsəkdə nə Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin Direktoru Həsrət Əmrahovdan nə də Təbii Sərvətlər və Ekologıya nazirliyinin Bakı 11-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif müəllimdən tutarlı bir cavab ala bilmədik. Park OLYMPUS ŞİRKƏTİNİN məsul şəxsi Ziya müəllimlə ümumiyyətlə əlaqə saxlaya bilmirik. Yalnız bir dəfə tələsik söhbətdən sonra biznən əlaqə saxlayacaqına söz versədə sonradan telofonu açmır. Bu şirkətin adı hər zaman qalmaqallarda, vətəndaşların aldadılmasında, bir çox qanun pozuntuları ilə müşahidə olunan olaylarda hallanır. PARK OLYMPUS ŞİRKƏTİ barədə dəfələrlə hüqüq mühafizə orqanlarına, prezident aparatına şikayətlər olunub. Özünü qanunlardan hələdə güclü sanan bu şirkətin -PARK OLYMPUS -un güclü sahibi ümumiyyətlə mətbuatı, KİV -ləri, Azerinfo.az, xəbər portallarını saya salmır. Narazı vətəndaşların haqlı iradlarına məhəl qoymur. Amma heç kəs unutmasın ki, Azərbaycan güclü hüquqi dövlətdir,polad qanunları var və xalqın iradəsinə söykənən güclü dövlət rəhbəri var.
Ona görə heç kəsə icazə verilmir ki, addımbaşı qanunları pozaraq ekologiyaya ziyan vurub öz şəxsi mənafeələri üçün sui istifadə etsin.
Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyevin, həmin birliyin məsul işçisi İlkinin bu işlərdə rolu kifayət qədərdir. MTK -larla bütün işgüzar danışıqları onlar aparırlar. Neçə -neçə yaşıllıqların məhv edilməsinə məhz onlar hökm verirlər.

-Nərimanov rayonu Keçmiş Anaşkin küçəsi sayılan indiki Ülvi Bünyətzadə küçəsində Makro İnşaat MTK -ya məxsus tikintidə ağacların yerli -dibli kəsilib yox olması barədə əlimizdə tutarlı video faktlar mövcuddur. Bu ağacların məhv edilməsi ilə bağlı baş verən hadisələrə yəqinki həm Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin Direktoru Həsrət Əmrahov, həmdə Bakı şəhəri Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif müəllim tutarlı arqumentlər gətirməyə çalışacaqlar. Amma yaxşı deyiblər daldan atılan daş topuğa dəyər.
Son olaraq bizdə Media işçisi- xəbər portalı internet televiziyasının əməkdaşı və ıctimai nəzarətin bir qolu olaraq bu məsələni daim diqqət mərkəzində saxlayacaqıq. KİV Rəhbəri, xəbər portalının rəhbəri kimi jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Öz ən-ənəmizə sadik qalaraq Qarşı tərəfində mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.


Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipiÖz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipiÖz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipiÖz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Əziz Əzizov şəhid ailəsini nə üçün aldadır?
Heydər Əliyev və Azərbaycan
Rafiq Quluyev: İkinci Qarabağ müharibəsinə yanaşma dünyanın real mənzərəsini ortaya qoyur
Vüqar Əhmədovda bu qədər sərvət hardandır? - İLGİNC
Jurnalist dövlət qurumları və məhkəmə orqanlarının fəaliyyətindən narazı olduğunu bildirir - VİDEO
Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
İnsan hüquqları müvəkkili niyə susur?
Eldar İlyasov: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
Cənub meşələri talan olunur - FOTOLAR
Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...
Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM
“Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...
Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Başlıq: Mədəniyyətin meşə sintezi və ya peşəsinə-tutduğu vəzifəsinə dəxli olmayan arxalı məmur
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti
Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...
Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM
“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
«    Июнь 2021    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT