"ASAN xidmət" və DOST mərkəzləri ictimai xidmətlər sahəsində çox önəmli təsisatlardır

"ASAN xidmət" və DOST mərkəzləri ictimai xidmətlər sahəsində çox önəmli təsisatlardır




Davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunması Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm faktorlardandır. Bu mənada vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də daim dövlətin diqqət mərkəzində dayanır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzləri, o cümlədən sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) birmənalı şəkildə vətəndaş məmnunluğunun təmin olunmasında əsaslı rol oynamaqdadır. Qeyd edilməlidir ki, "ASAN xidmət"in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi və Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” mərkəzləri yaradılanda əsas götürülən insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkili uğurla icra edilir. Azərbaycanda qısa müddət ərzində demək olar ki, əksər regionlarımızda "ASAN xidmət" mərkəzi istifadəyə verilib və fəaliyyət göstərir, eləcə də bəzi regionlarımızda da bu mühüm xidmət infrastrukturunun yaradılması nəzərdə tutulur. Yeri gəlmişkən, artıq Naxçıvan Muxtar Respublikasında da "ASAN xidmət" Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır. Qeyd edilməlidir ki, ölkəmizdə Naxçıvanla yanaşı ümumilikdə 7 mərkəz tikilir. Onlar istifadəyə veriləndən sonra isə "ASAN xidmət" mərkəzlərinin sayı 27-yə çatacaq.

Hazırda digər uğurlu xidmət sistemi kimi xarakterizə olunan DOST mərkəzlərinin yaradılması da mühüm diqqət mərkəzindədir. Vurğulanmalıdır ki, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

tabeliyində yaradılan Agentlik sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addım sayılmalıdır.

Bəli, qeyd edilən xidmət sahələri ölkəmizdə inkişafın yeni mərhələsi, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsi kimi dəyərləndirilir. Azərbaycanın müasir inkişafı ilə tam uzlaşan bu uğurlar Azərbaycanın yeni intellektual uğurlarının göstəricisidir.

Avdi Həsənov,

Salyan DAİM-də sektor müdiri, mütəxəssis[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Öz vəzifə borclarını biznesə çevirən dövlət məmurlarının iş prinsipi
Əziz Əzizov şəhid ailəsini nə üçün aldadır?
Heydər Əliyev və Azərbaycan
Rafiq Quluyev: İkinci Qarabağ müharibəsinə yanaşma dünyanın real mənzərəsini ortaya qoyur
Vüqar Əhmədovda bu qədər sərvət hardandır? - İLGİNC
Jurnalist dövlət qurumları və məhkəmə orqanlarının fəaliyyətindən narazı olduğunu bildirir - VİDEO
Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
İnsan hüquqları müvəkkili niyə susur?
Eldar İlyasov: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
Cənub meşələri talan olunur - FOTOLAR
Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...
Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM
“Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...
Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Başlıq: Mədəniyyətin meşə sintezi və ya peşəsinə-tutduğu vəzifəsinə dəxli olmayan arxalı məmur
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti
Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...
Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM
“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
«    Июнь 2021    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT