İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir

İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir


Məlumat üçün bildirək ki,İsmayıllı rayonunda baş verən məmur özbaşnalıqlarının əsası sabiq icra başçısı Nizami Ələkbərovun zamanında qoyulub. Sonradan rayona icra başçısı təyin olunmuş mərhum Mirdamət Sadıqovun zamanında bu uçurum daha da dərinləşdi. Təsadüfi adamlar rüşvət və sair şərtlər daxilində rayondaki idarə müəssisələrə təyinat almağa başladı. Bir sözlə sabiq icra başçısı özünə yaxın bildiyi bütün adamları rayondakı idarə müəssisələrə yığmaqla böyük bir ətraf “mafiya”-belə demək mümkünsə-yaratdı. Bu etdiklərindən yalnız sabiqin özü və ətrafı qazandı.Rayon camaatı isə hələ də itirə-itirə gedir. Ancaq bu gün sabiq başçı həyatda belə yoxdur, ancaq əməlləri göz qabağındadır və insanlar çətinə düşdükcə onu layiq olduğu tərzdə yad edirlər. Nəysə keçək mətləbə.

Rayon səhiyyəsinin durumu göz önündədir. Burada açıq bazar qaydaları qüvvədədir. Yeri gəlmişkən dövlətin ağır xəstələrə ayırdığı dəva-dərmanların hansı şəraitdə harada satılması barədə növbəti yazılarımızda açıqlama verəcəyik.

Rayonun təhsil müəssisələrində baş verən maxinasiya halları, kifayət qədər şikayətçilərin susdurulması və aldadılması halları, turizm mədəniyyət regional mərkəzindəki qanuna zidd əməllər, rüşvət halları,rayon məşğulluq mərkəzi, rayon subartizan quyulari və suvarma sistemləri idarəsi, kənd və qəsəbələrdə icra nümayəndə və bələdiyyə sədrlərinin özbaşnalıqları və sair faktlar mövcuddur. İsmayıllı şəhərində şəhər bələdiyyəsinin yarıtmaz fəaliyyəti, birinci qarabağ müharibəsi əlillərinə qarşı sərgilənən sayğısızlıq, axırıncı qarabağ savaşında əlil olmuş şəxslərə qarşı olunan biganəlik, onlara əlilliyin təyin olunmasında yaradılan süni əngəllər və sairlər. Hər gün rayon icra hakimiyyəti qarşısında şikayətçilərin olması və uzun illərdən bəri yiğılıb qalmış problemlərin həll olunmasını tələb etmələri bir daha göstərir ki, əhaliyə bu problemləri əvvəlki və hazıda hələ də vəzifə başında olan məmurlar yaradıb. Üstəgəl rayonda işsizlik əhalinin bir nömrəli problemidir. Əhalinin böyük hissəsi,xüsusilə gənclər işsizlikdən əziyyət çəkirlər. Rayon ərazisində inşa olunub, açılışı həyata keçirilmiş müəssisələrin demək olar ki, böyük əksəriyyəti işləmir. Əhali olduqca kasıb durumda yaşayır. İnsanlar gündəlik tələbatlarını belə ödəyə bilmirlər. Bəli, İsmayıllı rayonunda kompleks tədbirlər həyata keçirilməlidir. 2000-ci ildən bu yana bütün rəhbər vəzifələrdə çalışan məmurların fəaliyyəti yoxlanmalıdır. Bəli, rayonda rüşvət var, bu gün də rüşvətxorluq davam edir, rüşvətsiz heç bir iş aşırmaq mümkün deyil, hələ də harın məmurlar var və ölkə qanunlarını saya salmır. Ən azından bu məmurlarin hamısı tutduğu vəzifədən azad edilməlidir. Yoxsa rayon sürətlə problemlərə doğru gedir.

Elçin İsmayıllı.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT