İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti

İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti


İki gün öncə səhiyyə naziri Oqtay Şirəliyev tutduğu vəzifəsindən azad olundu.Sabiq nazirin zamanında onsuzda çətin durumda olan səhiyyəmiz daha da çökdürüldü.Yəqin ki,cənab Oqtay Şirəliyev daha günün tələblərinə cavab verə bilmədiyinə görə vəzifəsindən kənarlaşdırıldı.Yeni təyinatlarla eyni zamanda insanlarda azacıq da olsa sabaha ümid yaratmaq lazımdır ki,bunu da şanli hökumətimiz ustalıqla həyata keçirir.Onsuz da hər kəsə aydındır ki,məmləkətimizdə su lap yuxarı başdan bulanır və siyasi iradə inkişafa,proqressə,xalqın xoş güzəranina deyil,yalnız ailə hakimiyyətinin güclənməsinə xidmət edir.Görülən bütün işləri isə xalqın gözünə inkişaf kimi dürtmələyirlər,özü də çirkinlikləri də yaxşı kimi.

Ismayıllı səhiyyəsinin biabırçı durumu

İsmayıllı səhiyyəsinin direktoru Vidadi Rəhimov bu vəzifəyə gəlmək üçün uzun illərdir ki,çalışır və dəridən,qabiqdan çıxıb.Bəli hörmətli direktor bu posta insanlara xidmət üçün gəlməyib,əvvəla koryera qazanmaq,daha sonra isə varlanmaq eşqi ilə.Hər halda belə olmasaydı rayon səhiyyəsi haqqında bunca narazılıqlar olmazdı.Əvvəla rayon səhiyyəsində işləyən bacarıqlı həkimlərin rayon səhiyyəsindən üz döndərib getməsinə görə şəxsən Vidadi Rəhimov cavabdehdir.Üstəgəl səhiyyədəki özbaşnalıq,rüşvət hallarının hələ də qalması hörmətli direktorun şəxsi istəyi ilə davam edir.Əgər dövlətimiz məcburi icbari sığortaya keçibsə bəs bu qeyri leqal yollarla yığılan vəsaitlər hara,kimin cibinə axır?Hələ də doğum şöbəsi,uzi,labaratoriya,cərrahiyə və sairlərdə pasiyentlərdən pul tələb olunur.İşçilər açıqca etiraf edirlər ki,pulu yığıb direktora təhvil verirlər.

Dövlətin ankaloji,şəkər,qara ciyər serrozu xəstələrinə ayırdığı dərmanlar niyə xəstələrə verilmir?

Rayon ərazisində qeydiyyatdan keçmiş onlarla ankaloji,şəkər,qara ciyər serrozundan əziyyət çəkən xəstələrin olmasına baxmayaraq,qeyd edilən xəstələrə dövlətin ayırdığı dərman pereparatları verilmir,verilən bir qisim də yari-yarımçıq verilir.Ancaq istənilən dərmanları rayon

ərazisində fəaliyyət göstərən apteklərdən ala bilərsiniz.Qara ciyər serrozundan əziyyət çəkən xəstələr üçün həftədə bir dəfə olmaqla ayda dörd ədəd 20% liq albumin sistemi köçürülməlidir.Hansı ki,bu sistemlər apteklərdə 76-117 azn arası satılır.Yaxşı bu qədər bahalı sistemləri xəstə necə alsın?Deməli ölməlidir?Bəs belə çixmirmi ki,direktor Vidadi Rəhimov xəstələrin öldürülməsinə xidmət edir.Yəqin ölü sayını artırmaqla,karona xəstəsi kimi rəsmiləşdirmək istəyir.Rayon xəstəxanası infeksion xəstəlikləri şöbəsinin müdiri Fikrət həkim deyir ki,bu dərmanlarla bağli biz tələbnamə vermişik.Nə problem varsa rəhbərlikdədir.Direktor isə deyir ki,dövlət dərman vermir.Yaxşı dövlətə inanaq,yoxsa Vidadi Rəhimova?Belə açıqlamalarla baş aldadan adama yalnız çoban demək olar.Görün bunlar nə qədər məsuliyyətsizdirlər ki,insan taleyi haqqında düşünmürlər.Fikirləşmirlər ki,baş verə biləcək bədbəxt hadisədən sonra xəstə sahibləri bir gün mütləq bunların xırtdəyindən yapışacaq.Hazırda Vidadi Rəhimovun bıçağinin dalı da,qabaği da kəsir.Ancaq yəqin ki,bir gün etdiklərinə görə cavab verməli olacaq.Məsələni diqqətdə saxlayacağiq.Sonda bizimlə əməkdaşlıq edən səhiyyə əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.Rayon səhiyyəsi ilə bağlı araşdırmalarımız davam edir.Bizi izləməkdə davam edin.

Jurnalist Elçin İsmayıllı.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT