QARABAĞ VETERANINI QƏBUL ETMƏYƏN İCRA BAŞÇISI ŞƏHİDLƏR XİYABANINDA FOTOSESSİYA EDİR - VİDEO

QARABAĞ VETERANINI QƏBUL ETMƏYƏN İCRA BAŞÇISI ŞƏHİDLƏR XİYABANINDA FOTOSESSİYA EDİR - VİDEO


44 günlük Vətən müharibəsi dövründə ölkə başçısı Cənab İlham Əliyev qəti tapşırıq verdi ki, "qazilərimizə, şəhid ailələrinə, döyüşçülərimizə xüsusi diqqət ayrılmalıdır. Onların problemləri dərhal, gözlətmədən, yerindəcə həll olunmalıdır."

Lakin, atalar demiş: "sən saydığını say, gör fələk nə sayır".
Müharibə başa çatdıqdan dərhal sonra qazi və döyüşçülərimizin "daxili düşmənlərimiz ilə mübarizəsi" başladı.

Bəli. Bu ölkə vətəndaşlarını, bu xalqı incidib, onların haqqını tanımayıb, dövlətçiliyə, Hakimiyyətə qarşı çıxaran bütün məmurlar bu ölkənin daxili düşmənləridir.

Bu torpaq uğrunda həyatını, sağlamlığını itirən igidlərimizə qarşı olunan hörmətsizliklər "sapı özümüzdən olan baltalar"ı bizə tanıtdı. Əslində tanıtdı deməklə fikri bitirmiş oluruq. Amma, təəssüflər olsun ki, belələrinin sayı bitmir. Hər gün bir yeni narazılıq, hər gün bir yeni ad çəkilir.

DogruXeber.az İnformasiya agentliyinin izləyiciləri sözügedən məmurların bir neçəsini artıq tanımış olar. Çünki, biz bizim üçün, bu xalq, bu torpaq üçün öz qanına qıyan oğulların haqqlarının itirilməsinə, onları dinləyib, problemlərini aradan qaldırmalı olan məmurlardan fərqli olaraq laqeyd qalmırıq. Bizim redaksiyamıza daxil olan bütün məlumat və müraciətləri obyektiv şəkildə diqqətinizə çatdırırıq.

Redaksiyamıza daxil olan bu cür döyüşçü narazılığını əks etdirən müraciətlərdən biri Goranboy rayon Şəfəq kənd sakini, müharibə veteranı Pənahov Elvin Mehman oğlunun müraciətidir.



Elvin müraciətində qeyd edir ki, 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində özü və qardaşı könüllü iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə sona qədər fəal iştirak edib və sol ayağından ağır qəlpə yarası da alıb.
Elvin Pənahov uğrunda qanını tökdüyü bu torpaqdan payına düşən kiçik bir ərazini sənədləşdirmək üçün Goranboy rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edib, lakin müraciətinə heç bir reaksiya görmədiyi üçün İcra başçısı Məhərrəm Quliyev ilə şəxsən görüşüb, probleminin həlli üçün kömək istəmək qərarına gəlir. Təəssüflə qeyd edirik ki, Elvinin bu cəhdi də boşa çıxıb. Məhərrəm Quliyev onun israrlı cəhdlərinə baxmayaraq, heç bir halda onu qəbul edib, dinləməyib. E.Pənahov nəhayət İcra hakimiyyəti başçısının müavinlərindən biri ilə görüşüb, dərdini danışıb. Elvini dinləyən İcra başçısının müavini problemin tezliklə aradan qaldırılacağı vədini verərək yola salıb.

Elvın 4 ildir nişanlıdır. Ailə qurmaq üçün nə maddi imkanı, nə də evi yoxdur. 9 nəfərlik ailə üzvləri ilə birlikdə yaşayırlar. O təsərrüfat işləri ilə məşğul olmaq, maddi durumunu yaxşılaşdırmaq məqsədilə özünüməşğulluq proqramı iştirakçısı kimi Goranboy rayon Məşğulluq idarəsinə də müraciət edib ki, ona iribuynuzlu mal-qara verilsin. Onun bu cəhdi də uğursuz olub. Çünki, vəzifə başında adı olub, özü olmayan məsuliyyətsiz qurumlardan biri də Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyidir. Uzun müddətdir ki, sosial şəbəkələrdə və sosial medianın gündəmində əhalini ən çox narazı salan məmurlar sırasında Sahil Babayevin də haqlı olaraq adı tez-tez hallanır. Bu mövzuya da növbəti yayımlarımızda toxunacağıq. Hazırda izləyicilərimizin diqqətinə çatdırmaq istədiyimiz məhz Goranboy rayon İcra Hakimiyyətində baş verən vətəndaş saymamazlığıdır.

Sözügedən İcra Hakimiyyətindən narazılıq hələ müharibə davam etdiyi dövrdən başlamışdı. Belə ki, Goranboy rayonunun Nərimanlı kənd sakini, döyüş bölgəsində olan könüllü vuruşan Ələkbərov Aqil deyirdi ki, evin tək övladıdır. Könüllü döyüşlərə qatılıb. Evlə danışanda ailəsinin maddi durumunun çox pis olduğunu öyrənən Aqil dəfələrlə İcra hakimiyyətinə müraciət edir. Nəhayət cavab verilir ki, "maraqlandıq, köməklik göstərdik". "Kömək" dedikləri də sən demə ailəyə verdikləri 50 AZN imiş.




Əsgərin "50 AZN ilə nə etmək olar?" sualına nə cavab verildi, ümumiyyətlə cavab verildimi deyə bilmərik. Amma, İcra hakimiyyəti haqqında internet üzərindən kiçik araşdırma apararkən sosial şəbəkələrdə bəzi piyarşəkilli görüntülərə rastladıq. Hansı ki, vəzifə borcunu yerinə yetirib, rayondakı şəhidlər xiyabanında quruculuq işləri görür və bunu Başçının təşəbbüsü ilə görülmüş böyük iş olaraq, ictimaiətə təqdim ediblər.
Doğrudur. Kiçik işdir demirik. Etmək borcunuzdur, etmisiniz deyirik.
Gəlin onu da nəzərə alaq ki, ŞƏHİDLƏRİMİZ rayonun yeganə problemi deyil. Əgər, bəxti gətirib sağ qalıbsa qazi və veteranların haqqını itirmək mi lazımdır?

Yoxsa, videoreportajda özünün qeyd etdiyi problemlərinin həll olunması üçün mütləq şəhid olmalı idi?

Uğrunda qanını tökdüyü torpaqdan payına düşən bir neçə sot torpaq sahəsini onun öz adına sənədləşdirmək çoxmu çətindir?
Bu vətənin oğlunun evsizlik səbəbilə 4 ildir toy edib, ailəsini qura bilməməsi nəyinki rayon, hətta ölkə adına utanc vericidir.

Ali Baş Komandanın əmri ilə silaha sarılıb, könüllü meydanlara atılan Elvin bu gün media vasitəsilə Prezidentə müraciət edib, ondan kömək istəyir. Niyə?

Hər kəsin problemi ilə ölkə başçısı şəxsən məşğul olmalıdır?

O zaman Rayon İcra Hakimiyyəti nəyə lazımdır?

Redaksiyamız hər kəsin sözhaqqını tanıyır.

DogruXeber.az
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT