Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi

Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi



Aprel ayinin 9 da Şəki rayon məhkəməsində jurnalist Mübariz Nağıyevin məhkəmə prosesi keçirilmişdir.Məhkəmə korporativ maraqlar yaxud Qanunlarin tələblərinə məhəl qoymadan jurnalistin iddiasini təmin etmədi. Artiq məlumdur ki, məhkəmələr dövlət penitensiar xidməti ilə bir-birilərinə pas ötürmək şərti ilə fəaliyyət göstərir.Uzun zamandır ki, dövlət başçısı məhkəmələrə tövsiyə edir ki, vətəndaşlara qarşı daha humanist münasibət göstərilsin, hökm edərkən daha yumuşaq, alternativ cəzalara üstünlük verilsin ki, insanlar həbsə düşüb cəmiyyətdən tamamilə təcrid olunmasin. Ancaq görünən fakt budur ki, ədliyyə nazirliyi bu deyilənləri ya bilərəkdən nəzərə almir, ya da bir qrup manopolist hətta məhkəmələri də öz maraqlarina tabe etdiriblər. Indi isə keçək jurnalist Mübariz Nağıyevin həbsi məsələsinə.
Hadisələr göstərir ki, jurnalist Mübariz Nağıyevin həbsində daha çox Ağdamın sabiq icra hakimiyyəti başçısı Raqub Məmmədovun marağı olub.
Region xeberler. Tv Internet televiziyasının mərkəzi aran zonası üzrə bölgə müxbiri ,taninmiş jurnalistlərdən olan Mübariz Nağıyevin həbs olunmasindan artiq 5-il keçib. Ötən illər ərzində jurnalistin əsassiz həbs olunmasi ilə bağlı ayri-ayri media qurumlarında dəfələrlə açıqlamalar dərc olunub,həbs motivinin sifarişli olduğu bildirilib. Məsələ burasındadır ki, jurnalist Mubariz Nağıyev həbs olunanda bəzi vəzifə sahibləri ona qarşı şər-böhtan kompaniyası aparıblar. Bütün bunlar jurnalistin həbsinə daha da stimul verib. Ən ciddi qanun pozuntusu budur ki, məhkəmə əsassiz, qurama ittihamlara və kompaniyaya şərait yaradıb və hökmü buna əsasən çıxarıb. Araşdırmalar nəticəsində məlum oldu ki, jurnalistin həbsinin arxasında Ağdam rayonunun sabiq icra hakimiyyəti başçısı Raqub Məmmədov dayanır. Bütün bunlar məhz sabiq başçının sifarişi ilə həyata keçirilib.
Jurnalist Mübariz Nağıyev bölgə müxbiri olduğu aran zonasında mütəmadi olaraq məmur özbaşınalığı, sosialyönümlü problemləri işıqlandırırdı.
Jurnalist 2016-ci ildə Şəki ağır cinayətlər məhkəməsinin hökmü ilə alti 6 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin anası bu haqsızlığa dözə bilməyib dərin sarsıntı keçirib dünyasını dəyişib. Hazırda xəstə, qoca atası yataq xəstəsidir. Yaşlı ata da oğluna qarşı tətbiq edilən bu haqsızlığın nə vaxt sona çatacağı günü gözləyir. Jurnalist bir ildən artıq müddətdir ki, penitensiar xidmətin, Şəki cəzaçəkmə müəssisəsinin tibb bölümündə saxlanılır. Belə ki, ölkəmizdə keçirilən sonuncu parlament seçkiləri günü jurnalistin ayağı çox müəmmalı şəkildə çanaq hissəsindən sınır və o günü bu günə kimi yataq xəstəsidir, başqasının köməyinə möhtacdır və hələ də əməlliyata ehtiyaci olduğu nəzərə alınmayıb. Yaxşı, burada bir sual meydana çıxır. Penitensiar xidmətində jurnalistə bunca nifrət hardandır.? Niyə onu müalicə etmirlər? Bütün bunlardan əlavə olaraq cəzaçəkmə müəssisəsi məhkəməyə mənfi xasiyyətnamə təqdim edir ki,məhkum jurnalist hələ islah olunmayıb. Ancaq 2020 ci il 19 mart tarixində cəzası ödənməmiş dəfələrlə məhkum olunmuş,narkobaron və qətl törətmiş şəxslər azadlığa buraxılırlar. Məhkəmə onlardan 3500-5000 azn alaraq onları azad edir.Cəzaçəkmə müəssisəsi qeyd edir ki, bu şəxslər artiq islah olunub və onlar haqqında müsbət xasiyyətnamə verilir. Görəsən bütün bunlara görə nə qədər tərləmək lazımdır ki, jurnalist Mübariz Nağıyev haqqinda da müsbət xasiyyətnamə verilsin? Hakimlər Pərviz Haciyev, Elçin Mehtiyev qanunun tələbinə məhəl qoymadan jurnalistin səhhəti ilə bağlı qaldırdığı məsələləri qulaqardına vururlar. Bəs harda qaldı qanunun aliliyi prinsipi, bəs harda qaldı humanizm siyasəti, niyə Azərbaycan ədliyyəsi ədalət prinsiplərindən uzaq düşüb? Azərbaycan ədliyyəsinin ədalət sayilan femida tərəzisinin gözünü kim əyib? Şəki məhkəməsi və cəzaçəkmə müəssisəsi bazar qaydalari ilə işləyir. Jurnalist baş verənlərlə bağlı apellyasiya şikayəti verib və mübarizəni axıradək aparmağı hədəfləyib. Biz də həmkarımızın məsələsini daim nəzarətdə saxlayacaq və ictimai müzakirə üçün ölkə boyu sosial şəbəkələrdə və media orqanlarında dərc edəcəyik.

Elçin Ismayilli.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
İnsan hüquqları müvəkkili niyə susur?
Eldar İlyasov: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
Cənub meşələri talan olunur - FOTOLAR
Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...
Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM
“Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...
Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Başlıq: Mədəniyyətin meşə sintezi və ya peşəsinə-tutduğu vəzifəsinə dəxli olmayan arxalı məmur
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti
Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...
Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM
“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb
Hüseynbala Mirələmov MƏLUM VİDEOSUNDAN DANIŞDI -
Prezident icra başçısını işdən çıxartdı - SƏRƏNCAM
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi hərbi cinayətdir
İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT