Azərbaycan ordusu dünyaya örnəkdir

Azərbaycan ordusu dünyaya örnəkdir




Müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında 30 illik işğalda olan torpaqlarımızı azad etmək missiyasını öz üzərinə götürdü. Müharibə ilk öncə Füzuli rayonunun Qaraxanbəyli kəndini düşməndən azad etməklə başladı. Sentyabrın 27- də ilk qələbəmiz məhz bu kənddən başladı. Ordumuz bu müharibədə şanlı tarix yazdı. Düşmənə layiqli cavabını verdi. Düşməni torpaqlarımızdan qovdu. Bu qələbəyə cənab Prezidentimizin sözləri ilə desək, “Dəmir yumruq” hesabına nail olduq.

Müharibənin ilk günlərindən məqsədimiz hərb meydanında yalnız düşmənə qarşı mübarizə aparmaq olub. Müharibə dövründə düşmənin Gəncədə, Bərdədə, Tərtərdə mülki əhaliyə qarşı törətdikləri cinayətlərə baxmayaraq, biz dinc əhaliyə qarşı müharibə aparmadıq. Ermənilərdən fərqli olaraq biz müharibə dövründə erməni ordusuna qarşı mübarizə apardıq, onları məğlub edərək torpaqlarımızdan qovduq.

Qalib Ordumuz ardıcıl olaraq zəfər yürüşünə başladı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Azərbaycan Ordusu bütün dünyanı heyran qoyan peşəkarlıq göstərərək 44 günlük müharibədə Xalq – Ordu – Ali Baş Komandan birliyi nəticəsində erməni ordusunun və xalqının iradəsini qıraraq tarixi qələbəyə imza atdı. Ordumuzun sücaəti nəticəsində “güclü erməni ordusu” mifi darmadağın oldu.

Son illərdə Prezidentimizin ordu quruculuğunda apardığı düzgün siyasəti nəticəsində Azərbaycan əsgəri yüksək peşəkarlıq göstərərək bu missiyanın öhdəsindən layiqincə gəldi.

Dünya ölkələri Ali Baş Komandanımızın timsalında əsl lider - döyüş meydanında qalib gələn lider gördülər. Hər açıqlanan şad xəbər Azərbaycan əsgərinin canı, qanı bahasına başa gəldi. Biz fəxr edirik ki, qalib ölkənin qalib vətəndaşlarıyıq. Biz ordumuzla fəxr edirik. Tam əminliklə deyə bilərəm ki, ordu quruculuğunda aparılacaq yeniliklər ordumuzun qüdrətini daha da artıracaq.

Siranə Zeynalova

Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT