AKIF VƏLIYEVI SƏLIM MÜSLÜMOVUN YANINA APARACAQ YOL GÖRÜNDÜ

AKIF VƏLIYEVI SƏLIM MÜSLÜMOVUN YANINA APARACAQ YOL GÖRÜNDÜ


Dəryaz qəzetinin redaksiyasına Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Vəliyev Akif Sozalı oğlu barəsində məlumat daxil olmuşdur.

Həmin məlumata görə, Akif Vəliyev Qazax rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işlədiyi müddətdə rüşvət və korrupsiya əməllərinə görə hazırda həbsdə olan sabiq nazir Səlim Müslümov tərəfindən vəzifəsindən azad edilib. Onun işdən qovulandan sonra barəsində nəyə görə cinayət işinin açılmaması müəmmalıdır. Yeri gəlmişkən, bu məlumatı araşdırarkən, internetdə əlçatan resurslarda onları təsdiqləyən başqa informasiyalara da rast gəldik. Hətta başqa bir məlumata görə Akif Vəliyev bir ara ruhi-əsəb xəstəsi kimi dispanser qeydiyyatında olub.

Sonra necə oldusa, Qazax rayon İcra Hakimiyyətinin hazırki Başçısı Rəcəb Babaşov Akif Vəliyevə etimad göstərərək ona daha mühüm vəzifə başına gətirmişdir. Rəcəb Babaşovun rüşvət və korrupsiya faktlarına görə işdən çıxarılan Akif Vəliyevi hansı göstəricilərinə və keyfiyyətlərinə əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sədri vəzifəsinə təyin etməsinin səbəbi hələ də ictimaiyyətə qaranlıq qalıb.

Bildirilir ki, Qazax şəhərində yerləşən çoxmənzilli binaların təmiri ilə əlaqədar Respublika Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə ayrılmış vəsait tam olaraq təyinatı üzrə və səmərəli xərclənməyib. Həımin sərəncamdan ən böyük səmərəni elə Akif Vəliyev görüb. Dövlətin ayırdığı vəsait hesabına binaların dam örtüyünün dəyişdirilməsi, blok və fasadlarında, pilləkən qəfəslərində əsaslı təmir işləri görülərək suvanması, rənglənməsi, həyətlərində abadlıq və quruculuq işləri görülməsi, uşaq bağçalarının əsaslı təmiri, əlavə yardımçı binaların tikintisi, prospektlərdə yaşıl ağac və gül kollarının əkilməsi, bardürlərin düzülməsi, səkilərə tamet daşların vurulması, parklara ot örtüyünün salınması adı altında rəqəmlərin “şişirdilməsi” yolu ilə külli miqrdarda pullar mənimsənilmişdir.

Əvəllər ölkə mətbuatında yazı getmişdi ki, Akif Vəliyev vətandaşlara məxsus olan ödəmə kartlarını özündə saxlayırmış. Bildirilirdi ki, o, işdən azad olunduğu zaman barəsində cinayət təqibi başlanmaması üçün havadarlarına 350 min manatdan çox pul vermişdir.

Həmçinin qeyd olunur ki, Akif Vəliyev şəhərdəki prospekt və küçələrdə yol kənarındakı obyektlərin sahibkarlarına “qan uddurur”. Belə ki, sahibkarlara xəbərdarlıq edir ki, obyektlərinin qarşısı şəhəri gözəlləşdirəcək hasarlarla hörüləcək. Bunu istəməyən obyekt sahibləri də icra nümayəndəsinin “bığının altından keçməyə” məcbur olurlar.

Şəhər icra nümayəndəsinin bütün bu sadalanan maxinasiyaları həyata keçirə bilməsi üçün alətə çevirdiyi qurumlardaqn biri Qazax şəhərinin yaşıllıq və təmizlik sahəsinə xidmət göstərən Qazax şəhər Kommunal Müəssisələri Kombinatıdır. Əlavə götürülmüş ictimai işçilər ətrafında gedən korrupsiya hüquqpozmları ilə bağlı şikayətlər səslənməkdədir. Digər bir qurum da Mənzil İstismar Sahəsidir ki, binalara “xidmət” çərçivəsində korruptiv planları reallaşdırır.

Təsadüfi deyildir ki, şəhər valisi təyin olunandan sonra haram kapitalı artan Vəliyev Qazax şəhərinin “Gillik” tərəf deyilən yerdən də torpaq sahəsi alaraq dəbdəbəli villa inşa etdirmişdir. Halbuki, onun təkcə Qazaxda deyil, paytaxtda və başqa rayonlarda da evlərinin olduğu hamıya məlumdur.

Redaksiyamıza verilənlərməlumatlar arasında yer alan daha bir məlumat da Akif Vəliyevin müqavilə bağladığı təmir-tikinti müəssisələrinin onun öz yaxın adamlarının adına qeydiyyatdan keçmiş MMC-lər olmasıdır. Maraqlıdır ki, həmin müəssisələr şəhər nümayəndəliyindən götürdükləri işi görüb qurtarandan sonra sanki elə bu məqsədlə yaradılıbmışlar kimi ləğv edilirlər, izləri-tozları itirilir.Ən ilginc məlumat isə Akif Vəliyevin Tovuz Regional Sozial Xidmətlər Agentliyinin direktoru vəzifəsində işləyən oğlunun ali təhsilinin olmaması, diplomunun saxtalığı ilə bağlıdır. Hərçənd, oğul Vəliyev bu barədə ona telefonla verdiyimiz sualı cavablandırarkən bildirdi ki, İqtisad Universitetinin məzunudur. Araşdıracağıq.

P.S. Səslənən iddialarla bağlı Akif Vəliyevin mobil telefonuna zəng vurub deyilən ittihamlara münasibətini öyrənmək istədikdə» dediklərinizin heç bir əsası yoxdur, gedin nə istəyirsiniz yazın» deyib telefonu qapatdı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Mövzuya yenidən qayıdacağıq

Deryaz.az
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT