Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?

Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?


2015-ci ildə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ( ADNSU ) rektoru təyin ediləndə hamı düşünürdü ki, tezliklə tədris ocağında müsbət dəyişikliklər olacaq. Ancaq atalar demişkən, sən saydığını say, görək Mustafa Babanlı nə sayır...
Bəli, Mustafa müəllim az vaxtda sübut etdi ki, o, saymağı gözəl bacarır.
Məsələn, universitetin tələbələri deyir ki, Mustafa Babanlı tələbələri kəsməklə, universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir.
Bundan böyük nə ittiham ola bilər, cənab rektor ?
Biz universitetlərdəki “qayıb biznesi” haqda eşitmişik, qayıbın qiymətini də rektorlar müəyyən edir.
Ancaq rektorun tapşırığı ilə qazanc məqsədilə tələbələrin imtahandan kəsilməsi...deyəsən Mustafa müəllimin kəşfidir.
Cənab rektor !
Tələbələr yazır ki, Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin ediləndən buradakı vəziyyət dözülməz hala çatıb, özbaşınalıqların, haqsızlıqların sayı hesabı yoxdur.
Bəs, buna nə deyirsiniz, cənab Babanlı ?
Yaxşı, tələbələrin narazılıqlarını haqq-hesab dəftərinin hanısısa küncünə yaza bilərsən. Bəs müəllim, alim həmkarların niyə səndən narazıdır, Mustafa müəllim ?
Təkcə narazı deyil e, sizi məhkəməyə veriblər, öz haqlarını tələb edirlər.
Buyur, bu da əlahəzrət FAKT .
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Rəna Gülmalıyeva universitetin rektoru Mustafa Babanlını məhkəməyə verib. Və 15 min manat təzminat tələb edir.
Görəsən, 11 il universitetdə müəllim işləyən, bu müddətdə bircə dəfə töhmət almayan Rəna müəlliməyə təzə rektor 1 ayda niyə 3 dəfə töhmət verib ?
Təsəvvür edirsiniz, 1 ayda 3 dəfə töhmət...
Müəllimə məhkəməyə verdiyi iddia ərizəsində yazır ki, rektor onu zorla işdən çıxartmağa çalışır.
Səbəb isə odur ki, rektorun fakültələrlə görüşü zamanı müəllimə universitetdəki problemlərdən, fakültədaxili qruplaşmalardan danışıb və əlavə edib ki, universitetdə “ölücan müəllimlər” var, yəni adları gedir, maaş alırlar, amma dərsdə olmurlar.
Və dərsə gəlməyən “ölücan müəllim” dərsə gələn müəllimlərdən daha çox maaş alır.
Bəli, yuxarıda əbəs yerə yazmadıq ki, cənab rektor saymağın, haqq-hesabın ustasıdır.
Bütün bunlar azmış kimi Mustafa Babanlı bütün qohumlarını Universitetə işə götürüb. Mustafa Babanlı bacısı oğlu Rusif Hüseynovu ADNSU-də müşavir qoyub və ona çox yüksək maaş yazır. Rusif Hüseynovun həyat yoldaşını isə universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib. Bu ailə də universitetin pulu hesabına hər ay xaricə gedib-gəlirlər.
Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər mərtəbəsində bufet-kafe fəaliyyət göstərir. Rektor həmin yerləri icarəyə verib, heç bir vergi də ödəmir.
Buna görə, hətta Vergilər Nazirliyi universiteti cərimələyib də.
Cənab rektor hətta universitetdə magistr təhsili alan qızı Məhsəti Babanlıya da maaş yazır.
Bəli, Mustafa Babanlı universiteti öz şəxsi kantoruna döndərib.
Bəs Təhsil Nazirliyi, müvafiq dövlət qurumları hara baxır ?
''Gündəlik Bakı''nın Araşdırma Qrupu //gundelik-baku.com//[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT