Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...

Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...


Son illərə qədər Azərbaycanda saxta əlilliyin geniş vüsət almasında, dövlət büdcəsində sosial təminat və sosial müdafiə xərclərinin şişirdilməsində, Dövlət Sosial Müdafiəsi Fondunda izafi xərclərin yaradılmasında Səlim Müslümovun böyük "xidmət”ləri olub.

Sfera.az xatırladır ki, S.Müslümov 2013-cü ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-nə kimi Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Nazir təyin edilənə qədər isə Dövlət sosial müdafiə fondunun sədri olub. O, bu vəzifədə 2002-ci ilin dekabrın 17-dən çalışıb.

2013-cü ildə nazir olan Müslümov ən böyük sosial qrupla işləmək imkanı qazanıb. Bu nazirlik təxminən 6 milyona yaxın vətəndaşın sosial məsələləri ilə məşğul olub. Onların arasında fərdi uçot sistemində qeydiyyatda olanlar, pensiyaçılar, müavinət alan əlillər, sosial qayğıya ehtiyacı olan şəxslər var. Fərdi uçot sistemində qeydiyyatda olanlar dövlətin sosial müdafiə və sosial təminat xərclərindən bəhrələnməsə də digərləri üçün hər il dövlət büdcəsindən və "pensiya fondu”ndan böyük məbləğdə vəsait ayrılır.

S.Müslümovun nazir işlədiyi 5 illik dövrdə sosial təminat və sosial müdafiə xərcləri sürətlə artırılıb. Bu artımın məqsədi heç də sosial müdafiəni və təminatı yaxşılaşdırmaq yox, korrupsiya üçün yaxşı yem mənbəyi yaratmaq idi. Dövlət vəsaitinin korrupsiya yeminə çevrilməsi sahəsində böyük məharət göstərən Müslümov müxtəlif əsaslandırmalarla sosial təminat və sosial müdafiə xərclərinin sürətlə artırılmasına nail olur.

2013-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 1,75 milyard manat vəsiat ayrılmışdı və bu, büdcə xərclərinin 9,2 faizinə bərabər idi. S.Müslümov nazir olduqdan sonra, yəni 2014-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 2 milyard manat və ya büdcənin 10,5 faizi, 2016-cı ildə 2,645 milyard manat və ya büdcənin 14,9 faizi, 2017-ci ildə 2,35 milyard manat və ya büdcənin 13,3 faizi qədərində vəsait xərclənib.

Vəsaitlərin bu qədər artırılması sosial müdafiə və sosial təminat istiqamətində müxtəlif layihələrin reallaşdırılması, əlillik təyin edilən şəxslərin sayının artması hesabına mümkün olmuşdu. Əlillik təyin edilən şəxslərin sayının artırılmasında Müslümov xüsusi "bacarıq” nümayiş etdirə bildi. Həmin illərdə S.Müslümov "Azərbaycanda əlillərin sayı azdır” faktına istinad edərək əlillik təyinatını "asanlaşdırdı”.

Həmin dövrdə Müslümov belə bir fikri daha çox qabardırdı ki, ölkəmizdə əhalinin 5 faizi əlil olduğu halda Rusiyada, Avropada bu göstərici 10 faizdən böyükdür. O, bu müqayisəni əsas götürərək daha çox insanın saxta əlillik almasına şərait yaratdı. Nəticədə 5 il ərzində əlillərin sayı 100 min nəfər artaraq 600 mini ötdü. 2013-cü ilə qədər əlillərin sayı 506 min olduğu halda 2017-ci ilin sonunda 613 min təşkil etdi. Qısa müddətdə əlillərin sayı 18 faizə qədər artdı. Nəticədə pensiya alan əlillərin sayında 331 mindən 384 minə qədər artım baş verdi.

Azərbaycanda sonrakı illərdə də əlillərin sayı artıb. Amma son 3 ildəki artım əvvəlki kimi yüksək deyil. Müslümov nazir postundan uzaqlaşdırılanda 614 min olan əlil sayı hazırda 634 mindir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rəhbər dəyişiklikdən sonra ölkəmizdə çoxlu sayda insanın əsassız şəkildə əlil statusu aldığı aşkarlandı. İndiyə qədər 6500-dən çox saxta əlillik təyinatı aşkarlanıb ki, bu işlərin də ümumi maliyyə yükü 30 milyon manatdan artıqdır. Əgər həmin şəxslərin saxta əlilliyi aşkarlanmasaydı, onlara yaşadıqları dövrdə 735 milyon manat vəsait ödənilməliydi. Onun "peşəkarlığı” sayəsində minlərlə, on minlərlə əlilin haqqı tapdandı, əvəzində çoxlu sayda fırıldaqçı haqqı olmadığı halda müavinət və pensiya aldı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri, şəhid ailələrini mənzil və avtomobillərlə, əlilləri reabilitasiya vasitələri ilə təmin edir, əmək, məşğulluq və digər sosial müdafiə məsələləri ilə də məşğul olur. Müslümov bu istiqamətlərdə də izafi xərclər yaratmaqla dövlət vəsaitinin mənimsənilməsində, onun korrupsiya yeminə çevrilməsində xüsusi "bacarıq” göstərib.

Bu cür fəaliyyətin nəticəsidir ki, S.Müslümova qarşı cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai və məhkəmə istintaqı zamanı hələ bizlərə məlum olmayan başqa faktların aşkarlanacağı yəqindir.

Nazirliyin fəaliyyətinin sağlamlaşdırılmasından sonra sosial müdafiə və sosial təminat xərcləri xeyli artırılıb. Ötən il bu istiqamətdə 3,108 milyard manat vəsait ayrılıb ki, bu da 2019-cu illə müqayisədə 828 milyon manat, yəni 36,2 faiz çoxdur. Bu dinamikanın 2021-ci ildə də qorunması gözlənilir. Cari ildə sosial müdafiə və sosial təminat xərcləri 3,693 milyard manat olmaqla ötənilki icradan 585 milyon manat artıq olacaq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT