Talan edilən Lerik meşələrinin acınacaqlı durumu - VİDEO

Talan edilən Lerik meşələrinin acınacaqlı durumu - VİDEO


Son vaxtlar redaksiyamıza daxil olan video müraciətlərdən açıq aydın görünür ki, sanki bu meşələrə edilən total hücumlar məqsədyönlü şəkildə təşkil edilmiş bir kompaniyadır. İstər bizim xəbər portallarında istərsədə digər xəbər portallarında işıqlandırılmış video sujetlərdən belə qənaətə gəlmək olar ki, bu meşə qatillərinə, cəlladlarına hələ dur deməyin vaxtı gəlib çatmamışdır.
Vətəndaşlar özləri bizlərə faktlarla müraciət edərək təcili tədbir görülməsi üçün zəruri-lazımi addımların vaxtında atılmasını xahiş edirlər.

Bu cənub bölgəsinin meşələri ilə bağlı baş verən neqativ halların acı durumu ilə yaşanan problemlərə görə hər gün demək olarsa mətbuata, internet tv-lərə, xəbər portallarına ziddiyyətli xəbərlər gəlməkdə davam edir.
Çox təəssüflər olsun ki, aidiyyatı qurumlar, əlaqədar təşkilatlar bu yazıların, video faktların heç birinə cavab vermək istəmir və yeri gələndə həm bizləri, həm də şikayətçiləri qərəzçilikdə qınayaraq müəyyən vasitələrlə təhdid edirlər. Baxmayaraq ki, biz dəfələrlə qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazır olduğumuzu bəyan etmişik. Amma harınlaşmış, əlləri koorupsiyaya bulaşmış bu məmurlar bizlərlə nədənsə təhdid dilində danışmağa üstünlük verirlər. Yerlərdə isə şikayətçiləri hər cür üsullarla susdurmağa çalışırlar.



İpə-sapa yatmayan, onların dediyinə məhəl qoymayan şikayətçilərə qarşı bütün iyrənc üsullardan məharətlə istifadə etməyə başlayırlar. Bu sifarişçilər heç nədən çəkinmirlər. Heç bir məsuliyyət hiss etmir kimi özlərini toxunulmaz hesab edərək tabeçiliyində olan insanlara qanunsuz tapşırıqlarını yerinə yetirilməsində daha çox maraqlıdırlar. Yuxarıda oturan havadarlarının himayəsi sayəsində Damokl qılıncı kimi bu yerli ekologiya məmurları sanki qəsdən bu meşələrə qənim kəsilmişdir. Belə olmasaydı hər gün səs -küyə səbəb olan bu şikayətlərə azda olsa reaksiya verərdilər.

Budur redaksiyamıza yenə faktlarla video çəkilişlərlə ünvanlanmış müraciət göndərilmişdir. Video sujetlərdən bu meşələrin hansı vəhşiliyə hansı istismara məruz qaldığı tam çılpaqlığı ılə sezilir və açıq aydın görünür.
Görəsən bu dəfədə Təbii Sərvətlər və Ekologıya nazirliyinin 1-saylı Lənkəran ekologiya şöbəsinin rəisi Əlzamin müəllim və Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədov bu faktların qarşısında hansı arqumentləri gətirəcək. Yoxsa onlar yenə öz ən-ənəvi metodlarına üz tutaraq şikayətçini hər vəchlə ələ almağa, susdurmağa və lazım gələrsə ona təzyiq göstərib təhdid dilində danışmağa baş vuracaqlar. Amma yaxşı olardı ki, onlar bu ölçüni elə öz tabeçiliyində olanlara və şəxsən Əlzamin müəllimlə Füzuli Məmmədovun qanunsuz tapşırıqlarını yerinə yetirənlərə tətbiq etsinlər.



Şikayətçi Lerik rayonunun Qələbin kənd sakini Şalıyev Cəbrayıl İmaməli oğlunun bizə ünvanladığı və video faktlarla göndərdiyi sujetlərdə bu yaşıl "soyqırımın"acı faciəsinin bir daha şahidi oluruq. Vətəndaş Cəbrayıl kişi bu Lerik meşələrində aparılan vandalizmi haqlı olaraq bir vaxtlar xalqımızın qürur yerinə çevrilmiş, sədasına milyonlarla azərbaycanlının səs vermiş məşhur Topxana meşələri ilə paralelik apararaq həyəcan təbilini çalır. Anoloji hadisələr Lerik rayonunun Razvondaband meşəbəyliyinin -17-saylı meşə dolayında baş verir.
Cəbrayıl kişi bizə təqdim etdiyi video materiallarda həmin -17-ci meşə dolayında meşəbəyi köməkçisi Əfqan Kazımovun qanunsuz əməllərindən bütün detalları ilə faktlar göstərərək ortalığa bir subut qoyur. O Təbii Sərvətlər və Ekologıya naziri Muxtar Babayevə müraciət edərək bu məsələni nəzarətə götürməsini xahiş edir. Konkret faktlara söykənən bu video sujetlərdə kimin kim olduğu tam biruzə verilir. Ağcaqayın cinsindən olan qolu budaqlı bir ağacın necə vəhşiliklə qırılmasının şahidinə çevrilirik. Videoları Sizlərə təqdim edərək bu canlı reportaja baxmağa dəvət edirik. Müsahibimizin tədbirincə desək Lerik meşələrinin hansı etibarsız əllərdə olduğunun bariz nümunəsini görürük.
Bir daha qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq. Biz isə jurnalist araşdırmalarımızı davam etdirəcək və bu məsələləri daim diqqət mərkəzində saxlayacaqıq.




Talan edilən Lerik meşələrinin acınacaqlı durumu - VİDEO[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT