“Qubada həkimlər əlillərlə qeyri-insani davranır” - NARAZILIQ!

“Qubada həkimlər əlillərlə qeyri-insani davranır” - NARAZILIQ!


“Çox üzr istəyirəm, baytar heyvanla nəzakətlə davranır, ancaq Quba Müalicə Diaqnostika Mərkəzinin həkimləri - onlara həkim deməyə adamın dili də gəlmir-, əlillərlə heyvana olan nəzakəti də göstərmirlər”.

Bunu Meydan TV-yə Quba rayonu, Yeni Güləzi qəsəbəsinin sakini, 1-ci qrup əlil Bədəl İsayev deyir. Onun sözlərinə görə, fevralın 8-də özünü yaxşı hiss etmədiyi üçün ailə üzvləri təcili yardım çağırıb və o, Quba Müalicə Diaqnostika Mərkəzinə götürülüb. İmalə olunarkən bağırsaqlarına infeksiya düşüb. 20 günə yaxındır ki, əziyyət çəkir.

“Baytar heyvanla daha nəzakətli davranır, nəinki bizim həkimlər...”

“Xəstəxanada görəndə ki, gələn əlildir, elə münasibət göstərirlər ki, əlil ora ikinci dəfə getməsin. O qədər kobud davranırlar ki... Çox üzr istəyirəm, baytar heyvanla nəzakətlə davranır, ancaq Quba Müalicə Diaqnostika Mərkəzinin həkimləri əlillərə heyvana olan nəzakəti də göstərmirlər. Məni imalə otağına saldılar, otaqda o qədər natəmizlik vardı ki, ora sağlam gələn infeksiya tutub gedər. Elə də oldu... Oğlum məni əlil arabasından bir xərəyə uzatdı, həkimlərə dedi, heç olmasa altına, üstünə bir mələfə verin, dedilər, yoxumuzdur. İmaləni krantdan soyuq su ilə doldurdular, verdilər oğluma, dedilər, özün tut, saxla. İki dəfə su ilə doldurdular, verdilər oğluma, məni oğlum imalə etdi. oğlum dedi, heç olmasa ilıq su verin, soyuq su ilə imalə olmaz axı, dedilər, yoxdur”, - şikayətçi deyir.

“Rentgenoloq “çıx bayıra” deyib, üstümə qışqırdı”

Bədəl İsayev deyir, müayinə olunmaq üçün rentgen otağına yaxınlaşıb. Lakin ona rentgen aparatının işləmədiyi bildirilib:

“Mən əsəbiləşdim, baş həkimə şikayət etmək istədim, dedilər, yerində yoxdur. Müavininə müraciət etdim, dedi, ola bilməz, oğluma tapşırdı ki, düşürt atanı rentgen otağına, mən indi ora tapşıraram, rentgen edərlər. Məni arabayla yenidən əziyyətlə aşağı düşürdülər, rentgen otağına girəndə ordakı rentgenoloq yenə üstümə qışqırdı ki, sənə dedim axı, aparat işləmir, nə var təzədən üstümə gəlmisən, çıx bayıra..”

Bədəl İsayevin sözlərinə görə, beləcə yarı-yarımçıq müayinələrdən sonra evə qayıdıb. Ancaq sən demə, həngamə hələ qarşıdaymış. Tezliklə məlum olub ki, imalə vasitəsilə bağırsaqlarına infeksiya düşüb və o, hələ də müalicə üçün Qusar Rayon Mərkəzi Xəstəxanasına gedib-gəlir.

“Bağırsaqlarım həm soyuqlayıb, həm də infeksiya düşüb”

“Soyuq suyu ilə imalə nəticəsində bağırsaqlarıma infeksiya düşdü, daha Quba Müalicə Diaqnostika Mərkəzinə getmək istəmədiyim üçün ailə üzvlərim məni Qusara apardı. İndi sizinlə Qusardakı Mərkəzi Xəstəxanadan danışıram. Ailə üzvlərim məni hər gün maşına qoyub bura gətirir. Ancaq növbəti həftə əsaslı müayinələrdən keçmək üçün məcburdular ki, məni Bakıya aparsınlar”, - birinci qrup əlil deyir.

Bədəl İsayevin 45 yaşı var, əzələ difteriyasından əziyyət çəkir, bu xəstəliyə görə ona 1-ci qrup əlillik təyin edilib. Övladlarından biri aprel döyüşçüsüdür, digəri isə İkinci Vətən Müharibəsi iştirakçısı olub, yaralanıb, müharibədən fəxri fərmanlarla qayıdıb:

“Deməyim odur ki, Vətənə, torpağa canımızı qurban deyirik, ancaq dövlət müəssisəsinə, xəstəxanaya bir işimiz düşəndə bizi heyvan yerinə də qoymurlar. Əliləm, ciblərinə pul basmıram deyə mənə, mənim kimi digər əlillərə belə kobud münasibət göstərilir. O xəstəxanaya gedəndə bir dərdim vardısa, infeksiyaya yoluxdurub evə iki dərdlə qaytardılar”.

Quba Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, Bədəl İsayev fevralın 8-də xəstəxanaya qusma və ihsal şikayətləri ilə daxil olub, ondan qan analizləri götürülüb, imalə olunub, USM müayinəsindən keçib və evə buraxılıb.

“Pasiyentlə həkimlər arasında hər hansı narazılıq olmayıb. Müailicəsini də hazırda mərkəzdə davam etdirə bilər”, - deyə Diaqnostika Mərkəzindən bildiriblər.

Bədəl İsayevsə Quba Müalicə Diaqnostika Mərkəzinin tibbi heyətinin hərəkətlərindən TƏBİB-ə dörd dəfə şikayət yazdığını, ancaq heç birinə cavab almadığını deyir.

Meydan TV TƏBİB-dən məsələyə münasibət öyrənə bilməyib.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT